Magistr proqramı
Elektrik və elektronika mühəndisliyi.Karyera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
“Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistr proqramını uğurla başa vuran məzunlar aşağıdakı sahələrdə və vəzifələrdə fəaliyyət göstərə bilərlər: Məşğulluq sahələri: • Elektrik enerjisi istehsalı, ötürülməsi və paylanması müəssisələri; • Elektronika, mikroelektronika, yarımkeçirici fotonika və nanoelektronika sənayesi; • Avtomatlaşdırılmış istehsalat sistemləri və sənaye müəssisələri; • Telekommunikasiya və informasiya texnologiyaları sektoru; • Bərpa olunan enerji mənbələri üzrə energetik müəssisələr; • Elektrotermiki qurğular və sənaye elektronikası; • Güc elektronikası və enerji çevirici texnologiyaları; • Yüksək gərginlik texnologiyaları və izolyasiya sistemləri; • Gəmi elektronikası, gəmi elektrik təchizatı və avtomatikası; • Gəmi tikintisi və təmiri zavodları: • Terminallar, gəmi və limanlar. • Elektrik avadanlıqları istehsal edən müəssisələr; • Kabel zavodları və fabrikləri; • Enerji və istilik texnologiyaları sahələri; • Aerokosmik və müdafiə sənayesi müəssisələri; • Avtomobil və nəqliyyat vasitələri istehsalı sahələri; • Uçuş aparatlarının elektrik avadanlıqları və aerokosmik elektronika; • Avtomobillərin elektrik və elektron sistemlərinin istehsalı və servisi; • Neft-qaz, kimya və metallurgiya sənayesi üzrə elektrikləşdirmə və avtomatlaşdırma; • Ağıllı elektrik şəbəkələri və enerji təchizatında mikroprosessorlu idarəetmə sistemləri; • Elektrik nəqliyyatı; • Rəqəmsal sistemlər, idarəetmə və robototexnika mərkəzləri; • Elmi-tədqiqat institutları və layihələndirmə büroları; • Təlim-tədris mərkəzləri, ali və orta ixtisas təhsil müəssisələri; • İnnovasiya texnoparkları və startap mərkəzləri; • Standartlaşdırma, sertifikatlaşdırma və elektromaqnit uyğunluq orqanları; • Mühəndislik məsləhət xidmətləri və texniki audit müəssisələri. Peşələr və vəzifələr: • Elektrik mühəndisi (enerji sistemləri, istehsalat, texniki xidmət, layihələndirmə); • Elektronika mühəndisi və ya layihələndirmə üzrə mütəxəssis; • Mühəndis-texnoloq (elektrik və elektron cihaz və avadanlıqlarının istehsalı üzrə) • Elektrotermiki qurğu və sistemlər üzrə mühəndis; • Sənaye elektronikası və güc elektronikası üzrə mütəxəssis; • Gəmi elektronikası və gəmi elektrik təchizatı üzrə mühəndis; • Uçuş aparatlarının elektrik avadanlıqları və sistemləri üzrə mühəndis; • Aerokosmik elektronika üzrə mütəxəssis; • Yarımkeçirici fotonika, nanoelektronika və elektron qurğular üzrə mütəxəssis; • Ağıllı elektrik şəbəkələri və mikroprosessorlu idarəetmə sistemləri üzrə mütəxəssis; • Avtomatlaşdırma və idarəetmə sistemləri mühəndisi; • Rəqəmsal və analoq elektron sistemlər üzrə mütəxəssis; • Telekommunikasiya və şəbəkə mühəndisi; • Yüksək gərginlik texnikası üzrə mühəndis; • Elektro-texnoloji materiallar üzrə mühəndis: • Elmi- tədqiqat və Layihə institutları (mühəndis,elmi işçi); • İstehsalat bölmələrinin meneceri və ya texniki direktor; • Texniki təlimatçı və ya sənaye məsləhətçisi; • Gəmi və gəmiçilik sektoru müəssisələrində mütəxəssis; • Tədris və təlim müəssisələrində tədris personalı; • Elektrotexnoloji qurğuların avtomatlaşdırılması, nəzarət və diaqnostikası üzrə mütəxəssis; • Yüksək gərginlik texnologiyaları üzrə mütəxəssis; • Keyfiyyətə nəzarət və texniki nəzarət üzrə mühəndis; • Robototexnika və süni intellekt əsaslı sistemlər üzrə mütəxəssis; • Tədqiqatçı mühəndis və layihə rəhbəri; • Enerji və elektronika üzrə texniki direktor və ya istehsalat meneceri; • Təhsil və elmi müəssisələrdə müəllim və ya laboratoriya mütəxəssisi; • Standartlaşdırma və uyğunluq üzrə ekspert. 6.2. Ali təhsil müəssisəsi təhsil proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb-səhifələrində yerləşdirməlidir. 6.3. Ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistrlik dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan şəxslər fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul oluna bilərlər. 6.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömür boyu təhsil almaları üçün ilkin şərtlərdəndir.