Magistr proqramı

Elektrik və elektronika mühəndisliyi.Təlim məqsədləri

Magistr7006008EnergetikaElektrotexnika və Elektrik Avadanlığı16 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

1 PLO
  1. PLO 1PLO-72044

    Proqramın təlim nəticələri (PTNÜ) – ümumi səriştələr üzrə PTNÜ 1. - müxtəlif sənaye təyinatlı—metallurgiya, maşınqayırma, kimya və s. sənaye sahələri üçün elektrotermiki qurğuların istilik və elektrik rejimlərini optimallaşdırmaq bacarığına malik olur. PTNÜ 2. - qövs, induksiya, müqavimət, plazma elektrik sobaları, elektrik qaynaq və digər elektrotermiki proseslər üçün texnoloji sxemləri hazırlamaq bacarığına yiyələnir. PTNÜ 3. Məhdud resurslar və qeyri-müəyyən informasiya şəraitində texniki və təşkilati problemləri müəyyənləşdirmək və onları effektiv şəkildə həll etmək bacarığını nümayiş etdirir. PTNÜ 4. Mühəndislik fəaliyyətində istifadə olunan qabaqcıl texnologiya və metodları tətbiq etməklə gözlənilən nəticələri proqnozlaşdırmaq və texniki əsaslandırmalar aparmaq bacarığına malik olur. PTNÜ 5. Öz peşəkar fəaliyyətini və qərarlarını tənqidi şəkildə qiymətləndirmək və təkmilləşdirməyə yönəlik yanaşmalar tətbiq etmək səriştəsinə yiyələnir. PTNÜ 6. Azərbaycan və bir xarici dildə texniki məsələləri aydın və əsaslandırılmış şəkildə şifahi və yazılı formada təqdim etmək, həmçinin peşəkar və qeyri-peşəkar auditoriyalarla effektiv ünsiyyət qurmaq bacarığına malik olur. PTNÜ 7. Fərdi və qrup şəklində fəaliyyət göstərərək öz bilik və bacarıqlarını başqalarına ötürmək və komanda işində fəal iştirak etmək səriştəsini nümayiş etdirir. PTNÜ 8. Etik davranış prinsiplərinə əməl etməklə şəxsi və ictimai məsuliyyətlərini dərk edəcək, sosial və ekoloji baxımdan əsaslandırılmış qərarlar qəbul edir. PTNÜ 9. Davamlı öyrənmə və peşəkar inkişaf istiqamətində özünüqiymətləndirmə aparmaq, biliklərini yeniləmək və müstəqil öyrənmə strategiyalarından istifadə etmək bacarığına malik olur.