Fənn · Elektrik və elektronika mühəndisliyi.
Elektrotexnikanın xüsusi bölmələri
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
Fənn elektrostatik və maqnit sahələrinin, dəyişən elektromaqnit proseslərinin, elektromaqnit enerjisinin ötürülməsinin və yüksək tezlikli sistemlərin əsas qanunauyğunluqlarını öyrədir və bu bilikləri elektrik və elektron strukturların təhlilinə tətbiq edir. Elektromaqnit dalğalarının yayılması, dalğaötürənlər, uzun xətlər, müqavimətlərin transformasiyası və Smit diaqramı, həmçinin yarımkeçirici strukturlarda, nazik təbəqələrdə və heterostrukturlarda baş verən elektrofiziki hadisələr nəzərdən keçirilir.
Fənn təlim nəticələri
CLO 1: Elektrostatik və elektromaqnit sahələrinin əsas nəzəri və riyazi qanunlarını, elektrik və maqnit sahələrinin xarakteristikalarını izah etməyi bacarmalıdır.






