Subject · Electrical and electronics engineering.
Elektrotexnikanın xüsusi bölmələri
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənn elektrostatik və maqnit sahələrinin, dəyişən elektromaqnit proseslərinin, elektromaqnit enerjisinin ötürülməsinin və yüksək tezlikli sistemlərin əsas qanunauyğunluqlarını öyrədir və bu bilikləri elektrik və elektron strukturların təhlilinə tətbiq edir. elektromaqnit dalğalarının yayılması, dalğaötürənlər, uzun xətlər, müqavimətlərin transformasiyası və smit diaqramı, həmçinin yarımkeçirici strukturlarda, nazik təbəqələrdə və heterostrukturlarda baş verən elektrofiziki hadisələr nəzərdən keçirilir.
Course learning outcomes
CLO 1: Elektrostatik və elektromaqnit sahələrinin əsas nəzəri və riyazi qanunlarını, elektrik və maqnit sahələrinin xarakteristikalarını izah etməyi bacarmalıdır.
CLO 2: Elektrik və maqnit sahələrinin intensivliyini, elektrik potensialını, potensiallar fərqini və enerji parametrlərini hesablamağı bacarmalıdır.
CLO 3: Elektrik keçiriciliyinin fiziki əsaslarını, elektromaqnit sahələrinin materiallarda paylanmasını və yükdaşıyıcıların hərəkət xüsusiyyətlərini təhlil etməyi bacarmalıdır.
CLO 4: Elektromaqnit sahələrinin diferensial və inteqral tənliklərini, sərhəd şərtlərini, elektromaqnit dalğalarının yayılmasını və yüksək tezlikli elektron strukturların iş prinsiplərini təhlil etməyi bacarmalıdır.
CLO 5: Sahələr üsulundan, elektrik xətlərinin parametrlərindən, smit diaqramından və impedansın uyğunlaşdırılması metodlarından istifadə etməklə mühəndis məsələlərini həll etməyi, elektron qurğuların elektromaqnit xarakteristikalarını qiymətləndirməyi bacarmalıdır.






