Subject · Electrical and electronics engineering.

Elektrotexnikanın xüsusi bölmələriSyllabus

MM-03016 creditsAutumn semesterCompulsory2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MM-0301
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Compulsory
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Independent study hours
a) 135 saat - sərbəst iş

About the subject

Fənn elektrostatik və maqnit sahələrinin, dəyişən elektromaqnit proseslərinin, elektromaqnit enerjisinin ötürülməsinin və yüksək tezlikli sistemlərin əsas qanunauyğunluqlarını öyrədir və bu bilikləri elektrik və elektron strukturların təhlilinə tətbiq edir. elektromaqnit dalğalarının yayılması, dalğaötürənlər, uzun xətlər, müqavimətlərin transformasiyası və smit diaqramı, həmçinin yarımkeçirici strukturlarda, nazik təbəqələrdə və heterostrukturlarda baş verən elektrofiziki hadisələr nəzərdən keçirilir.

Teaching methods

  • lecture
  • interactive discussion
  • seminar
  • laboratory work
  • problem-based learning
  • case study
  • project-based learning
  • teamwork
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Elektrostatik və elektromaqnit sahələrinin əsas nəzəri və riyazi qanunlarını, elektrik və maqnit sahələrinin xarakteristikalarını izah etməyi bacarmalıdır.

  2. CLO 2: Elektrik və maqnit sahələrinin intensivliyini, elektrik potensialını, potensiallar fərqini və enerji parametrlərini hesablamağı bacarmalıdır.

  3. CLO 3: Elektrik keçiriciliyinin fiziki əsaslarını, elektromaqnit sahələrinin materiallarda paylanmasını və yükdaşıyıcıların hərəkət xüsusiyyətlərini təhlil etməyi bacarmalıdır.

  4. CLO 4: Elektromaqnit sahələrinin diferensial və inteqral tənliklərini, sərhəd şərtlərini, elektromaqnit dalğalarının yayılmasını və yüksək tezlikli elektron strukturların iş prinsiplərini təhlil etməyi bacarmalıdır.

  5. CLO 5: Sahələr üsulundan, elektrik xətlərinin parametrlərindən, smit diaqramından və impedansın uyğunlaşdırılması metodlarından istifadə etməklə mühəndis məsələlərini həll etməyi, elektron qurğuların elektromaqnit xarakteristikalarını qiymətləndirməyi bacarmalıdır.

Topic plan

  1. 1.
    Elektrostatik sahənin əsas anlayışları və elektron materiallarda elektrik potensialının paylanmasıLecture
  2. 2.
    Elektrostatik sahədə enerji, qüvvələr və yarımkeçirici strukturlarda elektrik sahəsinin roluLecture
  3. 3.
    Sabit cərəyanın maqnit sahəsi, vektor potensialı və materialların elektrik keçiriciliyinin fiziki əsaslarıLecture
  4. 4.
    Sahələr üsulu və mürəkkəb elektrik sistemlərinin elektromaqnit parametrlərinin hesablanmasıLecture
  5. 5.
    Dəyişən elektromaqnit sahəsi, elektromaqnit dalğaları və keçirici mühitlərdə səthi effektlərLecture
  6. 6.
    Elektromaqnit sahəsinin diferensial və inteqral təsviri; müxtəlif xassəli mühitlərin sərhəd şərtləriLecture
  7. 7.
    Zamana görə dəyişən elektromaqnit sahəsi və elektron qurğuların texnoloji proseslərinin fiziki əsaslarıLecture
  8. 8.
    Elektromaqnit dalğalarının yayılması, dalğaötürənlər və yüksək tezlikli elektron strukturlarLecture
  9. 9.
    Xətlə elektromaqnit enerjisinin ötürülməsi və elektron qurğuların qarşılıqlı elektromaqnit əlaqələriLecture
  10. 10.
    Müqavimətlərin transformasiyası, smit diaqramı və nazik təbəqəli elektron strukturların elektromaqnit xarakteristikalarıLecture
  11. 11.
    Yarımkeçirici kristalların kəsilmə mexanizmləri və termomexaniki sahə effektləri almaz disk, məftil və ultrasəs vasitəsilə kəsmə texnologiyaları; kəsmə zamanı yaranan istilik rəqsi hərəkətlər və mexaniki gərginliklərin kristallik struktura və səth parametrlərinə təsiriSeminar
  12. 12.
    Kristalların skrayberlənməsi, səth gərginlikləri və elektrostatik sahənin əsasları kristalların almaz kəsici ilə cızılması (skrayberləmə), mikroçatların əmələ gəlmə dinamikası; elektron materiallarda elektrostatik sahə anlayışları, gərginlik və elektrik potensialının fəzada paylanmasıSeminar
  13. 13.
    Səthin cilalanması, pardaqlanması və mikromasshtabda yük paylanması cilalama və pardaqlanma mərhələləri, zədələnmiş qatın götürülməsi; yarımkeçirici strukturlarda elektrostatik sahənin enerjisi, qüvvə təsirləri və həndəsi sərhədlərdə yükün roluSeminar
  14. 14.
    Elektrolitik dissosiasiya və elektrokimyəvi emalın fiziki-kimyəvi əsasları elektrolitlərdə ionların yaranması (klauzius-arrenius nəzəriyyəsi), faradey qanunları yükdaşıyıcıların diferensial və inteqral təsviri, materialların elektrik keçiriciliyinin fiziki əsaslarıSeminar
  15. 15.
    Elektrolitik çökdürmə (galvanik) və katod səthində elektrik sahəsi katod səthində nazik metal təbəqələrin çökdürülməsi, anodik aşındırma və səthin təmizlənməsi; elektrolitlərdə elektrik cərəyanı sıxlığı , ionların yürüklüyü və elektrodlararası potensial paylanmasıSeminar
  16. 16.
    Yarımkeçirici strukturlarda (p-n keçidlərdə) elektrostatik və sabit maqnit sahələri yarımkeçirici mikrostrukturlarda (p-n keçid, məy) potensional çəpərinin formalaşması; sabit cərəyanın maqnit sahəsi, vektor potensialı və cərəyanlı mühitdə yükdaşıyıcıların hərəkətiSeminar
  17. 17.
    Dəyişən elektromaqnit sahəsi və nazik təbəqəli materiallarda səthi effektlər dəyişən elektromaqnit sahəsinin xüsusiyyətləri, keçirici və yarımkeçirici mühitlərdə səthi effektlər (skin-effekt); nazik təbəqələrin qalınlığının elektromaqnit nüfuzluğuna uyğun hesablanmasıSeminar
  18. 18.
    Texnoloji proseslərin elektromaqnit sahələri üsulu ilə modelləşdirilməsi yarımkeçirici cihazların istehsalında zamana görə dəyişən elektromaqnit sahələrinin rolu; sahələr üsulu ilə mürəkkəb mühitlərin və heterokeçidlərin elektromaqnit parametrlərinin hesablanmasıSeminar

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-5
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5