Fənn · İqtisadiyyat-magistratura

Tədqiqat metodlarıSillabus

MM10016 kreditPayız semestriMəcburi2025/2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM1001
Kredit
6
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025/2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
30 saat mühazirə
Auditoriyadan kənar saatlar
90 saat sərbəst iş, 60 saat hazırlıq

Fənn haqqında

“Tədqiqat metodları” fənninin əsas hədəfi magistratura səviyyəsində təhsil alan tələbələrə tədqiqat məlumatlarının toplanması, emalı və təhlili, statistik və analitik üsulların tətbiqi haqqında fundamental biliklər qazandırmaq, onları nəzəri və praktiki məsələləri həll etməyə hazırlamaqdır.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: III. Fənnin təlim nəticələri “Tədqiqat metodları” fənnin qoyulan hədəfinə nail olmaq üçün “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi)” ilə müəyyən olunmuş aşağıdakı nəticələrə (FTN) nail olunmalıdır:  FTN 1. Elmi tədqiqatların aparılması üçün kəmiyyət və keyfiyyət tədqiqat metodlarını, onların xüsu¬siy¬yətlərini və tətbiq sahələrini fərqləndirə və məqsədyönlü şəkildə tətbiq edə bilir;  FTN 2. Mühəndislik və texniki sahələrdə tədqiqat sualının formalaşdırılması, hipotezlərin qurulması və tədqiqat dizaynının (eksperimental və ya müşahidə xarakterli) qurulması bacarığına yiyələnir;  FTN 3. Elmi mənbələrdən (kitabxana, elmi bazalar, elektron resurslar və s.) sistematik istifadə edərək möv¬cud bilikləri toplaya və onlara əsasən tədqiqat çərçivəsini formalaşdıra bilir;  FTN 4. Toplanmış verilənlərin ölçülməsi, statistik üsullarla işlənməsi, vizualizasiya edilməsi və təd¬qi¬qat məqsədlərinə uyğun olaraq təhlilini həyata keçirə bilir;  FTN 5. Tədqiqat nəticələrini məntiqi strukturda təqdim etməyi, elmi məqalə və hesabatlar şəklində yaz¬mağı, həmçinin nəticələri şifahi və yazılı formada auditoriyaya təqdim etməyi bacarır;  FTN 6. Tədqiqatın etik və metodoloji prinsiplərinə riayət etməklə müstəqil və ya qrup halında tədqiqat apar¬maq, layihə və dissertasiya işlərinin hazırlanmasında metodoloji əsasları düzgün tətbiq edə bilir.

Mövzu planı

  1. 1.
    Tədqiqata giriş (FTN 1, 6)Mühazirə

    Tədqiqata giriş (FTN 1, 6) (elmi tədqiqatın mərhələləri, elmi tədqiqatın mahiyyəti və məqsədləri, tədqiqatı nədir- fundamental və tətbiqi tədqiqatlar arasında fərqlər, tədqiqat prosesində ardıcıllıq, tədqiqat sualı- problemin qoyuluşu)

  2. 2.
    Tədqiqat metodlarının nəzəri əsasları (FTN 1)Mühazirə

    Tədqiqat metodlarının nəzəri əsasları (FTN 1) (kəmiyyət və keyfiyyət tədqiqat metodları, fərqlər, üstünlüklər, zəif tərəflər, tətbiq sahələri)

  3. 3.
    Tədqiqat sualının (problemin) formalaşdırılması (FTN 2) Mühazirə

    Tədqiqat sualının (problemin) formalaşdırılması (FTN 2) (tədqiqat sualının (problemin) qoyuluşu, problemin elmi aktuallığı və məhdudiyyətləri, uyğun tədqiqat sualının formalaşdırılması)

  4. 4.
    Tədqiqat planının hazırlanması (FTN 2) Mühazirə

    Tədqiqat planının hazırlanması (FTN 2) (tədqiqat təklifi nədir, tədqiqat təklifinin bölmələri, gözlənilən nəticələrin formalaşdırılması)

  5. 5.
    Elmi mənbələr və axtarışı (FTN 3)Mühazirə

    Elmi mənbələr və axtarışı (FTN 3) (kitabxana, elmi bazalar, elektron resurslardan istifadə, ədəbiyyat mənbələri)

  6. 6.
    Elmi mənbələrin axtarışı və analizi (FTN 3)Mühazirə

    Elmi mənbələrin axtarışı və analizi (FTN 3) (nəşrlərin növləri, nəşrlərdə trend təhlili, tədqiqatın təsirinin ölçülməsi, nəşrin dəyəri, kitabxana sistemi və AzTU-dakı imkanlar, bibliometrik göstəricilər, elmi mənbələrin analizi)

  7. 7.
    Tədqiqatın nəticələrinin nəşri və müəlliflik hüququ (FTN 3) Mühazirə

    Tədqiqatın nəticələrinin nəşri və müəlliflik hüququ (FTN 3) (nəticələrin (məqalənin) nəşr olunması prosesi, patent və müəlliflik hüququ, AzTU-da dissertasiyaların təhvil verilməsi, magistr tələbəsinin tədqiqatı üzrə müəllifliyin tanınması, tədqiqatın gələcəkdə istifadəsi (işin genişləndirilməsi)

  8. 8.
    Elmi tədqiqatda etika (FTN 6)Mühazirə

    Elmi tədqiqatda etika (FTN 6) (etika və metodoloji prinsiplər, plagiat, müəlliflik hüquqları, etik icazələr)

  9. 9.
    Ədəbiyyat icmalı (xülasə), elmi yazı üslubu (FTN 5)Mühazirə

    Ədəbiyyat icmalı (xülasə), elmi yazı üslubu (FTN 5) (açar sözlər, xülasə, elmi (akademik) yazı stili– üslübü, giriş, metodologiya, nəticələr, nəticə, ədəbiyyat, hesabat, dissertasiya və məqalə yazı standartları (APA, IEEE, Chicago və digər sitatlaşdırma formatları))

  10. 10.
    Tədqiqat nəticələrinin tədqimatı və elmi diskussiya (FTN 5) Mühazirə

    Tədqiqat nəticələrinin tədqimatı və elmi diskussiya (FTN 5) (müdafiə üzrə tələblər (təlimatın şərtləri), tədqiqat metodları və təcrübi (eksperimental) üsulların təqdimat standartı, tədqimatın adı və açar sözlər; xülasənin yazılması, müdafiə və konfrans üçün təqdimatın hazırlanması, konfrans çıxışı, seminar təqdimatı, poster təqdimatları)

  11. 11.
    Hipotezlərin qurulması (FTN 2) Mühazirə

    Hipotezlərin qurulması (FTN 2) (eksperimental və müşahidə xarakterli strukturlaşdırma)

  12. 12.
    Verilənlərin toplanması üsulları (FTN 1, 4) Mühazirə

    Verilənlərin toplanması üsulları (FTN 1, 4) (sorğu, müsahibə, eksperiment, müşahidə və s.)

  13. 13.
    Ölçmə alətləri və verilənlərin etibarlılığı (FTN 4)Mühazirə

    Ölçmə alətləri və verilənlərin etibarlılığı (FTN 4) (reliabilik və validlik anlayışları)

  14. 14.
    Statistik təhlil üsulları (FTN 4)Mühazirə

    Statistik təhlil üsulları (FTN 4) (xəta və qeyri-müəyyənlik mənbələri, birölçülü statistika, ikiölçülü statistika, çoxölçülü statistika, sıfır hipotez testi, statistik təhlil üsulları: deskriptiv, korrelyasiya, regressiya)

  15. 15.
    Statistik təhlil üsulları, verilənlərin vizualizasiyası və nəticələrin interpretasiyası (FTN 4)Mühazirə

    Statistik təhlil üsulları, verilənlərin vizualizasiyası və nəticələrin interpretasiyası (FTN 4) (qrafik, cədvəl və proqram təminatlarının tətbiqi)

Ədəbiyyat

  1. Əsas ədəbiyyat mənbələri: 1. David V.Thiel., Research Methods for Engineers, 1st edition 2. Creswell, J. W. (2018). Research Design: Qualitative, Quantitative, and Mixed Methods Approaches (5th ed.). SAGE. 3. F.Əhmədov, İ.Seyfullayev, O.Quliyev, A.Məmmədov. Tədqiqat metodları. Dərslik. Bakı, 2023, ISBN: 978-9952-8479-3-2 Əlavə mənbələr: 4. OECD (2015), Frascati Manual 2015: Guidelines for Collecting and Reporting Data on Research and Experimental Development. The Measurement of Scientific, Technological and Innovation Activities, OECD Publishing, Paris. 5. Mertens, D. M. (2014). Research and Evaluation in Education and Psychology. SAGE. 6. Borg, W. R., & Gall, M. D. (1989). Educational Research: An Introduction. Longman. Metodik materillar: 7. Məruzəçi müəllimlər tərəfindən hazırlanmış oxu və təqdimat materialları 8. Azərbaycan Texniki Universiteti, Yüksək Təhsil İnstitutu, “Magistr dissertasiyalarının yazılması qaydaları” təlimat sənədi, 2025 9. AzTU-da magistrın fərdi iş planı. Kompyuter proqramları və (və ya) tətbiqlər: 10. MS Excel - məlumatların (verilənlərin) ilkin işlənilməsi və qrafik təsviri 11. NVivo - keyfiyyət metodları üzrə (interyu, sorğu) analizi 12. Python (Spyder, Jupyter Noteebook) - tədqiqatın təhlil və modelləşdirilməsi 13. SPSS - statistik təhlillər üçün 14. MS Excel - iqtisadi və ekonometriya yönümlü təhlillər üçün

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5