Magistr proqramı
İqtisadiyyat-magistratura
Proqram haqqında
İqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsinin təhsil proqramının əsas məqsədləri bunlardır: İxtisas üzrə məzun səriştələrini, fənlər üzrə tədris metodlarını, qiymətləndirmə üsullarını və təlim nəticələrini müəyyənləşdirmək; kadr hazırlığı aparmaq üçün infrastruktur və kadr potensialına olan tələbləri, təhsilalanların təcrübə keçmə, işə düzəlmə və təhsilini davam etdirmə imkanlarını müəyyən etmək; təhsilalanları və işəgötürənləri məzunların əldə etdiyi bilik, bacarıq və təlim nəticələri ilə tanış etmək.
Dərəcə tələbləri
Bu təhsil proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na, qabaqcıl beynəlxalq təcrübə və əmək bazarının tələblərinə uyğun olaraq hazırlanmışdır. Sənəd tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və bu ixtisas üzrə magistr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburi xarakter daşıyır. Təhsilalanların 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 akademik saatdır.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi