Magistr proqramı
İqtisadiyyat-magistraturaSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 3
COMPETENCY-99036
İqtisadi-riyazi modelləşdirmə ixtisaslaşması üzrə iqtisadi prosesləri riyazi modellər əsasında təhlil etmək və qiymətləndirmək; mikroiqtisadi və makroiqtisadi problemlərin həlli məqsədilə modellər qurmaq və onların tətbiq imkanlarını araşdırmaq; iqtisadi göstəricilər arasında səbəb-nəticə əlaqələrini riyazi və statistik üsullarla əsaslandırmaq; statistik metodlar, riyazi modellər və kvantitativ təhlil vasitələri ilə iqtisadi qərarların analitik qiymətləndirilməsini həyata keçirmək; iqtisadi risklərin, qeyri-müəyyənliyin və ssenarilərin modelləşdirilməsi vasitəsilə alternativ qərarların müqayisəsini aparmaq; kompüter modelləşdirmə proqramlarından istifadə edərək iqtisadi prosesləri simulyasiya etmək və nəticələrə əsaslanaraq strategiyalar formalaşdırmaq.
COMPETENCY-37489
Beynəlxalq iqtisadiyyat ixtisaslaşması üzrə beynəlxalq iqtisadi trendlərin təhlili əsasında iqtisadi hadisələri dəyərləndirmək; qlobal iqtisadi proseslərin və bazarların təhlilinə əsaslanmaqla strategiya formalaşdırmaq; valyuta risklərini idarə etmək və beynəlxalq maliyyə alətləri ilə əməliyyatlar aparmaq; qlobal bazarlarda investisiya risklərini qiymətləndirmək və rəy vermək; ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrinin effektivliyini müəyyən etmək; beynəlxalq ticarət danışıqları aparmaqla yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək; beynəlxalq iqtisadi əlaqələrin, ticarət siyasətinin və qlobal iqtisadi proseslərin qarşılıqlı təsirlərini müəyyən etmək;
COMPETENCY-42825
Ekonometriya ixtisaslaşması üzrə qeyri-xətti, zaman sıraları, panel məlumatlar, GMM, VAR, VECM VƏ BAYES yanaşmalarını tətbiq etməklə ekonometrik modellər qurmaq; Stata, R, PYTHON, EVIEWS, GRETL kimi ekonometrik proqram təminatları vasitəsilə əldə edilən nəticələrə əsaslanmaqla rəy vermək; iqtisadi və sosial problemləri təhlil etmək məqsədilə nəzəri əsaslı və empirik metodlarla dəstəklənən tədqiqat dizaynı qurmaq və bu dizaynın effektivliyini ekonometrik və statistik üsullarla əsaslandırmaq; ekonometrik modellərin qurulması və təhlili məqsədilə iqtisadi və statistik məlumatların kodlaşdırılması, transformasiyası və proqram təminatları vasitəsilə analiz prosesinə metodoloji nəzarət etmək ; ekonometrik təhlil əsasında qərar qəbul edənlər üçün əsaslandırılmış rəy vermək; empirik tədqiqatlarda ekonometrik modelləşdirmə və məlumat təhlili üzrə müxtəlif sahə mütəxəssisləri ilə əməkdaşlıq etmək və analitik layihələrin komanda əsaslı idarə olunmasını təmin etmək.
İxtisas səriştələri· 9
COMPETENCY-34821
Peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll edə bilmək;
COMPETENCY-93373
Müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək;
COMPETENCY-80016
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək;
COMPETENCY-58616
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək;
COMPETENCY-27054
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək;
COMPETENCY-23768
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək;
COMPETENCY-90369
Müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürə bilmək;
COMPETENCY-43753
Istənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq;
COMPETENCY-58780
Davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirə bilmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək.