Fənn haqqında
Kredit
6
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
2025/2026
Fənnin təsviri
“Tədqiqat metodları” fənninin əsas hədəfi magistratura səviyyəsində təhsil alan tələbələrə tədqiqat məlumatlarının toplanması, emalı və təhlili, statistik və analitik üsulların tətbiqi haqqında fundamental biliklər qazandırmaq, onları nəzəri və praktiki məsələləri həll etməyə hazırlamaqdır.
Fənn təlim nəticələri
CLO 1: III. Fənnin təlim nəticələri “Tədqiqat metodları” fənnin qoyulan hədəfinə nail olmaq üçün “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi)” ilə müəyyən olunmuş aşağıdakı nəticələrə (FTN) nail olunmalıdır: FTN 1. Elmi tədqiqatların aparılması üçün kəmiyyət və keyfiyyət tədqiqat metodlarını, onların xüsu¬siy¬yətlərini və tətbiq sahələrini fərqləndirə və məqsədyönlü şəkildə tətbiq edə bilir; FTN 2. Mühəndislik və texniki sahələrdə tədqiqat sualının formalaşdırılması, hipotezlərin qurulması və tədqiqat dizaynının (eksperimental və ya müşahidə xarakterli) qurulması bacarığına yiyələnir; FTN 3. Elmi mənbələrdən (kitabxana, elmi bazalar, elektron resurslar və s.) sistematik istifadə edərək möv¬cud bilikləri toplaya və onlara əsasən tədqiqat çərçivəsini formalaşdıra bilir; FTN 4. Toplanmış verilənlərin ölçülməsi, statistik üsullarla işlənməsi, vizualizasiya edilməsi və təd¬qi¬qat məqsədlərinə uyğun olaraq təhlilini həyata keçirə bilir; FTN 5. Tədqiqat nəticələrini məntiqi strukturda təqdim etməyi, elmi məqalə və hesabatlar şəklində yaz¬mağı, həmçinin nəticələri şifahi və yazılı formada auditoriyaya təqdim etməyi bacarır; FTN 6. Tədqiqatın etik və metodoloji prinsiplərinə riayət etməklə müstəqil və ya qrup halında tədqiqat apar¬maq, layihə və dissertasiya işlərinin hazırlanmasında metodoloji əsasları düzgün tətbiq edə bilir.