Fənn · İqtisadiyyat-magistratura

Tədqiqat metodlarıCLO↔PLO matrisi

MM10016 kreditPayız semestriMəcburi2025/2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 1 PLO
Fənn təlim nəticəsiPLO 1
CLO 1CLO-61161III. Fənnin təlim nəticələri “Tədqiqat metodları” fənnin qoyulan hədəfinə nail olmaq üçün “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi)” ilə müəyyən olunmuş aşağıdakı nəticələrə (FTN) nail olunmalıdır:  FTN 1. Elmi tədqiqatların aparılması üçün kəmiyyət və keyfiyyət tədqiqat metodlarını, onların xüsu¬siy¬yətlərini və tətbiq sahələrini fərqləndirə və məqsədyönlü şəkildə tətbiq edə bilir;  FTN 2. Mühəndislik və texniki sahələrdə tədqiqat sualının formalaşdırılması, hipotezlərin qurulması və tədqiqat dizaynının (eksperimental və ya müşahidə xarakterli) qurulması bacarığına yiyələnir;  FTN 3. Elmi mənbələrdən (kitabxana, elmi bazalar, elektron resurslar və s.) sistematik istifadə edərək möv¬cud bilikləri toplaya və onlara əsasən tədqiqat çərçivəsini formalaşdıra bilir;  FTN 4. Toplanmış verilənlərin ölçülməsi, statistik üsullarla işlənməsi, vizualizasiya edilməsi və təd¬qi¬qat məqsədlərinə uyğun olaraq təhlilini həyata keçirə bilir;  FTN 5. Tədqiqat nəticələrini məntiqi strukturda təqdim etməyi, elmi məqalə və hesabatlar şəklində yaz¬mağı, həmçinin nəticələri şifahi və yazılı formada auditoriyaya təqdim etməyi bacarır;  FTN 6. Tədqiqatın etik və metodoloji prinsiplərinə riayət etməklə müstəqil və ya qrup halında tədqiqat apar¬maq, layihə və dissertasiya işlərinin hazırlanmasında metodoloji əsasları düzgün tətbiq edə bilir. uyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    İqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsinin təhsil proqramının əsas təlim məqsədləri aşağıdakılardır: ​İxtisas üzrə məzun səriştələrini, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və təlim metodlarını, qiymətləndirmə üsullarını və təlim nəticələrini müəyyənləşdirmək; ​Kadr hazırlığı aparmaq üçün infrastruktur və kadr potensialına olan tələbləri, təhsilalanların təcrübə keçmə, işə düzəlmə və təhsilini davam etdirmə imkanlarını müəyyənləşdirmək; ​Təhsilalanları və işəgötürənləri məzunların əldə etdiyi bilik, bacarıq və təlim nəticələri ilə tanış etmək; ​Təhsil proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı prosesə cəlb olunan tərəfdaşları məlumatlandırmaq.

    Bu fənndən töhfə yoxdur