Fənn · Kimya mühəndisliyi

Kimya mühəndisliyində riyazi modelləşmə

İF-3066y4 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Kimya mühəndisliyində riyazi modelləşdirmə” fənni aşağıdakı mövzular üzrə tədris olunur. Giriş. İlkin məlumatlar. Əsas anlayışlar. Kimya texnologiyasında mövcud olan riyazi modellər. Modellərin təsnifatı. K/t-da riyazi modellərin qurulması sxemi. Kompyuter informasiyası. Optimallaşdırma haqqında anlayışlar. “Ən kiçik kvadratlar» üsulu. Empirik düsturların qurulması. Qeyri-xətti asılılıq olan halda “Ən kiçik kvadratlar» üsulu ilə empirik düsturların qurulması. Ekstremal təcrübələrin planlaşdırılması üsulu. Kimyəvi texnoloji obyektlərin statistik təsviri. Statistik modelin alınma üsulları. Kimya kinetikasının əsas anlayışları. Heterogen kimya proseslərinin modelləşdirilməsi. İdeal qarışdırma və ideal sıxışdırma modelləri. Diffuziya və hücrəvi modellər. Kimya reaktorlarında gedən proseslərin. Rriyazi modelləri. Optimallaşdırma üsulları. Kimyəvi-texnoloji obyektlərin miqyaslaşdırıllması və onların optimal layiləndirilməsi

Fənn təlim nəticələri

  1. CLO 1: Kimya mühəndisliyində riyazi modelləşdirmənin əsas anlayışlarını, modellərin təsnifatını və tətbiq prinsiplərini izah edir.

  2. CLO 2: Kimyəvi-texnoloji proseslər üçün riyazi və statistik modellər qurur, eksperimental məlumatlara əsasən model parametrlərini müəyyən edir.

  3. CLO 3: "Ən kiçik kvadratlar" üsulu, empirik düsturlar və eksperimentlərin planlaşdırılması metodlarından istifadə edərək modellərin adekvatlığını qiymətləndirir.

  4. CLO 4: Kimyəvi kinetika, heterogen proseslər və müxtəlif reaktor modelləri (ideal qarışma, ideal sıxışdırma, diffuziya və hüceyrə modelləri) əsasında proseslərin riyazi modellərini təhlil edir.

  5. CLO 5: Kompüter proqramlarından istifadə etməklə kimyəvi-texnoloji prosesləri modelləşdirir, optimallaşdırır və əldə olunan nəticələri şərh edir.

  6. CLO 6: Kimyəvi-texnoloji obyektlərin miqyaslaşdırılması və optimal layihələndirilməsi üçün riyazi modelləşdirmə və optimallaşdırma üsullarını tətbiq edərək mühəndislik qərarlarını əsaslandırır.