Bakalavr proqramı

Kimya mühəndisliyi

Bakalavr050618Maşınqayırma və MetallurgiyaKimya Texnologiya, Təkrar Email və Ekologiya42 fənn

Proqram haqqında

Təhsil proqramı 30 kredit ümumi təhsil fənləri, 120 kredit əsas ixtisas fənləri, 60 kredit seçmə fənlər və 30 kredit təcrübə və buraxılış layihəsindən ibarət olmaqla ümumilikdə 240 kredit təşkil edir. Kimya mühəndisliyi kimya, fizika, riyaziyyat və mühəndislik prinsiplərinə əsaslanan, xammalın müxtəlif texnoloji proseslər vasitəsilə faydalı məhsullara çevrilməsini öyrənən mühəndislik sahəsidir. Bu ixtisas kimyəvi istehsal proseslərinin layihələndirilməsi, idarə olunması, optimallaşdırılması və təhlükəsiz istismarını əhatə edir.

Dərəcə tələbləri

Kimya mühəndisliyinin əsas məqsədi təhlükəsiz, səmərəli, ekoloji cəhətdən dayanıqlı və iqtisadi baxımdan əlverişli istehsal proseslərinin yaradılması və idarə edilməsidir. Bu səbəbdən kimya mühəndisliyi müasir sənayenin ən vacib və perspektivli mühəndislik sahələrindən biri hesab olunur. Bu ixtisasın tətbiq sahələri olduqca genişdir. Kimya mühəndisləri neft-kimya, neft emalı, qida sənayesi, əczaçılıq, metallurgiya, polimer və plastik istehsalı, boya-lak, gübrə, kosmetika, energetika və suyun təmizlənməsi sahələrində fəaliyyət göstərə bilərlər.

Proqramı araşdırın