Bakalavr proqramı
Kimya mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 16
COMPETENCY-23830
Riyazi qayda və qanunları tətbiq etməyi, mövcud olan üsullarda istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi, təbiət elmlərində, sadə sistem və proseslərdə riyazi modellərdə istifadə etməyi və ya xəta və qeyri- müəyyənlik mənbələri nəzərə alaraq eksperimental məlumatları tənqidi düşüncə ilə təhlil etməyi, istifadə etməyi, şərh etməyi və təqdim etməyi , riyaziyyatın əsas tənliklərini analitik və ədədi həllərini həyatə keçirməyi bacarmalıdır.
COMPETENCY-81369
Fiziki obyekt olan kainatın və onun təkamülü, fizika və eksperimental araşdırmaların metodları, təbiətdə fasiləsizlik diskretlik, qanunauyğunluq, obyektlərin quruluşunun ardıcıllığı, təbiət sistemlərini obyektiv xaraterizə edən ehtimal nəzəriyyələrin, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlaması prinsipləri, təbii hal və onun zamandan asılı olaraq dəyişilməsi, təbiətdən obyektlərin fərdi və birgə hərəkətləri haqqında biliyi mühəndislikdə nümayiş etməyi bacarmalıdır.
COMPETENCY-86010
Əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri fiziki kimyəvi xassələri və atom molekul nəzəriyyəsi haqqında bilikləri, maddələrin təyini və kimyəvi müəyyəndirilməsi metodlarını kimya mühəndisliyində istifadə etməyi bacarmalıdır.
COMPETENCY-79281
Butlerov kimyəvi quruluş nəzəriyyəsi, sıra ,sinif və finksional qruplara görə üzvi birləşmələrin təsnifatı,birləşmələrin empirik, molekullar, struktur formulları , struktur izomerliyi, üzvi birləşmələrdə kimyəvi rabitəni tipləri, induksiya effekti, konyuqə və ifrat konyuqə effekti üzvi maddələrin fiziki və kimyəvi xasslərəri haqqında bilikləri istifadə etməyi bacarmalıdır
COMPETENCY-55501
Kompüter texnologiyasının texniki və proqram vasitələrini kimya mühəndisliyinə aid texniki layihələndirmədə geniş tətbiq etməyə bacarmalıdır.
COMPETENCY-91670
Bufer məhlullarını hazırlanmsı metodlarını, turşu - əsas titrləməsi metodunu , indikatorları, qravimetrik analitik analiz metodunu , kompleks birləşmələrin titrimetrik analiz metodunu permanqanatometriyanı , yodometriyanı , xromatometriyanı , analitik kimyada təyinat, ayırma və instrumental analiz metodlarını istifadə etməyi bacarmalıdır.
COMPETENCY-89554
Molekullararası qarşılıqlı təsir qüvvələri, maddənin aqreqat halı, termodinamikanın I,II. və III qanunları entropiya , xarakteristik funksiyalar və potensiallar, faza tarazlıqlarını termodinamikası, hal diaqramları , məhlullar , kimyəvi tarazlıq , homogen və hetrogen sistemlərdə tarazlıq haqqında bilikləri və bu biliklərdən eksperimental nəticələrin işlənib hazırlanmsında istifadə etməyi bacarmalıdır.
COMPETENCY-29722
Kimyəvi kinetika, kataliz və katalizatorlar haqqında bilikləri müxləlif tip reaktorların əsas ölçülərinin hesablanmasında istifadə etməyi bacarmalıdır.
COMPETENCY-30740
Səth hadislərin termodinamikası, mayelərin adgeziyası , islatması onların kimyəvi texnologiyada əhəmiyyəti , mayelərin əsas hərəkət qanunları haqqında bilikləri kimya mühəndisliyində istifadə etməyi bacarmalıdır.
COMPETENCY-97573
Maye, qaz və bərk cisimlərdə baş verən istiliyin və kütlənin ötürülməsi, mübadiləsi və nəqli haqqında geniş təsəvvürlərə malik olmalı və bu bilikləri kimya mühəndisliyində məharətlə istifadə etməyi bacarmalıdır.
COMPETENCY-41640
Kimya texnologiyasında geniş tətbiq olunan separasiya prosesləri və qurğuların texnoloji əməliyyatları haqqında bilikləri kimya mühəndisliyi proseslərində istifadə etməyi bacarmalıdır.
COMPETENCY-34724
Sistemin tərkibinin ifadə üsullarını , fazalar qaydasını , istilik diaqramların qurulması üsullarını, birdəfəlik buxarlanma və birdəfəlik kondensasiya üsullarını , kalonda boşqabların sayının digər proseslərin avadanlıqlarının hesabı üsullarını istifadə etməyi bacarmalıdır.
COMPETENCY-43066
Kimya mühəndisliyində layihə tapşırığına uyğun olaraq mövcud texnologiyaları , materialları seçib və düzgün istifadə etməyi və eyni zamanda xüsusi təhlükəli antropagen amillərin kəmiyyət və keyfiyyət təhlili üsullarını istifadə etməyi bacarmalıdır.
COMPETENCY-10702
Sənaye və kimyəvi proseslərin həyata keçirilməsi üçün mühəndislikdə istifadə olunan texnikanı, materialları və mühəndislik vasitələrini düzgün istifadə etməyi bacarmalıdır.
COMPETENCY-74932
Sənaye və kimyəvi proseslərdə və ya lobarotoriya avadanlığında baş verə biləcək nasazlıqları aradan qaldırmağı bacarmalıdır.
COMPETENCY-86773
Kimya texnologiyasında proseslərin və avadanlıqların sistem analizi əsasında optimal texnoloji rejim konstruktiv parametrlərini müəyyən etməyi , proseslərin riyazi modelləşdirilməsini həyat keçirməyi bacarmalıdır.
İxtisas səriştələri· 12
COMPETENCY-29012
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına
COMPETENCY-54981
Kimya mühəndisliyi ixtisası üzrə Azərbaycan diliondə şifahi və ya yazılı kommunikasiya bacarıqlarına
COMPETENCY-35553
Azərbaycan dövlətçiliyinin tarixi,hüquqi,siyasi,mədəni,ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırmaq qabiliyyətlərinə
COMPETENCY-18134
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırılışları müəyyən etmək bacarıqlarına
COMPETENCY-20977
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə
COMPETENCY-75450
Komandada iş,problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə .
COMPETENCY-47015
Yeni şəraitə uyğunlaşmaq ,təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə.
COMPETENCY-13697
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə.
COMPETENCY-64455
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına.
COMPETENCY-70739
Peşəkar fəaliyyətinin planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə.
COMPETENCY-42726
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya , həmçinin keyfiyyətə üstünlük vermək bacarığına.
COMPETENCY-74286
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına .