Ümumi məlumat
- Fənn kodu
- İF-3066y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) Mühazirə- 30 saat b) Seminar-15 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ- 45 saat b) MRTSİ- 30 saat
Fənn haqqında
“Kimya mühəndisliyində riyazi modelləşdirmə” fənni aşağıdakı mövzular üzrə tədris olunur. Giriş. İlkin məlumatlar. Əsas anlayışlar. Kimya texnologiyasında mövcud olan riyazi modellər. Modellərin təsnifatı. K/t-da riyazi modellərin qurulması sxemi. Kompyuter informasiyası. Optimallaşdırma haqqında anlayışlar. “Ən kiçik kvadratlar» üsulu. Empirik düsturların qurulması. Qeyri-xətti asılılıq olan halda “Ən kiçik kvadratlar» üsulu ilə empirik düsturların qurulması. Ekstremal təcrübələrin planlaşdırılması üsulu. Kimyəvi texnoloji obyektlərin statistik təsviri. Statistik modelin alınma üsulları. Kimya kinetikasının əsas anlayışları. Heterogen kimya proseslərinin modelləşdirilməsi. İdeal qarışdırma və ideal sıxışdırma modelləri. Diffuziya və hücrəvi modellər. Kimya reaktorlarında gedən proseslərin. Rriyazi modelləri. Optimallaşdırma üsulları. Kimyəvi-texnoloji obyektlərin miqyaslaşdırıllması və onların optimal layiləndirilməsi
Tədris metodları
- mühazirə
- seminar
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kimya mühəndisliyində riyazi modelləşdirmənin əsas anlayışlarını, modellərin təsnifatını və tətbiq prinsiplərini izah edir.
CLO 2: Kimyəvi-texnoloji proseslər üçün riyazi və statistik modellər qurur, eksperimental məlumatlara əsasən model parametrlərini müəyyən edir.
CLO 3: "Ən kiçik kvadratlar" üsulu, empirik düsturlar və eksperimentlərin planlaşdırılması metodlarından istifadə edərək modellərin adekvatlığını qiymətləndirir.
CLO 4: Kimyəvi kinetika, heterogen proseslər və müxtəlif reaktor modelləri (ideal qarışma, ideal sıxışdırma, diffuziya və hüceyrə modelləri) əsasında proseslərin riyazi modellərini təhlil edir.
CLO 5: Kompüter proqramlarından istifadə etməklə kimyəvi-texnoloji prosesləri modelləşdirir, optimallaşdırır və əldə olunan nəticələri şərh edir.
CLO 6: Kimyəvi-texnoloji obyektlərin miqyaslaşdırılması və optimal layihələndirilməsi üçün riyazi modelləşdirmə və optimallaşdırma üsullarını tətbiq edərək mühəndislik qərarlarını əsaslandırır.
Mövzu planı
- 1.Giriş. İlkin məlumatlar. Əsas anlayışlarMühazirə
Əsas anlayışlar. Kimya kibernetikası.Obyekt anlayışı. Ötürmə funksiyası. Əks əlaqə. Qeyri-səlist məntiq.Texnoloji proseslərin idarə edilməsi. Kimyəvi texnoloji proseslərin riyazi modelləri. Onların tətbiq sahələri
- Modelləşdirmənin əsas anlayışlarını və əhəmiyyətini izah edir.
- 2.Kompyuter informasiyası. Optimallaşdırma haqqında anlayışlar.Mühazirə
İnformasiya daşıyıcıları. Op-timallaşdırma meyarı.Giriş və çıxış parametrləri. İdarə-edici təsirlər. “Ən kiçik kvadratlar» üsulu
- Optimallaşdırma məsələlərini formalaşdırır və həll edir.
- 3.Kimya texnologiyasında mövcud olan riyazi modellərMühazirə
Blok prinsipi. Yeni texnoloji proseslərin yaradılması sxe-mi.Qurğuların növləri.Riyazi ifadənin tərkib hissələri
- Müxtəlif riyazi modelləri təsnif edir və tətbiq sahələrini müəyyən edir.
- 4.Azərbaycan imperiyası Səfəvi və Əfşar sülalələri dövründə (XVI-XVIII əsrin birinci yarısı)Məşğələ
Azərbaycan imperiyası Səfəvi və Əfşar sülalələri dövründə mövzusu bu mərhələdə Azərbaycanın siyasi tarixini, dövlət quruculuğu proseslərini və idarəetmə xüsusiyyətlərini öyrənir. Mövzuda Səfəvilər və Əfşarlar dövründə mərkəzləşmiş hakimiyyətin formalaşması, hərbi-siyasi gücün artırılması və dövlət idarəçilik sisteminin əsas prinsipləri araşdırılır. Həmçinin, bu sülalələrin həyata keçirdiyi daxili və xarici siyasət, ərazi genişlənməsi və beynəlxalq münasibətləri təhlil edilir. Dövrün sosial, iqtisadi və mədəni inkişaf xüsusiyyətləri, eləcə də dövlətçilik ənənələrinin qorunması və davam etdirilməsi məsələləri diqqət mərkəzində saxlanılır. Mövzunun öyrənilməsi Azərbaycan dövlətçilik tarixində Səfəvi və Əfşar dövlətlərinin rolunu və onların imperiya idarəçilik ənənələrinə təsirini anlamağa imkan verir.
- • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
- • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
- • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
- • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
- 5.Empirik düsturların qurulmasıMühazirə
Təcrübi verilənlər. Onun cədvəli. Yaxınlıq meyarı. Xətalar. Ən kiçik kvadratlat üsulu. Onun proqram təminatı.Praktiki istifadə olunması
- Təcrübi verilənlər əsasında empirik düsturlar qurur.
- 6.Qeyri-xətti asılılıq olan halda “Ən kiçik kvadratlar» üsulu ilə empirik düsturların qurulmasıMühazirə
Qeyri-xətti asılılıq. Təcrübi verilənlər. Onun cədvəli. Yaxınlıq meyarı. Xətalar. Ən kiçik kvadratlat üsulu. Onun proqram təminatı.Praktiki istifadə olunması
- Qeyri-xətti asılılıqlar üçün riyazi modellər qurur.
- 7.Ekstremal təcrübələrin planlaşdırılması üsuluMühazirə
Təcrübələrin planlaşdırma matrisi. Giriş və çıxış parametrləri. Prosesə təsir edən əsas amillər. Reqressiya modeli.Teylor sırası.Təcrübələrin sayı.Reqressiya modelinin qurulması üçün əlavə kəmiyyətlər.
- Təcrübələrin planını tərtib edir və reqressiya modeli qurur.
- 8.Kimyəvi texnoloji obyektlərin statistik təsviriMühazirə
Reqressiya modelinin qurulmasının praktiki tətbiqi.Planlaşdırma matrisi. Genişləndirilmiş Planlaşdırma matrisi. Styudent və Fişer meyarları. Modelin parametrlərinin identifikasiyası. Statistik modelin alınma üsulları.
- Statistik modelləri qurur və onların adekvatlığını qiymətləndirir.
- Miqyaslaşdırma meyarlarını tətbiq edir və optimal layihələndirmə məsələlərini həll edir.
- 9.Kimya kinetikasının əsas anlayışlarıMühazirə
Kinetika anlayışı. Reaksiyanın mexanizmi. Reaksiya sürəti. Reaksiyanın sürət sabiti. Aktivləşmə enerjisi. Arenius tənliyi.Kinetik tənliklər. Kinetik tənliklərin qurulması.Kinetik tənliklərin həlli üsulları. Onların proqram təminatları.Alqoritmləri və programları.
- Kinetik tənlikləri qurur və kinetik parametrləri hesablayır.
- 10.Heterogen kimya proseslərinin modelləşdirilməsiMühazirə
Heterogen kimya prosesləri haqqında məlumat. Heterogen kimya proseslərinin xüsusiyyətləri. Onların riyazi modelləşdirilməsi. Heterogen kimya proseslərinin riyazi modellərinin qurulması və tətbiq olunması.
- Heterogen proseslərin riyazi modellərini qurur və tətbiq edir.
- 11.İdeal qarışdırma və ideal sıxışdırma modelləriMühazirə
İdeal qarışdırma və ideal sıxışdırma nədir. Onların fərqli və oxşar cəhətləri. İdeal qarışdırma və ideal sıxışdırma modellərinin qurulması prinsipləri. Onların program təminatları və istifadə olunma sahələri.
- Ideal qarışdırma və sıxışdırma modellərini müqayisə edir.
- 12.Difuziya və hücrəvi modellərMühazirə
Difuziya və hücrəvi modellər.Onarın xüsusiyyətləri. Diffuziya və hücrəvi modellərin yaradılmasının prinsipləri. Difuziya və hücrəvi modellərinin riyazi təsvirləri. Difuziya və hücrəvi modellərin tətbiq olunma sahələri.
- Diffuziya və hücrəvi modellərin riyazi təsvirini verir və tətbiq edir.
- 13.Kimya reaktorlarında gedən proseslərin riyazi modelləriMühazirə
Kimya reaktorlarının növləri. Kimya reaktorlarında gedən proseslər. Kimya reaktorlarında gedən proseslərin riyazi modellərinin qurulması qaydaları. Kimya reaktorlarının riyazi modelləri və onların tətbiq olunma sahələri. Onların program təminatları
- Reaktorların riyazi modellərini qurur və hesablamalar aparır.
- 14.Optimallaşdırma üsullarıMühazirə
Optimallaşdırma üsullarının təsnifatı. Onların müsbət və mənfi cəhətləri. Tətbiq olunma sahələri. Optimallaşdırma üsulları haqqında məlumat. Onların program təminatları və istifadə olunma sahələri.
- Optimallaşdırma üsullarını seçir və praktiki məsələlərin həllində tətbiq edir.
- 15.Kimyəvi-texnoloji obyektlərin miqyas-laşdırılması və onların optimal layihələndirilməsiMühazirə
Kimyəvi-texnoloji obyektlər. Kimyəvi-texnoloji obyektlərin miq-yaslaşdırılması.Meyarlar. Meyarların qarşılıqlı əlaqələri. Damköhler meyarı və Damköhler meyarının tətbqi. Kimyəvi-texnoloji obyektlərin optimal layihələndirilməsi.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |