Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Mülki müdafiə və ilkin tibbi yardımSillabus

İF - 4157y6 kreditPayız semestriMəcburi20.25-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF - 4157y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
20.25-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə - 45; b) seminar - 30.
Auditoriyadan kənar saatlar
a) MRTSi - 42; b) TSi - 63.

Fənn haqqında

Mülki müdafiə insanların fövqəladə hallardan qorunması üçün həyata keçirilən tədbirlər sistemidir. İlkin tibbi yardım isə hadisə zamanı zərərçəkənə göstərilən ilk tibbi köməkdir. Bu yardım insan həyatını xilas etmək və vəziyyəti ağırlaşmadan saxlamaq üçün vacibdir. Mülki müdafiə qaydaları əhalinin təhlükəsizliyini təmin etməyə kömək edir. Vaxtında göstərilən ilkin yardım xəsarətlərin təsirini azalda bilər.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Azərbaycan Respublikasının "Mülki müdafiə haqqında" qanunvericiliyini, fövqəladə hallarda mülki müdafiənin məqsəd, vəzifə və təşkilati prinsiplərini hüquqi müstəvidə şərh edir.

  2. CLO 2: Təbii, texnogen və hərbi xarakterli fövqəladə halların (nüvə, kimyəvi, bioloji silahlar, seysmik və meteoroloji hadisələr) təsnifatını, yaranma mexanizmlərini və insan orqanizminə zədələyici təsirlərini izah edir.

  3. CLO 3: Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarını (DP-5V, İMD-1, DP-22V, VPXR) qaydalara uyğun olaraq işə hazırlayır və ekstremal şəraitdə praktik istifadə edir.

  4. CLO 4: Nüvə partlayışı, AES qəzası və ya güclü təsirli zəhərləyici maddələrin (KTM) sızması zamanı proqnoz və kəşfiyyat məlumatları əsasında radiasiya və kimyəvi şəraiti müstəqil şəkildə aşkar edir, xəritələşdirir və qiymətləndirir.

  5. CLO 5: Fərdi mühafizə vəsaitlərini (əleyhqaz, R-2 respiratoru, L-1 və ya OZK kostyumları) təhlükə növünə görə düzgün seçir və müəyyən olunmuş vaxt normativləri daxilində geyinmə prinsiplərini tətbiq edir.

  6. CLO 6: Sənaye və təsərrüfat obyektlərinin nüvə partlayışının zərbə dalğası, işıq şüalanması, radiasiya və yanğın ocaqlarının təsirinə qarşı iş dayanıqlığını analitik üsullarla hesablayır və qiymətləndirir.

  7. CLO 7: Fövqəladə hallarda istehsalatın kəsilməzliyini təmin etmək, əhalinin və personalın təhlükəsiz köçürülməsini (evakuasiya) və kollektiv mühafizə qurğularında yerləşdirilməsini təşkil etmək üçün mühəndis-texniki tədbirlər planı hazırlayır.

  8. CLO 8: FH ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) gedişatında obyekt dəstə komandirinin idarəetmə funksiyalarını, eləcə də qismi/tam xüsusi təmizləmə (dezaktivasiya, deqazasiya, dezinfeksiya) işlərinin səmərəliliyini qiymətləndirir.

Mövzu planı

  1. 1.
    Mülki müdafiənin əsasları Mühazirə

    «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri.

  2. 2.
    Fövqəladə hallar və onların xarakteristikası - FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı.Mühazirə

    FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər.İonlaşdırıcı şüalar. Şüalanma dozası və doza gücü. Şüa xəstəliyi. İcazə verilən şüalanma dozaları.AES qəzalarında yerin radioaktiv zəhərlənməsi.

  3. 3.
    Fövqəladə hallar və onların xarakteristikası - Nüvə partlayışıMəşğələ

    Nüvə partlayışı,AES qəzası nəticəsində yaranan radiasiya şəraitlərinin proqnoz və kəşfiyyat məlumatları əsasında aşkarı və xəritəyə çəkilməsi. Radiasiya şəraitinin qiymətləndirilməsi.

  4. 4.
    Fövqəladə hallar və onların xarakteristikası - Kimyəvi təhlükəli obyektlər.Mühazirə

    Kimyəvi təhlükəli obyektlər.Kimyəvi təhlükəli maddələr, onların təsnifat, əsas fiziki xassə və insanlara təsiri. Partlayış, yanğın təhlükəli qəzalar, onların əsas xarakteristikaları.

  5. 5.
    Fövqəladə hallar və onların xarakteristikası - KTM çıxımı Məşğələ

    KTM çıxımı və kimyəvi silahın tətbiqi nəticəsində yaranan kimyəvi şəraitin qiymətləndirilməsi

  6. 6.
    Fövqəladə hallar və onların xarakteristikası - Harbi xarakterli fövqəladə hallarMühazirə

    Harbi xarakterli fövqəladə hallar. Nüvə silahı. Nüvə sursatları və parlayışları. Nüvə parlayışlarının əsas zədələyici amilləri

  7. 7.
    Fövqəladə hallar və onların xarakteristikası - Kimyəvi silahMühazirə

    Kimyəvi silah. Zəhərləyici maddələr və onların təsnifatı. Bakterioloji (bioloji) silah. Adi qırğın vasitələri. Təbii xarakterli fövqəladə hallar

  8. 8.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi - Radiasiya nəzarətiMəşğələ

    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarının istifadəsi. DP-5V (DP-5B), İMD-1, DP-22V (İD-1, İD-11), VPXR cihazlarının təyinatı,dəsti, quruluşu, işə hazırlaması və istifadəsi

  9. 9.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsiMühazirə

    Radiasiya, kimyəvi, partlayış və yanğın şəraiti haqqında anlayış, onların aşkarı və qiymətləndirilmə üsuları İonlaşdırıcı şüalanmanın aşkarı və ölçülməsi üsulları. MM sistemində tətbiq olunan radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları. Onların təsnifatı, təyinatı və qısa xarakteristikaları

  10. 10.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi - Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsiMəşğələ

    Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsi. Dağılma və yanğın zonalarının sərhədlərinin təyin edilməsi

  11. 11.
    FH-da əhalinin mühafizəsinin əsaslarıMühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması

  12. 12.
    Mülki müdafiənin əsasları Mühazirə

    «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri

  13. 13.
    Mülki müdafiənin əsaslarıMühazirə

    «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri

  14. 14.
    FH-da əhalinin mühafizəsinin əsaslarıMühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması

  15. 15.
    Fərdi mühafizə vəsaitləriMühazirə

    Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı

  16. 16.
    Fərdi mühafizə vəsaitləriMəşğələ

    Əleyhqazdan istifadə qaydaları. R-2 respiratorunun seçilməsi, istifadə edilməsi. L-1 yüngül mühafizə kostyumunun (yaxud OZK ümumqoşun mühafizə kom-plektinin) istifadə edilməsi.Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi

  17. 17.
    Mülki müdafiənin mühafizə qurğularıMühazirə

    MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi. Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi

  18. 18.
    Mülki müdafiənin mühafizə qurğularıMəşğələ

    MM-nin mühafizə qurğuları. Sənaye obyektlərinin fəhlə və qulluqçularının mühəndis mühafizəsinin qiymətləndirilməsi. Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləşdirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları

  19. 19.
    FH-da əhalinin köçürülməsiMühazirə

    Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi

  20. 20.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığıMühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu. Obyektin dayanıqlığına təsir edən amillər

  21. 21.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığıMəşğələ

    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlli

  22. 22.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığıMühazirə

    Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri

  23. 23.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması - FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqlarıMühazirə

    FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər

  24. 24.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ

    Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi. am və qismi sanitar təmizləmənin keçirilməsi. İPP-8 (İPP-9, İPP-10) kimyaya qarşı fərdi paket, onun təyinatı, dəsti və istifadə qaydası. Xüsusi təmizəmədə təhlükəsizlik tədbirləri

  25. 25.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması - FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığıMühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması

  26. 26.
    İlkin tibbi yardımın əsaslarıMühazirə

    İlkin tibbi yardım haqqında anlayış. Əhalinin sağlamlığının qorunasının hüquqi-normativ bazası

  27. 27.
    İlkin tibbi yardımın əsaslarıMəşğələ

    İlkin tibbi yardım qaydaları və sağlamlığın qorunması üzrə qanunvericiliyin praktik tətbiqi

  28. 28.
    İlkin tibbi yardımın göstərilməsi üçün təyin olunmuş qüvvə və vəsaitlərMühazirə

    Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi. Fövqəladə hallar Nazirliyinin qüvvə və vəsitələri. Mülki Müdafiə tibb xidmətinin qüvvə və vasitələri. Təcili tibbi yardım xidməti.

  29. 29.
    İlkin tibbi yardımın göstərilməsi üçün təyin olunmuş qüvvə və vəsaitlərMəşğələ

    İlkin tibbi yardımın təşkili: fövqəladə hallarda FHN-in, Mülki Müdafiə tibb xidmətinin və təcili tibbi yardımın qüvvə və vasitələrinin tətbiqi

  30. 30.
    Burxulma, çıxıq və sınıqlarda ilkin tibbi yardımMühazirə

    Burxulma, çıxıq və sınıq haqqında anlayış. Burxulma, çıxıq və sınıq zamanı ilkin tibbi yardım. Sınmış sümüklərin hərəkətsizləşdirilməsi

  31. 31.
    Burxulma, çıxıq və sınıqlarda ilkin tibbi yardımMəşğələ

    Burxulma, çıxıq və sınıqlar zamanı ilk yardım bacarıqları və sümüklərin hərəkətsizləşdirilməsi praktikası

  32. 32.
    Yaralanmada, qanaxmada ilkin tibbi yardımMühazirə

    Qanaxma növləri. Kapilyar, venoz və arterial qanaxmalarda ilkin tibbi yardım. Bintləmə qaydaları, jqutun qoyulması

  33. 33.
    Yaralanmada, qanaxmada ilkin tibbi yardımMəşğələ

    Qanaxma zamanı ilk yardım: kapilyar, venoz və arterial qanaxmalarda yardım üsulları və praktik tətbiqlər

  34. 34.
    Ürəyin və ya tənəffüsün dayanmasında ilkin yardımMühazirə

    Ürək-ağciyar reanimasiyası. Süni tənəffüsün verilməsi. Ürəyin masajı

  35. 35.
    Ürəyin və ya tənəffüsün dayanmasında ilkin yardımMəşğələ

    KPR (kardiopulmonar reanimasiya) üzrə praktiki məşğələ: süni tənəffüs və ürək masajı ilə həyati funksiyaların bərpası

  36. 36.
    Yanıqlar və istivurma, zəhərlənmə zamanı ilkin tibbi yardımMühazirə

    Yanıqların dərəcələrə bölünməsi. Termik və kiınyəvi yarnıqlar zamanı ilkin tibbi yardım. Gözlərin termik yanıqları zamanı ilkin tibbi yardım. İstivurma və günvurmada ilkin tibbi yardım. Kimyəvi təhlükəli maddələrlə zəhərlənməda və qida zəhərlənməsində ilkin tibbi yardım

  37. 37.
    Suda, qida boğulmasında, elektrik cərəyanı ilə zədələnmədə, hipotermiya və donvurmada ilkin tibbi yardımMühazirə

    Suda boğulanların xilas edilməsi üsulları. Şirin və daniz sularında boğulmalarda ilkin tibbi yardım. Qida boğulmasında ilkin tibbi yardım. Elektrik cərəyanı ilə zədələnmədə zərərçəkənin elektrik cərəyənından azad edilməsi və ilkin tibbi yardımın göstərilməsi. Hipotermiya və donvurma haqqında anlayış. Hipotermiya və donvurmada ilkin tibbi yardım

  38. 38.
    Suda, qida boğulmasında, elektrik cərəyanı ilə zədələnmədə, hipotermiya və donvurmada ilkin tibbi yardımMəşğələ

    Suda və qida boğulmalarında, elektrik cərəyanı ilə zədələnmələrdə, hipotermiya və donvurmada ilk yardım tədbirlərinin praktiki tətbiqi

  39. 39.
    Dozimetrik cihazlarSərbəst iş

    İonlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları; mülki müdafiə sistemində tətbiq edilən radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazlarının (DP-5V, İMD-1, DP-22V və s.) təsnifatı, təyinatı, quruluşu və iş prinsiplərinin müstəqil şəkildə araşdırılması.

  40. 40.
    Fərdi mühafizə vasitələriSərbəst iş

    Tənəffüs üzvlərinin, dərinin, gözlərin fərdi mühafizə vasitələrinin (FMV) və tibbi fərdi mühafizə paketlərinin təsnifatı; mülki əhali və MM dəstələri üçün FMV-lərin (əleyhqazlar, respiratorlar, xüsusi geyimlər) seçilməsi, ölçülərinin təyini və saxlanılması qaydalarının təhlili.

  41. 41.
    Radiasiya təhlükəli obyektlərdə qəzalarSərbəst iş

    Radiasiya təhlükəli obyektlərin (məsələn, AES-lərin) qəza strukturu; ionlaşdırıcı şüalanmanın insan orqanizminə fəsadları (şüa xəstəliyi), radioaktiv zəhərlənmə zonaları, qəza zamanı tətbiq olunan təhlükəsizlik rejimləri və yod profilaktikası tədbirlərinin öyrənilməsi.

  42. 42.
    Mühafizə qurğuları və onların istifadəsiSərbəst iş

    Mülki müdafiənin mühəndis qurğularının (sığınacaqlar, radiasiya əleyhinə daldanacaqlar və sadə daldanacaqlar) memarlıq-planlaşdırma strukturu, daxili mühəndis-texniki avadanlıqları (FVA sistemləri); qurğuların əhalinin qəbuluna hazırlanması və sığınacaqlarda davranış qaydalarının araşdırılması.

  43. 43.
    ZəlzələlərSərbəst iş

    Təbii xarakterli fövqəladə hallardan olan zəlzələlərin yaranma səbəbləri, seysmik zonalar, zəlzələnin gücünün qiymətləndirilməsi şkalaları (Rixter və MSK-64); seysmik risklərin azaldılması, zəlzələdən əvvəl, zəlzələ anında və zəlzələdən sonra davranış qaydaları və fəaliyyət taktikası.

  44. 44.
    Fövqəladə hallarda əhalinin köçürülməsiSərbəst iş

    FH zamanı evakuasiya tədbirlərinin mahiyyəti, növləri (qismən, kütləvi, lokal) və köçürmə üsulları; köçürmə komissiyalarının, toplanış və qəbul məntəqələrinin təşkili, köçürmənin nəqliyyat, tibbi və maddi-texniki təminatının strukturunun tədqiq edilməsi.

  45. 45.
    Qasırğa, fırtına, tufan, çovğun, burağanSərbəst iş

    Meteoroloji xarakterli təbii fəlakətlərin (qasırğa, fırtına, tufan, çovğun, burağan) yaranma mexanizmləri, sürət parametrləri (Bofort şkalası) və törətdiyi dağıntılar; meteoroloji FH-lar zamanı erkən xəbərdarlıq sistemləri və əhalinin mühafizə tədbirləri.

  46. 46.
    FH-da sənaye obyektlərin işinin dayanıqlığıSərbəst iş

    Sənaye və iqtisadiyyat obyektlərinin FH-da fəaliyyətinin dayanıqlığı anlayışı; obyektlərin zərbə dalğasına, işıq şüalanmasına, yanğınlara və kimyəvi-radiasiya şəraitinə qarşı dözümlülüyünün tədqiqi prinsipləri və dayanıqlığı yüksəltmək üçün mühəndis-texniki tədbirlərin planlaşdırılması.

  47. 47.
    İlkin tibbi yardımın göstərilməsi üçün təyin olunmuş qüvvə və vəsaitlərSərbəst iş

    FH-larda tibbi reaksiyanın təşkili; Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumları, Mülki Müdafiə tibb xidməti, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətlərinin strukturu, qarşılıqlı fəaliyyəti, hadisə yerində triaj (zərərçəkənlərin çeşidlənməsi) prinsipləri və tibbi vəsaitlər.

Ədəbiyyat

  1. Mühazirə materialı(yeni pəncərədə açılır)
  2. C. N. Qasımov. Mülki müdafiə. 2020(yeni pəncərədə açılır)
  3. RÖVŞƏN QULİYEV, OKTAY SALAYEV, CANƏMİR DADAŞOV, TƏRANƏ HƏMZƏBƏYOVA. MÜLKİ MÜDAFİƏ. 2022
  4. Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu
  5. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublİkası Qanunu(yeni pəncərədə açılır)

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5