Bakalavr proqramı

Həyat fəaliyyətinin təhlükəsizliyi

Bakalavr050614Maşınqayırma və MetallurgiyaKimya Texnologiya, Təkrar Email və Ekologiya37 fənn

Proqram haqqında

Təhsil proqramı 30 kredit ümumi təhsil fənləri, 120 kredit əsas ixtisas fənnləri (o cümlədən Mülki müdafiə), 60 kredit seçmə fənlər və 30 kredit təcrübə və buraxılış layihəsindən ibarət olmaqla ümumilikdə 240 kredit təşkil edir. Proqram fundamental biliklərin formalaşdırılmasını, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə peşəkar kompetensiyaların qazanılmasını, ixtisaslaşma imkanlarının yaradılmasını və nəzəri biliklərin praktik fəaliyyətdə tətbiqini təmin edir.

Dərəcə tələbləri

"Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə tədris olunan əsas fənlərə ali riyaziyyat, fizika, kimya, mühəndis qrafikası, informatika, ekologiya, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə, texniki təhlükəsizlik, sənaye təhlükəsizliyi, elektrik təhlükəsizliyi, fövqəladə halların idarə olunması, risklərin analizi və həyat fəaliyyətinin təhlükəsizliyi daxildir. Bu fənlər tələbələrə həm nəzəri biliklər, həm də praktiki vərdişlər qazandırır. Təhsil prosesi ərzində laboratoriya işləri, kurs layihələri və istehsalat təcrübələri təşkil olunur. Tələbələr müəssisələrdə təhlükəsizlik qaydalarının tətbiqi, risklərin qiymətləndirilməsi və fövqəladə hallarda düzgün davranış üsullarını praktik şəkildə öyrənirlər. Proqramı uğurla bitirən məzunlar sənaye müəssisələrində, tikinti şirkətlərində, neft-qaz sektorunda, dövlət qurumlarında, ekologiya və əməyin mühafizəsi sahələrində mühəndis və təhlükəsizlik üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilirlər. Bu ixtisas müasir dövrdə istehsalat və insan təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Proqramı araşdırın