Bakalavr proqramı

Həyat fəaliyyətinin təhlükəsizliyiSəriştələr

Bakalavr050614Maşınqayırma və MetallurgiyaKimya Texnologiya, Təkrar Email və Ekologiya37 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

41 səriştə

Peşə səriştələri· 29

  • COMPETENCY-76974

    Fundamental və peşə hazırlığına uyğun adaptasiya müddətini keçdikdən sonra mülkü müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşıasının alınması və nəticələrinin aradan qaldırılması sahəsində işlərin aparılması və təşkili məsələlərini həll etməyi bacarmalı, təhlükəsizliklə bağlı təşkilati - idarəedici, nəzarət profilaktik fəaliyyətə hazır olmalı.

  • COMPETENCY-42467

    İstehsalat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində çalışamaq, iş yerlərində çalışanların təhlükəsizliyini təminb etmək, iş şəraitindən asılı olaraq onlara güzəştlərin və imtiyazların verilməsi, normalarını müəyyənləşdirməyi bacarmalıdır.

  • COMPETENCY-88503

    Müasir iqtisadi və sosial problemləri təhlil etməyi və sosial - ekoloji nəticələri nəzərə almaqla müstəqil qərarlar qəbul etməyi bacarmalı, ölkəni tarixini bilməli, mütəmadi olaraq öz bilik səviyyəsini yüksəltməli, yaranmış problemlərdə özünün peşə fəaliyyətinin rolunu bilməli, cəmiyyətin inkişafının problem və tendensiyaları haqqında məlumatlı olmalıdır.

  • COMPETENCY-19695

    Gələcək peşə fəaliyyətlərinə normativ və hüquqi sənədlərin tərtibi və onlardan istifadə etmək bacarığına malik olmalıdır.

  • COMPETENCY-25182

    Sülh və müharibə dövründə yaranan fövqəladə halların növlərini, mülkü müdafiə orqanının təşkilini, onun əsas qüvvələrini və vəzifələrini, kütləvi qırğın silahlarından fərdi və kollektiv mühafizə tərbirlərini bilməli, xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini insanların və avadanlıqların radioaktiv və kimyəvi çirklənməsinin zərərsizləşdirilməsini bacarmalıdır.

  • COMPETENCY-28145

    Öz əməyini elmi əsas üzərində qurmağı, təşkil etməyi bacarmalı, öz peşə fəaliyyəti dairəsində tətbiq olunan məlumatların toplanması, saxlanması və işlənməsinin komputer üsullarını bilməlidir.

  • COMPETENCY-64689

    Texniki, maliyyə və insani amillərini nazərə almaqla istehsalat münasibətləri idarəetmə prinsipləri biliklərinə yiyələnmə lidir.

  • COMPETENCY-74511

    Müxtəlif sistem parametrlərinin optimal nəticələrinin təyin olunması məsələlərinin həlli üsullarından istifadə etməyi bacarmalıdır.

  • COMPETENCY-25096

    Gələcək peşənin mahiyyəti və sosial mənasını, fəaliyyətinin konkret sahəsini təyin edən fənlərin əsas problemlərini başa düşməli, bütövlükdə götürülmüş bilik sistemində onların qarşılıqlı əlaqəsini görməyi bacarmalıdır.

  • COMPETENCY-73413

    Sistemli yanaşma əsasında öz peşə dairəsində layihələndirmə fəaliyyətini bacarmalı, müxtəlif halların, təsviri və proqnozlaşdırılması modellərində istifadə olunması və yaradılmasını, onların keyfiyyət və kəmiyyət təhlilini verməyi bacarmalıdır.

  • COMPETENCY-23194

    Peşə funksiyalarının yerinə yetirilməsi ilə bağlı məqsədin qoyuluşuvə məsələnin formalaşamasını, onların həlli üçün mənisədiyi elmlərin üsullarından istifadə etməyibacarmalıdır.

  • COMPETENCY-55123

    Kollektivə uyğunlaşmağa və işləməyə hazır olmalı, idarəetmə üsulları ilə tanış olmalı, icraçıların işini təşkil etməyi bacarmalı, müxtəlif fikirlərin mövcud olduğu şəraitdə idarəetmə məsələrinin həlli üçün təhlil aparıb, düzgün qərar qəbul etməyi bacarmalıdır.

  • COMPETENCY-97836

    Əmək qanunvericiliyin əsaslarını, yanğın təhlükəsizliyini, həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsaslarını, metrologiya, ölçmə, ölçmələrin və ölçmə vasitələrinin vəhdəti və yeniliyi, standartlaşma, standart məhsulun keyfiyyəti və onun texniki səviyyəsini qiymətləndirməyi bacarmalıdır.

  • COMPETENCY-30373

    Təbiətin mühafizəsinin ekoloji prinsipləri və təbiətdən səmərəli istifadənin, təbiəti məhv etməyən texnologiyanın perspektivlərini bilməlidir.

  • COMPETENCY-26630

    Fizika, nəzəri mexanika, kimya və ekologiyanın nəzəri və eksperimental tədqiqat üsullarını bilməlidir.

  • COMPETENCY-65537

    İdarəetmə sistemlərinin araşdırılması metodlarının tərkibi və onların seçilməsi, araşdırma prosesinin planlaşdırılmasını, variantlarının hazırlanması və əsaslandırılmasını bilməlidir.

  • COMPETENCY-74447

    Tikintinin ümumilikdə və xüsusi ilə inşaat materiallarının inkişaf perspektivləri haqqında biliklərə malik olmalıdır.

  • COMPETENCY-64273

    Tətbiqi məsələlərin həllində kompüter texnikasından istifadə etməyi, texniki rəsmxəttin, təsviri həndəsənin və maşın qrafikasının əsas üsullarını, qanunlarını, metodlarını və qaydalarını tətbiq etməyi bacarmalıdır.

  • COMPETENCY-61789

    Qurğuların tikinti və istismarı zamanı təhlükəsizlik qaydalarından istifadə etməyi bacarmalıdır.

  • COMPETENCY-23500

    Əməyin mühafizəsi və peşə riskinin idarə olunmasının nəzəri əsasları, əsas anlayışları, terminləri, tərifləri və onların yaranması mənbələrini, həyat fəaliyyətinin təhlükəsizliyinin hüquqi, normativ-texniki, təşkilati əsaslarını bilməlidir.

  • COMPETENCY-50194

    Kollektiv mühafizə qurğuları, onların layihələndirilməsi, istismara qəbulu və istismar qaydalarını bilməlidir.

  • COMPETENCY-17223

    Əhalinin fövqəladə hallarda fəaliyyətə hazırlanması, radiasiya və kimya kəşfiyyatı, dozometrik və kimyəvi nəzarət üçün işlədilən texniki vasitələri bilməlidir.

  • COMPETENCY-89752

    Təhlükəli hadisələr və sosial-iqtisadi halları gərginləşdirə bilən şəraitin və ehtimal olunan zərərlərin proqnozlaşdırılması və modelləşdirilməsi metodikasını tətbiq etməyi bacarmalıdır.

  • COMPETENCY-96554

    Əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi sahəsində dövlət orqanları, təşkilatlar və digər müxtəlif formalı subyektlərin fəaliyyətinin təhlili mərhələlərini, yollarını və üsullarını bilməlidir.

  • COMPETENCY-92772

    İstehsalat mühiti parametrlərini, təhlükəsizlik texnikası, əməyin mühafizəsi, istehsalatda texnoloji proseslərin təhlükəsizliyi, problemlərin həlli yollarının optimallaşdırılmasını bilməlidir.

  • COMPETENCY-56137

    Yüksək peşə riskli istehsalat sahələrini müəyyən etmək və proqnozlaşdırmaq, zəhərlənmə və radioaktiv çirklənmə zonalarını, zədələyici amillərin və zəhərləyici maddələrin buraxıla bilən hədlərini bilməlidir.

  • COMPETENCY-77512

    Əməyin mühafizəsi və istehsalat təhlükəsizliyinin, o cümlədən peşə risklərinin idarə olunması üsullarını, qəzaların qəbul edilməsini bilməlidir.

  • COMPETENCY-22446

    Əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi sahəsində monitorinqin aparılmasını, ehtimal olunan təhlükələrin proqnozlaşdırılması, rayonlaşdırılması üsullarını və metodlarını tətbiq etməyi bacarmalıdır.

  • COMPETENCY-31088

    İnsanların həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən təhlükəli amillərin, hadisələrinin proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əmək şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi sahələrində elmi-tədqiqat və istehsal müəssisələri, layihə, layihə-axtarış, layihə-smeta sənədlərinin işlənib hazırlanması, mühəndis qurğuları sisteminin quraşdırılması, tikinti obyektlərinin istismarı və təmiri, nəzəri əsaslarının tədqiqi, təkmilləşdirilməsi və s. bu kimi əməliyyatların yerinə yetirilməsində iştirak etməyi bacarmalıdır.

İxtisas səriştələri· 12

  • COMPETENCY-16557

    Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına malik olmalıdır.

  • COMPETENCY-29790

    İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına sahib olmalıdır.

  • COMPETENCY-78546

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, həmçinin milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə yiyələnməlidir.

  • COMPETENCY-47412

    Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etməyi bacarmalıdır.

  • COMPETENCY-17093

    İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə malik olmalıdır.

  • COMPETENCY-55762

    Komandada işləməyi və problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətini nümayiş etdirməlidir.

  • COMPETENCY-78863

    Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə sahib olmalıdır.

  • COMPETENCY-67179

    Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına yiyələnməlidir.

  • COMPETENCY-32190

    Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətini inkişaf etdirməlidir.

  • COMPETENCY-72675

    Peşəkar fəaliyyətini planlaşdırmağı və təşkil etməyi, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirməyi, vaxtı idarə etməyi və tapşırıqları vaxtında tamamlamağı bacarmalıdır.

  • COMPETENCY-15013

    Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına sahib olmalıdır.

  • COMPETENCY-35724

    Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirməyi və özünütənqid bacarığını formalaşdırmalıdır.