Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Mülki müdafiə və ilkin tibbi yardım

İF - 4157y6 kreditPayız semestriMəcburi20.25-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

20.25-2026

Fənnin təsviri

Mülki müdafiə insanların fövqəladə hallardan qorunması üçün həyata keçirilən tədbirlər sistemidir. İlkin tibbi yardım isə hadisə zamanı zərərçəkənə göstərilən ilk tibbi köməkdir. Bu yardım insan həyatını xilas etmək və vəziyyəti ağırlaşmadan saxlamaq üçün vacibdir. Mülki müdafiə qaydaları əhalinin təhlükəsizliyini təmin etməyə kömək edir. Vaxtında göstərilən ilkin yardım xəsarətlərin təsirini azalda bilər.

Fənn təlim nəticələri

  1. CLO 1: Azərbaycan Respublikasının "Mülki müdafiə haqqında" qanunvericiliyini, fövqəladə hallarda mülki müdafiənin məqsəd, vəzifə və təşkilati prinsiplərini hüquqi müstəvidə şərh edir.

  2. CLO 2: Təbii, texnogen və hərbi xarakterli fövqəladə halların (nüvə, kimyəvi, bioloji silahlar, seysmik və meteoroloji hadisələr) təsnifatını, yaranma mexanizmlərini və insan orqanizminə zədələyici təsirlərini izah edir.

  3. CLO 3: Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarını (DP-5V, İMD-1, DP-22V, VPXR) qaydalara uyğun olaraq işə hazırlayır və ekstremal şəraitdə praktik istifadə edir.

  4. CLO 4: Nüvə partlayışı, AES qəzası və ya güclü təsirli zəhərləyici maddələrin (KTM) sızması zamanı proqnoz və kəşfiyyat məlumatları əsasında radiasiya və kimyəvi şəraiti müstəqil şəkildə aşkar edir, xəritələşdirir və qiymətləndirir.

  5. CLO 5: Fərdi mühafizə vəsaitlərini (əleyhqaz, R-2 respiratoru, L-1 və ya OZK kostyumları) təhlükə növünə görə düzgün seçir və müəyyən olunmuş vaxt normativləri daxilində geyinmə prinsiplərini tətbiq edir.

  6. CLO 6: Sənaye və təsərrüfat obyektlərinin nüvə partlayışının zərbə dalğası, işıq şüalanması, radiasiya və yanğın ocaqlarının təsirinə qarşı iş dayanıqlığını analitik üsullarla hesablayır və qiymətləndirir.

  7. CLO 7: Fövqəladə hallarda istehsalatın kəsilməzliyini təmin etmək, əhalinin və personalın təhlükəsiz köçürülməsini (evakuasiya) və kollektiv mühafizə qurğularında yerləşdirilməsini təşkil etmək üçün mühəndis-texniki tədbirlər planı hazırlayır.

  8. CLO 8: FH ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) gedişatında obyekt dəstə komandirinin idarəetmə funksiyalarını, eləcə də qismi/tam xüsusi təmizləmə (dezaktivasiya, deqazasiya, dezinfeksiya) işlərinin səmərəliliyini qiymətləndirir.