Subject · Systems engineering

Hərbi sistemlərin arxitekturası və inteqrasiyasıSyllabus

İFS-4598x9 creditsAutumn semesterMandatory2026-2027

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
İFS-4598x
Credits
9
Student workload
195
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Mandatory
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
45 saat - mühazirə 30 saat - məşğələ
Out-of-class hours
TSİ-95 saat MTSİ-100 saat

About the subject

Fənnin məqsədi tələbələrdə mürəkkəb hərbi sistemlərin arxitekturalaşdırılması və müxtəlif alt sistemlərin vahid funksional mühitdə inteqrasiyası üzrə sistemli bilik formalaşdırmaqdır. kursda arxitektura təsvirləri, sistem tələbləri, interfeyslər, məlumat axınları, sensor-rabitə-komanda-idarəetmə inteqrasiyası, qarşılıqlı işləmə qabiliyyəti, kibertəhlükəsizlik, etibarlılıq, verifikasiya, validasiya və inteqrasiya sınaqları akademik və tətbiqi yanaşmada öyrənilir. məşğələlərdə easyeda proqramından istifadə etməklə elektron komponentlərin seçilməsi, sadə prinsipial sxemlərin hazırlanması, alt sistemlər arasındakı elektron interfeys əlaqələrinin qurulması və sxemlərin ilkin yoxlanılması üzrə praktik bacarıqlar formalaşdırılır.

Teaching methods

  • lecture
  • seminar
  • presentations
  • interactive discussion
  • teamwork

Course learning outcomes (CLO)

  1. CLO 1: Hərbi sistem arxitekturasının əsas anlayışlarını və arxitektura yanaşmalarını izah edir.

  2. CLO 2: Sistem, alt sistem, interfeys və məlumat axınları arasındakı funksional əlaqələri təhlil edir.

  3. CLO 3: Sensor, rabitə, komanda-idarəetmə və icraedici alt sistemlərin inteqrasiya prinsiplərini fərqləndirir.

  4. CLO 4: İnterfeys, uyğunluq, etibarlılıq, təhlükəsizlik və inteqrasiya sınaqlarını qiymətləndirir.

  5. CLO 5: Hərbi sistem üçün funksional arxitektura modeli və inteqrasiya planı hazırlayır, easyeda mühitində sadə elektron sxem və interfeys əlaqələrini layihələndirir və nəticələri texniki təqdimat şəklində təqdim edir.

Topic plan

  1. 1.
    Hərbi sistem arxitekturasının predmeti, məqsədi və metodoloji əsaslarıLecture
  2. 2.
    Mürəkkəb hərbi-texniki sistemlərdə sistem yanaşmasının əsaslarıLecture
  3. 3.
    Hərbi rabitə sistemlərinin sistemləşdirilməsiLecture
  4. 4.
    Hərbi rabitə sistemlərinin arxitekturası və quruluş prinsipləriLecture
  5. 5.
    Hərbi rabitə sistemlərinə texniki tələblərin müəyyənləşdirilməsiLecture
  6. 6.
    Hərbi rabitə sistemlərinin funksional modelləşdirilməsiLecture
  7. 7.
    Fiziki arxitektura və alt sistemlərin struktur təşkiliLecture
  8. 8.
    Sistem interfeyslərinin təsnifatı və idarə edilməsiLecture
  9. 9.
    Məlumat arxitekturası və hərbi sistemlərdə məlumat axınlarıLecture
  10. 10.
    Sensor alt sistemlərinin vahid arxitekturaya inteqrasiyasıLecture
  11. 11.
    Rabitə alt sistemlərinin arxitekturası və şəbəkə inteqrasiyasıLecture
  12. 12.
    Komanda-idarəetmə sistemlərinin funksional arxitekturasıLecture
  13. 13.
    Naviqasiya, zaman və koordinat təminatı alt sistemlərinin inteqrasiyasıLecture
  14. 14.
    İcraedici qurğular və idarəetmə konturlarının sistemə inteqrasiyasıLecture
  15. 15.
    Pilotsuz və robototexniki platformaların modul arxitekturasıLecture
  16. 16.
    Sistemlərarası qarşılıqlı işləmə qabiliyyəti və standartlaşdırmaLecture
  17. 17.
    Açıq sistem arxitekturası və modul layihələndirmə prinsipləriLecture
  18. 18.
    Hərbi rabitə sistemlərinin vahid əməliyyat mühitinə inteqrasiyasıLecture
  19. 19.
    Hərbi sistem arxitekturasında kibertəhlükəsizlik tələbləriLecture
  20. 20.
    Elektromaqnit uyğunluğu və radioelektron mühit amilləriLecture
  21. 21.
    Etibarlılıq, dayanıqlılıq və nasazlığa davamlı arxitekturaLecture
  22. 22.
    İnteqrasiya prosesinin planlaşdırılması və konfiqurasiya idarəetməsiLecture
  23. 23.
    Sistem verifikasiyası, validasiyası və inteqrasiya sınaqlarının təşkiliLecture
  24. 24.
    Hərbi sistem üzrə maraqlı tərəflərin və əməliyyat ehtiyaclarının təhliliSeminar
  25. 25.
    Hərbi sistemin funksional sxeminin hazırlanmasıSeminar
  26. 26.
    Easyeda mühitinə giriş, elektron komponentlərin seçilməsi və kitabxanalarla işSeminar
  27. 27.
    Easyeda proqramında hərbi rabitə qurğusunun sadə elektron prinsipial sxeminin hazırlanmasıSeminar
  28. 28.
    Easyeda mühitində alt sistemlərin elektron interfeys əlaqələrinin qurulması və sxemin yoxlanılmasıSeminar
  29. 29.
    Hərbi sistemdə məlumat axını diaqramının hazırlanmasıSeminar
  30. 30.
    Sensor və rabitə alt sistemlərinin inteqrasiya modelinin hazırlanmasıSeminar
  31. 31.
    Komanda-idarəetmə və naviqasiya alt sistemlərinin əlaqələndirilməsiSeminar
  32. 32.
    Modul arxitekturada komponent və interfeys uyğunluğunun təhliliSeminar
  33. 33.
    Sistemlərarası qarşılıqlı işləmə ssenarisinin hazırlanmasıSeminar
  34. 34.
    Kibertəhlükəsizlik tələblərinin arxitektura modelinə daxil edilməsiSeminar
  35. 35.
    Etibarlılıq və nasazlıq ssenarilərinin arxitektura üzrə qiymətləndirilməsiSeminar
  36. 36.
    İnteqrasiya ardıcıllığının və konfiqurasiya planının hazırlanmasıSeminar
  37. 37.
    İnteqrasiya olunmuş hərbi sistemin funksional işinin yoxlanılmasıSeminar
  38. 38.
    Yekun sistem arxitekturası layihəsinin təqdimatı və qiymətləndirilməsiSeminar

Reading list

  1. Blanchard, b.s., fabrycky, w.j. systems engineering and analysis. pearson.
  2. Incose. systems engineering handbook. wiley.
  3. Iso/iec/ieee 42010. systems and software engineering - architecture description.
  4. Dod architecture framework (dodaf), version 2.02.
  5. Maier, m.w., rechtin, e. the art of systems architecting. CRC press.
  6. Sage, a.p., rouse, w.b. handbook of systems engineering and management. wiley.
  7. Adamy, d. EW 101: a first course in electronic warfare. artech house
  8. Stallings, w. computer security: principles and practice. pearson.
  9. Easyeda. easyeda documentation: schematic design and PCB design. elektron resurs

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.ri qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.ləbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
Yazılıİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5