Subject · Systems engineering

Hərbi sistemlərin arxitekturası və inteqrasiyası

İFS-4598x9 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

9

Workload

195hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Fənnin məqsədi tələbələrdə mürəkkəb hərbi sistemlərin arxitekturalaşdırılması və müxtəlif alt sistemlərin vahid funksional mühitdə inteqrasiyası üzrə sistemli bilik formalaşdırmaqdır. kursda arxitektura təsvirləri, sistem tələbləri, interfeyslər, məlumat axınları, sensor-rabitə-komanda-idarəetmə inteqrasiyası, qarşılıqlı işləmə qabiliyyəti, kibertəhlükəsizlik, etibarlılıq, verifikasiya, validasiya və inteqrasiya sınaqları akademik və tətbiqi yanaşmada öyrənilir. məşğələlərdə easyeda proqramından istifadə etməklə elektron komponentlərin seçilməsi, sadə prinsipial sxemlərin hazırlanması, alt sistemlər arasındakı elektron interfeys əlaqələrinin qurulması və sxemlərin ilkin yoxlanılması üzrə praktik bacarıqlar formalaşdırılır.

Course learning outcomes

  1. CLO 1: Hərbi sistem arxitekturasının əsas anlayışlarını və arxitektura yanaşmalarını izah edir.

  2. CLO 2: Sistem, alt sistem, interfeys və məlumat axınları arasındakı funksional əlaqələri təhlil edir.

  3. CLO 3: Sensor, rabitə, komanda-idarəetmə və icraedici alt sistemlərin inteqrasiya prinsiplərini fərqləndirir.

  4. CLO 4: İnterfeys, uyğunluq, etibarlılıq, təhlükəsizlik və inteqrasiya sınaqlarını qiymətləndirir.

  5. CLO 5: Hərbi sistem üçün funksional arxitektura modeli və inteqrasiya planı hazırlayır, easyeda mühitində sadə elektron sxem və interfeys əlaqələrini layihələndirir və nəticələri texniki təqdimat şəklində təqdim edir.