General information
- Subject code
- MS-0313
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Mode of study
- Full-time
- Language of instruction
- Azerbaijani
- Contact hours
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Independent study hours
- a) 135 saat - sərbəst iş
About the subject
Fənn bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinin strukturuna, iş rejimlərinə və idarəetmə proseslərinə inteqrasiyasının nəzəri və tətbiqi aspektlərini əhatə edir. günəş fotovoltaik və külək enerji sistemlərinin elektrik strukturu, maksimal güc nöqtəsinin izlənməsi, şəbəkə invertorları, aktiv və reaktiv gücün idarə edilməsi, gərginlik və tezlik sabitliyi, generasiyanın dəyişkənliyi, enerji keyfiyyəti, enerji saxlama sistemləri, mikroşəbəkələr və smart grid texnologiyaları öyrənilir.
Teaching methods
- lecture
- interactive discussion
- seminar
- teamwork
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinə inteqrasiyasının nəzəri, elektroenergetik və texniki əsaslarını izah etməli və təhlil etməlidir.
CLO 2: Günəş fotovoltaik və külək enerji sistemlərinin strukturunu, enerji çevrilmə proseslərini və əsas elektrik parametrlərini təhlil və qiymətləndirə bilməlidir.
CLO 3: Bərpa olunan enerji sistemlərində istifadə olunan güc elektronikası çeviricilərinin, invertorların və idarəetmə qurğularının iş prinsiplərini təhlil etməli və tətbiq edə bilməlidir.
CLO 4: Bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası zamanı yaranan gərginlik, tezlik, aktiv və reaktiv güc, enerji balansı və elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemləri müəyyənləşdirməli və qiymətləndirə bilməlidir.
CLO 5: Enerji saxlama sistemlərinin, mikroşəbəkələrin və smart grid texnologiyalarının bərpa olunan enerji mənbələri ilə inteqrasiyasını modelləşdirməli, təhlil etməli və texniki baxımdan əsaslandıra bilməlidir.
CLO 6: Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasına yönəlmiş mühəndislik məsələlərini formalaşdırmalı, hesablama və simulyasiya üsulları ilə həll etməli, əldə olunan nəticələri qiymətləndirməli və texniki həllər təklif etməlidir.
Topic plan
- 1.Bərpa olunan enerji mənbələrinin müasir elektrik enerji sistemlərində rolu və inteqrasiya prinsipləriLecture
Bərpa olunan enerji mənbələrinin təsnifatı və əsas texniki xüsusiyyətləri; bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemində funksional rolu; mərkəzləşdirilmiş və paylanmış enerji istehsalının texniki xüsusiyyətləri; bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əsas prinsipləri
- 2.Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının elektroenergetik əsaslarıLecture
Elektrik enerji sisteminin struktur-funksional təşkili; generasiya, ötürmə və paylama sistemlərinin qarşılıqlı əlaqəsi; bərpa olunan enerji qurğularının şəbəkəyə qoşulma nöqtələri və inteqrasiya səviyyələri; generasiya–yük balansı və enerji sisteminin iş rejimləri
- 3.Günəş fotovoltaik sistemlərinin elektrik strukturu və enerji çevrilməsiLecture
Fotovoltaik effektin fiziki əsasları; günəş elementlərinin, modullarının və fotovoltaik massivlərin quruluşu; fotovoltaik sistemlərin i–v və p–v xarakteristikaları; günəş radiasiyası və temperaturun fotovoltaik sistemin elektrik parametrlərinə təsiri
- 4.Fotovoltaik sistemlərdə maksimal güc nöqtəsinin izlənməsi və dc/dc güc çeviriciləriLecture
Maksimal güc nöqtəsi və onun müəyyənləşdirilməsi prinsipləri; MPPT idarəetmə alqoritmlərinin əsas iş prinsipləri; dc/dc güc çeviricilərinin quruluşu və funksional təyinatı; buck, boost və buck-boost çeviricilərinin fotovoltaik sistemlərdə tətbiqi
- 5.Şəbəkəyə qoşulan invertorlar və fotovoltaik enerji sistemlərinin inteqrasiyasıLecture
Dc/ac invertorların funksional təyinatı və əsas topologiyaları; şəbəkəyə qoşulan invertorların iş prinsipi; i̇nvertorların elektrik şəbəkəsi ilə sinxronlaşdırılması; fotovoltaik sistemlərdə aktiv və reaktiv gücün idarə edilməsi
- 6.Külək enerji sistemlərinin elektrik strukturu, generatorları və güc elektronikasıLecture
Külək enerjisinin elektrik enerjisinə çevrilməsinin əsas prinsipləri; külək turbinlərinin elektrik generatorları; asinxron və sinxron generatorların texniki xüsusiyyətləri; külək enerji sistemlərində güc elektronikasının funksional rolu
- 7.Külək elektrik stansiyalarının enerji sistemə inteqrasiyasıLecture
Külək elektrik stansiyalarının elektrik şəbəkəsinə qoşulma strukturu; külək enerjisinin dəyişkən xarakterinin enerji sisteminə təsiri; külək elektrik stansiyalarında aktiv və reaktiv gücün tənzimlənməsi; külək elektrik stansiyalarının şəbəkə sabitliyinə təsiri
- 8.Bərpa olunan enerji mənbələrində aktiv və reaktiv gücün idarə edilməsiLecture
Aktiv və reaktiv gücün fiziki və elektroenergetik mahiyyəti; güc əmsalı və onun enerji sisteminin iş rejiminə təsiri; i̇nvertor əsaslı generasiyada aktiv və reaktiv gücün idarə edilməsi; volt-var və volt-watt idarəetmə prinsipləri
- 9.Bərpa olunan enerji mənbələrinin gərginlik və tezlik sabitliyinə təsiriLecture
Elektrik enerji sistemində gərginlik sabitliyi anlayışı; tezlik sabitliyi və generasiya–yük balansı; i̇nvertor əsaslı generasiyanın enerji sisteminin dinamik rejimlərinə təsiri; bərpa olunan enerji mənbələrinin gərginlik və tezliyin tənzimlənməsində rolu
- 10.Bərpa olunan enerji generasiyasının dəyişkənliyi və enerji balansının idarə edilməsiLecture
Günəş və külək enerjisinin dəyişkənliyinin əsas səbəbləri; bərpa olunan enerji istehsalının proqnozlaşdırılması; generasiya və yük arasında enerji balansının təmin edilməsi; ehtiyat güc və enerji sisteminin çevikliyinin təmin olunması
- 11.Elektrik enerjisinin keyfiyyəti və bərpa olunan enerji sistemləriLecture
Elektrik enerjisinin keyfiyyət göstəriciləri; harmonik təhriflər və onların yaranma mənbələri; i̇nvertorların harmonik təhriflərə təsiri və THD göstəricisi; elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üsulları və filtr sistemləri
- 12.Enerji saxlama sistemləri və bərpa olunan enerji mənbələri ilə inteqrasiyasıLecture
Enerji saxlama sistemlərinin enerji sistemində funksional rolu; akkumulyator əsaslı enerji saxlama texnologiyaları; enerji saxlama sistemlərinin əsas texniki parametrləri: SOC və soh; enerji saxlama sistemlərinin bərpa olunan enerji mənbələri ilə inteqrasiyası
- 13.Mikroşəbəkələr və bərpa olunan enerji mənbələrinin mikroşəbəkələrə inteqrasiyasıLecture
Mikroşəbəkələrin anlayışı, strukturu və əsas komponentləri; AC və DC mikroşəbəkələrin struktur və funksional xüsusiyyətləri; mikroşəbəkələrin şəbəkəyə qoşulu və adalı iş rejimləri; bərpa olunan enerji mənbələrinin mikroşəbəkələrdə idarə olunması
- 14.Smart grid texnologiyaları və bərpa olunan enerji mənbələrinin idarə olunmasıLecture
Smart grid konsepsiyasının əsas prinsipləri; paylanmış enerji resurslarının monitorinqi və idarə olunması; ağıllı ölçmə və enerji menecment sistemləri; smart grid mühitində bərpa olunan enerji mənbələrinin koordinasiyalı idarə olunması
- 15.Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının texniki problemləri və müasir həllərLecture
- 16.Günəş fotovoltaik enerji sisteminin parametrlərinin hesablanması və modelləşdirilməsiSeminar
Fotovoltaik sistemin əsas elektrik parametrləri hesablanır və kompüter mühitində modeli hazırlanır. simulyasiya nəticələri təhlil edilərək sistemin iş rejimi qiymətləndirilir
- 17.Fotovoltaik sistemdə maksimal güc nöqtəsinin izlənməsi (mppt) sisteminin modelləşdirilməsiSeminar
Mppt alqoritminin iş prinsipi araşdırılır və modelləşdirilir. müxtəlif iş rejimlərində maksimal güc nöqtəsinin izlənməsi simulyasiya nəticələri əsasında təhlil edilir
- 18.Günəş fotovoltaik və enerji saxlama sistemlərinin inteqrasiyasının təhliliSeminar
Günəş paneli və enerji saxlama qurğusunun birgə iş rejimi araşdırılır. enerji balansı hesablanır və simulyasiya nəticələri qiymətləndirilir
- 19.Külək enerji sisteminin elektrik parametrlərinin hesablanması və simulyasiyasıSeminar
Külək enerji sisteminin əsas elektrik parametrləri hesablanır. generatorun müxtəlif iş rejimləri kompüter simulyasiyası vasitəsilə tədqiq edilir
- 20.Günəş–külək hibrid enerji sisteminin modelləşdirilməsi və təhliliSeminar
Günəş və külək enerji mənbələrinin birgə işləmə prinsipi modelləşdirilir. hibrid sistemin enerji istehsalı və iş rejimləri simulyasiya nəticələri əsasında təhlil edilir
- 21.Bərpa olunan enerji mənbələri əsasında mikroşəbəkənin modelləşdirilməsiSeminar
Bərpa olunan enerji mənbəyi, enerji saxlama qurğusu və yüklərdən ibarət mikroşəbəkə modeli hazırlanır. müxtəlif iş rejimlərində enerji axını araşdırılır
- 22.Bərpa olunan enerji sistemində avtomatik yük idarəetməsinin modelləşdirilməsiSeminar
Enerji istehsalına uyğun olaraq elektrik yüklərinin idarə olunması modeli hazırlanır. i̇darəetmə alqoritminin müxtəlif rejimlərdə fəaliyyəti simulyasiya edilir
- 23.Layihələrin simulyasiya nəticələrinin təhlili və texniki hesabatların hazırlanmasıSeminar
Hazırlanmış layihələrin simulyasiya və hesablama nəticələri sistemləşdirilir, müqayisə edilir və texniki hesabat hazırlanır
Reading list
The reading list has not yet been published.
Assessment
| Assessment method | Description | Marks | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






