Subject · Electrical and electronics engineering.
Bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasıTopic plan
Topic plan
The topics of the subject and the learning outcomes of each topic.
1. Bərpa olunan enerji mənbələrinin müasir elektrik enerji sistemlərində rolu və inteqrasiya prinsipləri
LectureBərpa olunan enerji mənbələrinin təsnifatı və əsas texniki xüsusiyyətləri; bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemində funksional rolu; mərkəzləşdirilmiş və paylanmış enerji istehsalının texniki xüsusiyyətləri; bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əsas prinsipləri
2. Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının elektroenergetik əsasları
LectureElektrik enerji sisteminin struktur-funksional təşkili; generasiya, ötürmə və paylama sistemlərinin qarşılıqlı əlaqəsi; bərpa olunan enerji qurğularının şəbəkəyə qoşulma nöqtələri və inteqrasiya səviyyələri; generasiya–yük balansı və enerji sisteminin iş rejimləri
3. Günəş fotovoltaik sistemlərinin elektrik strukturu və enerji çevrilməsi
LectureFotovoltaik effektin fiziki əsasları; günəş elementlərinin, modullarının və fotovoltaik massivlərin quruluşu; fotovoltaik sistemlərin i–v və p–v xarakteristikaları; günəş radiasiyası və temperaturun fotovoltaik sistemin elektrik parametrlərinə təsiri
4. Fotovoltaik sistemlərdə maksimal güc nöqtəsinin izlənməsi və dc/dc güc çeviriciləri
LectureMaksimal güc nöqtəsi və onun müəyyənləşdirilməsi prinsipləri; MPPT idarəetmə alqoritmlərinin əsas iş prinsipləri; dc/dc güc çeviricilərinin quruluşu və funksional təyinatı; buck, boost və buck-boost çeviricilərinin fotovoltaik sistemlərdə tətbiqi
5. Şəbəkəyə qoşulan invertorlar və fotovoltaik enerji sistemlərinin inteqrasiyası
LectureDc/ac invertorların funksional təyinatı və əsas topologiyaları; şəbəkəyə qoşulan invertorların iş prinsipi; i̇nvertorların elektrik şəbəkəsi ilə sinxronlaşdırılması; fotovoltaik sistemlərdə aktiv və reaktiv gücün idarə edilməsi
6. Külək enerji sistemlərinin elektrik strukturu, generatorları və güc elektronikası
LectureKülək enerjisinin elektrik enerjisinə çevrilməsinin əsas prinsipləri; külək turbinlərinin elektrik generatorları; asinxron və sinxron generatorların texniki xüsusiyyətləri; külək enerji sistemlərində güc elektronikasının funksional rolu
7. Külək elektrik stansiyalarının enerji sistemə inteqrasiyası
LectureKülək elektrik stansiyalarının elektrik şəbəkəsinə qoşulma strukturu; külək enerjisinin dəyişkən xarakterinin enerji sisteminə təsiri; külək elektrik stansiyalarında aktiv və reaktiv gücün tənzimlənməsi; külək elektrik stansiyalarının şəbəkə sabitliyinə təsiri
8. Bərpa olunan enerji mənbələrində aktiv və reaktiv gücün idarə edilməsi
LectureAktiv və reaktiv gücün fiziki və elektroenergetik mahiyyəti; güc əmsalı və onun enerji sisteminin iş rejiminə təsiri; i̇nvertor əsaslı generasiyada aktiv və reaktiv gücün idarə edilməsi; volt-var və volt-watt idarəetmə prinsipləri
9. Bərpa olunan enerji mənbələrinin gərginlik və tezlik sabitliyinə təsiri
LectureElektrik enerji sistemində gərginlik sabitliyi anlayışı; tezlik sabitliyi və generasiya–yük balansı; i̇nvertor əsaslı generasiyanın enerji sisteminin dinamik rejimlərinə təsiri; bərpa olunan enerji mənbələrinin gərginlik və tezliyin tənzimlənməsində rolu
10. Bərpa olunan enerji generasiyasının dəyişkənliyi və enerji balansının idarə edilməsi
LectureGünəş və külək enerjisinin dəyişkənliyinin əsas səbəbləri; bərpa olunan enerji istehsalının proqnozlaşdırılması; generasiya və yük arasında enerji balansının təmin edilməsi; ehtiyat güc və enerji sisteminin çevikliyinin təmin olunması
11. Elektrik enerjisinin keyfiyyəti və bərpa olunan enerji sistemləri
LectureElektrik enerjisinin keyfiyyət göstəriciləri; harmonik təhriflər və onların yaranma mənbələri; i̇nvertorların harmonik təhriflərə təsiri və THD göstəricisi; elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üsulları və filtr sistemləri
12. Enerji saxlama sistemləri və bərpa olunan enerji mənbələri ilə inteqrasiyası
LectureEnerji saxlama sistemlərinin enerji sistemində funksional rolu; akkumulyator əsaslı enerji saxlama texnologiyaları; enerji saxlama sistemlərinin əsas texniki parametrləri: SOC və soh; enerji saxlama sistemlərinin bərpa olunan enerji mənbələri ilə inteqrasiyası
13. Mikroşəbəkələr və bərpa olunan enerji mənbələrinin mikroşəbəkələrə inteqrasiyası
LectureMikroşəbəkələrin anlayışı, strukturu və əsas komponentləri; AC və DC mikroşəbəkələrin struktur və funksional xüsusiyyətləri; mikroşəbəkələrin şəbəkəyə qoşulu və adalı iş rejimləri; bərpa olunan enerji mənbələrinin mikroşəbəkələrdə idarə olunması
14. Smart grid texnologiyaları və bərpa olunan enerji mənbələrinin idarə olunması
LectureSmart grid konsepsiyasının əsas prinsipləri; paylanmış enerji resurslarının monitorinqi və idarə olunması; ağıllı ölçmə və enerji menecment sistemləri; smart grid mühitində bərpa olunan enerji mənbələrinin koordinasiyalı idarə olunması
15. Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının texniki problemləri və müasir həllər
Lecture16. Günəş fotovoltaik enerji sisteminin parametrlərinin hesablanması və modelləşdirilməsi
SeminarFotovoltaik sistemin əsas elektrik parametrləri hesablanır və kompüter mühitində modeli hazırlanır. simulyasiya nəticələri təhlil edilərək sistemin iş rejimi qiymətləndirilir
17. Fotovoltaik sistemdə maksimal güc nöqtəsinin izlənməsi (mppt) sisteminin modelləşdirilməsi
SeminarMppt alqoritminin iş prinsipi araşdırılır və modelləşdirilir. müxtəlif iş rejimlərində maksimal güc nöqtəsinin izlənməsi simulyasiya nəticələri əsasında təhlil edilir
18. Günəş fotovoltaik və enerji saxlama sistemlərinin inteqrasiyasının təhlili
SeminarGünəş paneli və enerji saxlama qurğusunun birgə iş rejimi araşdırılır. enerji balansı hesablanır və simulyasiya nəticələri qiymətləndirilir
19. Külək enerji sisteminin elektrik parametrlərinin hesablanması və simulyasiyası
SeminarKülək enerji sisteminin əsas elektrik parametrləri hesablanır. generatorun müxtəlif iş rejimləri kompüter simulyasiyası vasitəsilə tədqiq edilir
20. Günəş–külək hibrid enerji sisteminin modelləşdirilməsi və təhlili
SeminarGünəş və külək enerji mənbələrinin birgə işləmə prinsipi modelləşdirilir. hibrid sistemin enerji istehsalı və iş rejimləri simulyasiya nəticələri əsasında təhlil edilir
21. Bərpa olunan enerji mənbələri əsasında mikroşəbəkənin modelləşdirilməsi
SeminarBərpa olunan enerji mənbəyi, enerji saxlama qurğusu və yüklərdən ibarət mikroşəbəkə modeli hazırlanır. müxtəlif iş rejimlərində enerji axını araşdırılır
22. Bərpa olunan enerji sistemində avtomatik yük idarəetməsinin modelləşdirilməsi
SeminarEnerji istehsalına uyğun olaraq elektrik yüklərinin idarə olunması modeli hazırlanır. i̇darəetmə alqoritminin müxtəlif rejimlərdə fəaliyyəti simulyasiya edilir
23. Layihələrin simulyasiya nəticələrinin təhlili və texniki hesabatların hazırlanması
SeminarHazırlanmış layihələrin simulyasiya və hesablama nəticələri sistemləşdirilir, müqayisə edilir və texniki hesabat hazırlanır






