Subject · Electrical and electronics engineering.

Bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası

MS-03136 creditsAutumn semesterElective2026-2027

About the subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Subject description

Fənn bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinin strukturuna, iş rejimlərinə və idarəetmə proseslərinə inteqrasiyasının nəzəri və tətbiqi aspektlərini əhatə edir. günəş fotovoltaik və külək enerji sistemlərinin elektrik strukturu, maksimal güc nöqtəsinin izlənməsi, şəbəkə invertorları, aktiv və reaktiv gücün idarə edilməsi, gərginlik və tezlik sabitliyi, generasiyanın dəyişkənliyi, enerji keyfiyyəti, enerji saxlama sistemləri, mikroşəbəkələr və smart grid texnologiyaları öyrənilir.

Course learning outcomes

  1. CLO 1: Bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinə inteqrasiyasının nəzəri, elektroenergetik və texniki əsaslarını izah etməli və təhlil etməlidir.

  2. CLO 2: Günəş fotovoltaik və külək enerji sistemlərinin strukturunu, enerji çevrilmə proseslərini və əsas elektrik parametrlərini təhlil və qiymətləndirə bilməlidir.

  3. CLO 3: Bərpa olunan enerji sistemlərində istifadə olunan güc elektronikası çeviricilərinin, invertorların və idarəetmə qurğularının iş prinsiplərini təhlil etməli və tətbiq edə bilməlidir.

  4. CLO 4: Bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası zamanı yaranan gərginlik, tezlik, aktiv və reaktiv güc, enerji balansı və elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemləri müəyyənləşdirməli və qiymətləndirə bilməlidir.

  5. CLO 5: Enerji saxlama sistemlərinin, mikroşəbəkələrin və smart grid texnologiyalarının bərpa olunan enerji mənbələri ilə inteqrasiyasını modelləşdirməli, təhlil etməli və texniki baxımdan əsaslandıra bilməlidir.

  6. CLO 6: Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasına yönəlmiş mühəndislik məsələlərini formalaşdırmalı, hesablama və simulyasiya üsulları ilə həll etməli, əldə olunan nəticələri qiymətləndirməli və texniki həllər təklif etməlidir.