Fənn · Elektrik və elektronika mühəndisliyi.

Bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasıSillabus

MS-03136 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0313
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinin strukturuna, iş rejimlərinə və idarəetmə proseslərinə inteqrasiyasının nəzəri və tətbiqi aspektlərini əhatə edir. Günəş fotovoltaik və külək enerji sistemlərinin elektrik strukturu, maksimal güc nöqtəsinin izlənməsi, şəbəkə invertorları, aktiv və reaktiv gücün idarə edilməsi, gərginlik və tezlik sabitliyi, generasiyanın dəyişkənliyi, enerji keyfiyyəti, enerji saxlama sistemləri, mikroşəbəkələr və Smart Grid texnologiyaları öyrənilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinə inteqrasiyasının nəzəri, elektroenergetik və texniki əsaslarını izah etməli və təhlil etməlidir.

  2. CLO 2: Günəş fotovoltaik və külək enerji sistemlərinin strukturunu, enerji çevrilmə proseslərini və əsas elektrik parametrlərini təhlil və qiymətləndirə bilməlidir.

  3. CLO 3: Bərpa olunan enerji sistemlərində istifadə olunan güc elektronikası çeviricilərinin, invertorların və idarəetmə qurğularının iş prinsiplərini təhlil etməli və tətbiq edə bilməlidir.

  4. CLO 4: Bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası zamanı yaranan gərginlik, tezlik, aktiv və reaktiv güc, enerji balansı və elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemləri müəyyənləşdirməli və qiymətləndirə bilməlidir.

  5. CLO 5: Enerji saxlama sistemlərinin, mikroşəbəkələrin və Smart Grid texnologiyalarının bərpa olunan enerji mənbələri ilə inteqrasiyasını modelləşdirməli, təhlil etməli və texniki baxımdan əsaslandıra bilməlidir.

  6. CLO 6: Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasına yönəlmiş mühəndislik məsələlərini formalaşdırmalı, hesablama və simulyasiya üsulları ilə həll etməli, əldə olunan nəticələri qiymətləndirməli və texniki həllər təklif etməlidir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6