Fənn · Elektrik və elektronika mühəndisliyi.
Bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq matrisi
Fənn təlim nəticələrinin proqram təlim nəticələrinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 |
|---|---|
| CLO 1CLO-37523584Bərpa olunan enerji mənbələrinin elektrik enerji sistemlərinə inteqrasiyasının nəzəri, elektroenergetik və texniki əsaslarını izah etməli və təhlil etməlidir. | uyğun deyil |
| CLO 2CLO-98110943Günəş fotovoltaik və külək enerji sistemlərinin strukturunu, enerji çevrilmə proseslərini və əsas elektrik parametrlərini təhlil və qiymətləndirə bilməlidir. | uyğun deyil |
| CLO 3CLO-11357833Bərpa olunan enerji sistemlərində istifadə olunan güc elektronikası çeviricilərinin, invertorların və idarəetmə qurğularının iş prinsiplərini təhlil etməli və tətbiq edə bilməlidir. | uyğun deyil |
| CLO 4CLO-77363214Bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası zamanı yaranan gərginlik, tezlik, aktiv və reaktiv güc, enerji balansı və elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemləri müəyyənləşdirməli və qiymətləndirə bilməlidir. | uyğun deyil |
| CLO 5CLO-50402903Enerji saxlama sistemlərinin, mikroşəbəkələrin və Smart Grid texnologiyalarının bərpa olunan enerji mənbələri ilə inteqrasiyasını modelləşdirməli, təhlil etməli və texniki baxımdan əsaslandıra bilməlidir. | uyğun deyil |
| CLO 6CLO-76274219Bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasına yönəlmiş mühəndislik məsələlərini formalaşdırmalı, hesablama və simulyasiya üsulları ilə həll etməli, əldə olunan nəticələri qiymətləndirməli və texniki həllər təklif etməlidir. | uyğun deyil |
Proqram təlim nəticələri
PLO 1
Proqramın təlim nəticələri (PTNÜ) – ümumi səriştələr üzrə PTNÜ 1. - müxtəlif sənaye təyinatlı—metallurgiya, maşınqayırma, kimya və s. sənaye sahələri üçün elektrotermiki qurğuların istilik və elektrik rejimlərini optimallaşdırmaq bacarığına malik olur. PTNÜ 2. - qövs, induksiya, müqavimət, plazma elektrik sobaları, elektrik qaynaq və digər elektrotermiki proseslər üçün texnoloji sxemləri hazırlamaq bacarığına yiyələnir. PTNÜ 3. Məhdud resurslar və qeyri-müəyyən informasiya şəraitində texniki və təşkilati problemləri müəyyənləşdirmək və onları effektiv şəkildə həll etmək bacarığını nümayiş etdirir. PTNÜ 4. Mühəndislik fəaliyyətində istifadə olunan qabaqcıl texnologiya və metodları tətbiq etməklə gözlənilən nəticələri proqnozlaşdırmaq və texniki əsaslandırmalar aparmaq bacarığına malik olur. PTNÜ 5. Öz peşəkar fəaliyyətini və qərarlarını tənqidi şəkildə qiymətləndirmək və təkmilləşdirməyə yönəlik yanaşmalar tətbiq etmək səriştəsinə yiyələnir. PTNÜ 6. Azərbaycan və bir xarici dildə texniki məsələləri aydın və əsaslandırılmış şəkildə şifahi və yazılı formada təqdim etmək, həmçinin peşəkar və qeyri-peşəkar auditoriyalarla effektiv ünsiyyət qurmaq bacarığına malik olur. PTNÜ 7. Fərdi və qrup şəklində fəaliyyət göstərərək öz bilik və bacarıqlarını başqalarına ötürmək və komanda işində fəal iştirak etmək səriştəsini nümayiş etdirir. PTNÜ 8. Etik davranış prinsiplərinə əməl etməklə şəxsi və ictimai məsuliyyətlərini dərk edəcək, sosial və ekoloji baxımdan əsaslandırılmış qərarlar qəbul edir. PTNÜ 9. Davamlı öyrənmə və peşəkar inkişaf istiqamətində özünüqiymətləndirmə aparmaq, biliklərini yeniləmək və müstəqil öyrənmə strategiyalarından istifadə etmək bacarığına malik olur.
Bu fənn töhfə vermir






