About this subject
Credits
4
Workload
120hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“qida kimyası” fənni qida xammallarının və hazır qida məhsullarının əsas kimyəvi tərkib hissələrinin quruluşunu, təsnifatını və fiziki-kimyəvi xassələrini əhatə edir. kurs çərçivəsində suyun qida sistemlərində rolu, zülalların, lipidlərin və karbohidratların kimyəvi quruluşu və funksional xüsusiyyətləri, vitaminlər və mineral maddələrin qida dəyəri izah olunur. qida komponentlərinin texnoloji emal, saxlanma və istehlak proseslərində keçirdiyi kimyəvi dəyişikliklər, o cümlədən maillard reaksiyası, lipidlərin oksidləşməsi, zülalların denaturasiyası və komponentlərarası qarşılıqlı təsirlər məhsulun keyfiyyətinə təsiri baxımından şərh edilir.
Course learning outcomes
CLO 1: Ftn 1. qida maddələrinin kimyasının fizioloji aspektlərini və onların insan orqanizminə təsirini izah edir.
CLO 2: Ftn 2. zülalların quruluşunu, xassələrini, təbiətdə yayılmasını və bioloji əhəmiyyətini izah edir.
CLO 3: Ftn 3. karbohidratların canlı təbiətdə rolunu, təsnifatını, fotosintez prosesini, monosaxaridlərin, oliqosaxaridlərin və polisaxaridlərin quruluşunu, xassələrini və bioloji törəmələrini izah edir.
CLO 4: Ftn 4. vitaminlərin ümumi xarakteristikasını, təsnifatını və insan orqanizmi üçün əhəmiyyətini izah edir.
CLO 5: Ftn 5. həzmin kimyəvi əsaslarını və əhəmiyyətini, qidanın ağız boşluğunda, mədədə və nazik bağırsaqda həzm olunmasını, öd və bağırsaq şirəsinin rolunu, zülalların bağırsaqlarda çürüməsini və çürümə məhsullarının orqanizmdə zərərsizləşdirilməsini izah edir.
CLO 6: Ftn 6. qida təhlükəsizliyinin əsaslarını, genetik modifikasiya olunmuş (gmo) qida məhsullarının xüsusiyyətlərini və bioloji oksidləşmənin orqanizmin enerji ilə təmin olunmasındakı rolunu izah edir.