Bakalavr proqramı

Mexatronika və robototexnika mühəndisliyi (magistratura)Təlim məqsədləri

Bakalavr7006028Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları10 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

13 PLO
  1. PLO 1PLO-92058

    PTNÜ 1. Mürəkkəb və qeyri-müəyyən mühəndislik məsələlərini müstəqil şəkildə analiz etmək və optimal həll yollarını işləyib hazırlamaq bacarığına malik olur.

  2. PLO 2PLO-99543

    PTNÜ 2. Peşəkar fəaliyyətdə və elmi-tədqiqat prosesində tətbiq edilən metod və texnologiyaları seçmək, planlaşdırmaq və onların nəticələrini qiymətləndirmək bacarığına yiyələnir.

  3. PLO 3PLO-68323

    PTNÜ 3. Məhdud resurslar və qeyri-müəyyən informasiya şəraitində texniki və təşkilati problemləri müəyyənləşdirmək və onları effektiv şəkildə həll etmək bacarığını nümayiş etdirir.

  4. PLO 4PLO-23837

    PTNÜ 4. Mühəndislik fəaliyyətində istifadə olunan qabaqcıl texnologiya və metodları tətbiq etməklə gözlənilən nəticələri proqnozlaşdırmaq və texniki əsaslandırmalar aparmaq bacarığına malik olur.

  5. PLO 5PLO-32117

    PTNÜ 5. Öz peşəkar fəaliyyətini və qərarlarını tənqidi şəkildə qiymətləndirmək və təkmilləşdirməyə yönəlik yanaşmalar tətbiq etmək səriştəsinə yiyələnir.

  6. PLO 6PLO-95684

    PTNÜ 6. Azərbaycan və bir xarici dildə texniki məsələləri aydın və əsaslandırılmış şəkildə şifahi və yazılı formada təqdim etmək, həmçinin peşəkar və qeyri-peşəkar auditoriyalarla effektiv ünsiyyət qurmaq bacarığına malik olur.

  7. PLO 7PLO-21575

    PTNÜ 7. Fərdi və qrup şəklində fəaliyyət göstərərək öz bilik və bacarıqlarını başqalarına ötürmək və komanda işində fəal iştirak etmək səriştəsini nümayiş etdirir.

  8. PLO 8PLO-87373

    PTNÜ 8. Etik davranış prinsiplərinə əməl etməklə şəxsi və ictimai məsuliyyətlərini dərk edəcək, sosial və ekoloji baxımdan əsaslandırılmış qərarlar qəbul edir.

  9. PLO 9PLO-12474

    PTNÜ 9. Davamlı öyrənmə və peşəkar inkişaf istiqamətində özünüqiymətləndirmə aparmaq, biliklərini yeniləmək və müstəqil öyrənmə strategiyalarından istifadə etmək bacarığına malik olur.

  10. PLO 10PLO-31388

    Mexatronika ixtisaslaşması üzrə: PTN 1. Sensor məlumatını oxumaq və emal etmək, idarəetmə algoritmi qurmaq, sensor məlumatına əsaslanaraq PID, fuzzy və ya ML-based idarəetmə alqoritmini qurub tətbiq etmək, real bir mexatron sistem üçün sensor əsaslı diaqnostika, monitorinq və ya idarəetmə funksiyalı prototip qurmaq.qabiliyyətinə malik olur. PTN 2. Mexatron sistemlərin diaqnostikasını aparmaq, etibarlığını yüksəltmək, mövcud nasazlıqları aşkar emək və aradan qaldırmaq, əsas elementlərini hesablamaq və etibarlılığını qiymətləndirilmək bacarıqlarına yiyələnir. PTN 3. Mikroprosessor (məsələn, Arduino, ESP32, Raspberry Pi) ilə sensor şəbəkəsi qurmaq, sensorlardan real-vaxtda məlumat toplamaq və emal etmək bacarığı əldə edir. PTN 4. Kompyuter texnologiyaları əsasında elmi-texniki məlumatı əldə etmək və bu məlumatı emal etmək, informasiya texnologiyalarından mexatron sistemlərin layihələndirilməsində və tədqiqində istifadə etmək qabiliyyətinə malik olur. PTN 5. Real texnoloji proseslərin və obyektlərin öyrənilməsində, elmi, təşkilati və tətbiqi məsələlərin həllində sistem analizi, struktur sintezi, optimallaşdırma, riyazi modelləşdirmə, təcrübələrin riyazi planlaşdırılması, statistik analiz üsullarından istifadə etmək qabiliyyətinə yiyələnir. PTN 6. Neyron şəbəkə və fuzzy idarəetmə modelləri qurmaq, Python/MATLAB ilə sadə intellektual idarəetmə tətbiq etmək, intellektual tənzimləyici vasitəsilə sistemin davranışını analiz etmək bacarığına yiyələnir. PTN 7. Müasir mexatron qurğuların ötürücü mexanizmlərinə qoyulan əsas işgörmə və hesablama meyarlarına görə hesablamalar aparmaq qabiliyyəti qazanır.

  11. PLO 11PLO-41563

    Robotlar və robototexniki sistemlər ixtisaslaşması üzrə: PTN 1. Robotlar üçün kinematik zəncir, transformasiya matrisləri, hərəkət tənlikləri tərtib etmək və qüvvə analizləri aparmaq, simulyasiya proqramında tətbiq etmək qabiliyyətinə yiyələnir. PTN 2. Robot modeli qurmaq, ROS/Gazebo ilə simulyasiya etmək, kinematik analiz aparmaq, robotun trajektoriyasını hesablamaq və vizualizasiya etmək bacarığı əldə edir. PTN 3. Robotu proqramlaşdırmaq və spesifik tapşırıqları yerinə yetirmək, HMI interfeysi və PLC ilə inteqrasiya qurmaq, robotun sənaye mühitində çevik tətbiqini təmin etmək bacarığına yiyələnir. PTN 4. MQTT və ya CoAP protokolu ilə məlumat ötürmək və qəbul etmək, real bir obyektin kiber- fiziki modelini yaratmaq və simulyasiya etmək, IoT məlumatlarını vizuallaşdırmaq və idarəetməyə yönəltmək üçün interfeys hazırlamaq qabiliyyətinə yiyələnir. PTN 5. İnsanla əməkdaşlıq edən robot sistemini modelləşdirmək və test etmək, təhlükəsizlik və qarşılıqlı təsir ssenarilərini simulyasiya etmək, hərəkətə nəzarət və istifadəçi interfeysini proqramlaşdırmaq qabiliyyətinə malik olur. PTN 6. Multi-agent simulyasiyalar yaratmaq, davranış modelləri tətbiq etmək, qarşılıqlı məqsədyönlü hərəkət planlaşdırmaq bacarığı əldə edir. PTN 7. Robotlarda istifadə olunan ötürücü mexanizmin növünü seçmək, gücünü və kinematik parametrlərini təyin etmək, əsas elementlərini layihələndirmək, möhkəmlik hesabatlarını aparmaq qabiliyyəti qazanır.

  12. PLO 12PLO-39589

    Robot komplekslərinin intellektual idarəedilməsi ixtisaslaşması üzrə: PTN 1. Sensorlardan düzgün siqnal almaq və aktuatorlara siqnal ötürmək, PLC və mikroprosessor mühitində inteqrasiya qurmaq, verilənləri vizual şəkildə təqdim etmək və sistemə tətbiq etmək üzrə praktiki biliklərə sahib olur. PTN 2. RL modelləri qurmaq, OpenAI Gym və ya digər simulyasiya mühitlərində öyrətmək, strategiyanı optimallaşdırmaq bacarığına sahib olur. PTN 3. Robot komplekslərinin müasir idarəetmə sistemlərini layihələndirmək və analizini aparmaq, ilə bağlı lazımi biliklər və bacarıqlar əldə edir. PTN 4. MATLAB və ya Python ilə Fuzzy/NN əsaslı tənzimləyicilər layihələndirmək, idarəetmə keyfiyyətini qiymətləndirmək qabiliyyətinə yiyələnir. PTN 5. Scikit-learn və ya TensorFlow kimi mühitlərdə idarəetmə üçün model hazırlamaq və real və ya simulyasiya olunmuş robot sisteminə tətbiq etmək bacarıqlarına yiyələnir. PTN 6. Mühit xəritəsinə əsaslanaraq trayektoriya planlaşdırmaq, simulyasiya mühitində robotun naviqasiyasını təmin etmək bacarığı qazanır. PTN 7. Mikrokontroller və ROS əsaslı idarəetmə kodu tərtib etmək, multitasking tətbiqləri qurmaq, prioritet əsaslı planlaşdırma tətbiq etmək qabiliyyəti əldə edir.

  13. PLO 13PLO-59632

    Xüsusi təyinatlı robotlar və manipulyatorlar ixtisaslaşması üzrə: PTN 1. Xüsusi təyinatlı mobil və stasionar robotların konstruksiyası və idarəetməsi üzrə praktiki biliklərə sahib olur, praktiki sahələrdə (istehsalat, tibb, xidmət sferası, kosmos və s.) tətbiq imkanlarını qiymətləndirə bilir. PTN 2. Xüsusi təyinatlı robotun hərəkət tənliklərini çıxarmaq, onları simulyasiya proqramlarında tətbiq etməklə bağlı lazımi biliklər və bacarıqlar əldə edir. PTN 3. Xüsusi təyinatlı robotu proqramlaşdırmaq və spesifik tapşırıqları yerinə yetirmək vərdişləri qazanır. PTN 4. Xüsusi təyinatlı robotun ROS üzərindən idarə olunmasını təmin etmək, məlumat mübadiləsi aparmaq, simulyasiya və real test ssenariləri hazırlamaq bacarıqları əldə edir. PTN 5. Xüsusi təyinatlı robotların idarəetmə sisteminin proqram təminatını qurmaq və tətbiq etmək vərdişləri qazanır. PTN 6. Xüsusi təyinatlı robotun əsas elementlərini hesablanmaq, layihələndirmək və etibarlığını qiymətləndirmək bacarıqları əldə edir. PTN 7. Xüsusi təyinatlı robotlarda istifadə olunan intiqalların əsas detal və düyünlərini hesablamaq və konstruksiya olunmasının mütərəqqi üsullarını işləyib hazırlamaq qabiliyyəti əldə edir.