Bakalavr proqramı

Mexatronika və robototexnika mühəndisliyi (magistratura)

Bakalavr7006028Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları10 fənn

Proqram haqqında

Magistratura səviyyəsinin 7006028 - "Mexatronika və robototexnika mühəndisliyi" ixtisası üzrə Təhsil Proqramı məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir. Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırır. Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırır. Təhsil Proqramı 2 il (4 semestr) müddətini əhatə edir.

Dərəcə tələbləri

Təhsil Proqramı 120 (2 il) AKTS kreditindən ibarət olmalıdır. Hər semestrdə 5 fəndən çox olmamaq şərti ilə 30 kredit nəzərdə tutulmuşdur.

Proqramı araşdırın