Fənn · İnformasiya təhlükəsizliyi (master)

Telekommunikasiya şəbəkələrinin arxitekturası

MS-14106 kreditYaz semestriSeçmə1

Fənn haqqında

Kredit

6

İş yükü

135saat

Semestr

Yaz

Tədris ili

1

Fənnin təsviri

“Telekommunikasiya şəbəkələrinin arxitekturası” fənni müasir telekommunikasiya şəbəkələrinin quruluşunu, iş prinsipini, əsas komponentlərini və onların qarşılıqlı əlaqəsini öyrənir. Fənn çərçivəsində müxtəlif növ telekommunikasiya şəbəkələrinin arxitekturası, şəbəkə səviyyələri, ötürmə sistemləri, kommutasiya və marşrutlaşdırma texnologiyaları, protokollar və şəbəkə xidmətləri haqqında nəzəri və praktiki biliklər verilir. Fənnin əsas məqsədi tələbələrdə telekommunikasiya şəbəkələrinin layihələndirilməsi, təşkili, idarə edilməsi və inkişaf etdirilməsi üzrə fundamental bilik və bacarıqlar formalaşdırmaqdır. Həmçinin IP şəbəkələri, mobil rabitə şəbəkələri, optik rabitə sistemləri, 4G/5G texnologiyaları, VoIP və bulud əsaslı telekommunikasiya xidmətləri kimi müasir texnologiyaların arxitekturası nəzərdən keçirilir. Fənnin öyrənilməsi nəticəsində tələbələr telekommunikasiya şəbəkələrinin strukturunu təhlil edə, şəbəkə elementlərinin funksiyalarını müəyyənləşdirə, müxtəlif arxitekturaları müqayisə edə və konkret tələblərə uyğun şəbəkə həllərinin seçilməsi və layihələndirilməsi üzrə ilkin bacarıqlar əldə edirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: Telekommunikasiya sistemlərinin (mobil şəbəkələr, IP şəbəkələr, VoIP, 5G, optik şəbəkələr və s.) arxitekturalarını və prinsiplərini bilir və tətbiq edir, şəbəkə protokollarını (TCP/IP, SIP, RTP, MPLS, BGP və s.) nəzəri və praktiki aspektlərdən bilir, şəbəkə infrastrukturunu təhlükəsizlik baxımından təhlil edir və layihələndirir.

  2. CLO 2: Telekommmunikasiya şəbəkələrində kriptoqrafik şifrləmə üsullarını tətbiq edir, səs, data və siqnalları şifrələyir, genişzolaqlı şəbəkələrdə və radio kanallarda məlumatların təhlükəsiz ötürülməsi, firewall, IDS/IPS, VPN və anti-DDoS texnologiyalarından istifadə edir.

  3. CLO 3: Telekommuinkasiya infrastrukturlarına qarşı mümkün hücumları (IMSI catching, man-in-the- middle, jamming, SS7 exploit və s.) bilir, onların aşkarlanması və qarşısının alınması üçün texnoloji və proqram təminatlarını tətbiq etdir, telekommuinkasiya sistemlərində mümkün zəiflikləri və sızmaları təhlil edir, penetrasiya testlərini həyata keçirir.

  4. CLO 4: Telekommmunikasiya sistemlərində təhlükəsizlik risklərini təhlil edir, idarəetmə strategiyalarını hazırlayır, telekommunikasiya operatorları üçün təhlükəsizlik siyasətlərini və prosedurlarını layihələndirir

  5. CLO 5: Telekommunikasiya sektorunda informasiya təhlükəsizliyi ilə bağlı yerli və beynəlxalq standartları (ISO/IEC 27011, ETSI, ITU-T, NIST və s.), abunəçi məlumatlarının qorunması, fərdi məlumatların mühafizəsi və məxfiliyin təmin olunması tələblərini bilir və fəaliyyətində rəhbər tutur.

  6. CLO 6: Telekommunikasiya sistemlərində təhlükəsizlik risklərini təhlil edir, risklərin idarə olunması strategiyalarını, telekommunikasiya infrastrukturları üçün informasiya təhlükəsizliyi siyasətlərini və prosedurlarını hazırlayır və həyata keçirir.