Magistr proqramı

İnformasiya təhlükəsizliyi (master)

Magistr7006017İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiKibertəhlükəsizlik60 fənn

Proqram haqqında

7006017 – İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistratura təhsil proqramı informasiya təhlükəsizliyi sahəsində elmi, analitik və peşəkar fəaliyyət üçün zəruri olan dərin nəzəri və praktik biliklərin formalaşdırılmasına yönəldilmişdir. Proqram müasir kibertəhlükəsizlik çağırışları, rəqəmsal transformasiya, bulud texnologiyaları, süni intellekt, sənaye və kritik infrastrukturun təhlükəsizliyi kimi aktual istiqamətləri əhatə edir. Təhsil proqramı informasiya aktivlərinin qorunması, risklərin idarə olunması, təhlükəsizlik siyasətlərinin hazırlanması, insidentlərin aşkarlanması və cavab tədbirlərinin planlaşdırılması, rəqəmsal forensika, təhlükəsizlik auditinin aparılması, təhlükəsizlik arxitekturalarının layihələndirilməsi və beynəlxalq standartların tətbiqi sahələrində magistrlərin peşəkar hazırlığını təmin edir. Proqram çərçivəsində təhsilalanlar nəzəri dərslərlə yanaşı, laboratoriya məşğələləri, layihə əsaslı təlim, elmi-tədqiqat fəaliyyəti və istehsalat təcrübəsi vasitəsilə praktik bacarıqlar əldə edirlər. Təhsil proqramını uğurla başa vuran məzunlar dövlət və özəl sektorda informasiya təhlükəsizliyi üzrə mütəxəssis, kibertəhlükəsizlik analitiki, təhlükəsizlik memarı, risklərin idarə edilməsi üzrə mütəxəssis, təhlükəsizlik auditoru, təhlükəsizlik üzrə məsləhətçi, SOC analitiki, rəqəmsal forensika mütəxəssisi, elmi-tədqiqatçı və ali təhsil müəssisələrində akademik fəaliyyətlə məşğul olmaq, həmçinin doktorantura səviyyəsində təhsillərini davam etdirmək imkanına malik olurlar. Bu proqram əmək bazarının mövcud və perspektiv tələbləri, beynəlxalq təhsil standartları və informasiya təhlükəsizliyi sahəsində müasir texnoloji inkişaf tendensiyaları nəzərə alınmaqla hazırlanmışdır.

Dərəcə tələbləri

7006017 – İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistratura təhsil proqramı ali təhsilin magistratura səviyyəsinə dair normativ hüquqi sənədlərin tələblərinə uyğun hazırlanmışdır. Proqram informasiya təhlükəsizliyi sahəsində müasir nəzəri biliklərə, analitik düşünmə bacarıqlarına və tətbiqi tədqiqat aparmaq səriştəsinə malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramın mənimsənilməsi zamanı təhsilalanlardan aşağıdakılar tələb olunur: informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kriptoqrafiya, şəbəkə və sistem təhlükəsizliyi, risklərin idarə edilməsi, təhlükəsizlik standartları və hüquqi tənzimləmə üzrə dərin nəzəri biliklərə yiyələnmək; informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun təhlükəsizlik risklərini təhlil etmək, qiymətləndirmək və onların idarə olunması üzrə qərarlar qəbul etmək; elmi-tədqiqat metodlarından istifadə etməklə müstəqil araşdırmalar aparmaq, əldə olunan nəticələri təhlil etmək və elmi əsaslandırılmış təkliflər hazırlamaq; informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartları (ISO/IEC 27000 ailəsi, NIST və digər çərçivələr) və qabaqcıl təcrübələri tətbiq etmək; informasiya təhlükəsizliyi sahəsində etik prinsiplərə, peşə davranışı normalarına və hüquqi tələblərə riayət etmək; magistr dissertasiyasını müstəqil hazırlamaq və müdafiə etmək.

Proqramı araşdırın