Magistr proqramı
İnformasiya təhlükəsizliyi (master)Səriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 54
COMPETENCY-86086
Kriptoqrafiya, autentifikasiya, identifikasiya, məlumatların gizliliyi, bütövlüyü və əlçatanlığı (CIA modeli) ilə bağlı zəruri bililklərə malik olmaq, kriptoqrafik qoruma üsullarını, şifrələmə alqoritmlərini, elektron imza, açarların idarə edilməsi sistemlərini (PKI), SSL/TLS protokollarını reallaşdırmaq və tətbiq edə bilmək;
COMPETENCY-73224
Təhlükəsizlik strategiyasını hazırlamaq, təşkilatın təhlükəsizlik siyasətlərini formalaşdırmaq və tətbiq etmək;
COMPETENCY-21140
Kibertəhlükəsizlik risklərini təhlil etmək, qiymətləndirmək, uyğun müdafiə tədbirlərinin planlaşdırılması, idarə edilməsi strategiyalarını hazırlamaq və icra etmək;
COMPETENCY-42391
zəif yerlərin aşkarlanması skanerlərini, penetrasiya testlərini və etik hakerliyi həyata keçirmək;
COMPETENCY-94461
Kiberinsidentlərin aşkarlanması, təhlili və cavablandırılması, loq analizləri, forensik analiz və sübutların toplanması, qorunması, hüquqi prosedurlarla, SIEM (Splunk, Qradar və s.) sistemləri ilə işləmək;
COMPETENCY-43161
zərərli proqram təminatlarını (malware, phishing, DoS/DDoS, ransomware və s.) analiz etmək və qarşısını almaq;
COMPETENCY-36296
Firewall, IDS/IPS, VPN, şəbəkə monitorinqi kimi texnologiyaları konfiqurasiya və idarə etmək;
COMPETENCY-44104
Kibertəhlükəsizlik sahəsində yaranan problemlərin həllində süni intellekt və maşın öyrənməsi texnologiyalarını tətbiq etmək;
COMPETENCY-51636
ISO/IEC 27001, COBIT, NIST SP 800 seriyasından olan standartları öz fəaliyyətində rəhbər tutmaq, tətbiq etmək və onların tələblərinə riayət etmək.
COMPETENCY-65691
Əməliyyat sistemlərinin (MS Windows, Linux) təhlükəsiz idarə olunması, endpoint təhlükəsizliyi (antivirus, EDR sistemləri), proqram təminatında zəifliklərin analizi və kod səviyyəsində qoruma (secure coding, code auditing) üsullarını reallaşdırmaq;
COMPETENCY-90808
Kompüter sistem və şəbəkələrində məlumatların qorunması, şəbəkə təhlükəsizliyi, trafiklərin analizi və təhlükələrin qarşısının alınması texnologiyalarını (firewall, VPN, IDS/IPS) tətbiq etmək;
COMPETENCY-28691
Sistem və şəbəkələrin zəifliklərini təhlil etmək, aşkarlamaq və bu zəifliklərə qarşı mübarizə üsul və vasitələrini tətbiq etmək;
COMPETENCY-86347
kompüter və şəbəkə təhlükəsizliyi protokollarını, kriptoqrafik şifrələmə üsullarını, elektron imza texnologiyasını, açarların idarə olunması sistemlərini reallaşdırmaq və tətbiq etmək;
COMPETENCY-59642
təhlükəsiz şəbəkə arxitekturasını layihələndirmək və qurmaq, virtual maşınlar və sandbox texnologiyaları ilə test və analiz etmək;
COMPETENCY-22576
Firewall, router, switch və digər şəbəkə avadanlıqlarında təhlükəsizlik tədbirləri, VPN texnologiyaları və təhlükəsizlik protokolları (SSL/TLS, IPSec), IDS/IPS sistemlərinin konfiqurasiya və istismar etmək;
COMPETENCY-26443
Kompüter sistemlərində və şəbəkələrində mümkün zərərli proqramları aşkarlamaq və qarşısını almaq.
COMPETENCY-24949
Paylanmış reyestrlər (DLT), blok strukturları və konsensus alqoritmləri (Proof of Work, Proof of Stake, BFT və s.) haqqında biliyə malik olmaq, blokçeyn şəbəkələrinin layihələndirilməsi, növləri (public, private, consortium) və funksional modelləri ilə işləmək;
COMPETENCY-71134
Rəqəmsal aktivlərin iqtisadiyyatı, token modelləri, DeFi (Decentralized Finance) konseptləri, kriptovalyuta birjaları və rəqəmsal pul kisələri ilə işləmək;
COMPETENCY-30688
Ethereum, Hyperledger, Solana, Cardano və s. platformalarda smart müqavilələri ( Solidity, Rust, Vyper və s. dillərində) hazırlamaq;
COMPETENCY-10861
DApp-ları (decentralized applications) layihələndirmək və inkişaf etdirmək, blokçeyn üzərində avtomatlaşdırılmış hüquqi və maliyyə proseslərini formalaşdırmaq;
COMPETENCY-66973
Smart müqavilələrdə zəifliklərin təhlili (reentrancy, integer overflow/underflow, access control və s.), blokçeyn texnologiyalarında təhlükəsizlik riskləri və hücum modelləri (51% attack, Sybil attack, DAO hack və s.) ilə işləmək.
COMPETENCY-10593
Kriptovalyutaların və blokçeyn texnologiyalarının tənzimlənməsi üzrə beynəlxalq və yerli hüquqi normaları, AML (Anti-Money Laundering), KYC (Know Your Customer) və vergi tələblərinə uyğunluğu qiymətləndirmək və nizamlamaq;
COMPETENCY-65898
Kriptovalyutaların və blokçeyn texnologiyalarının reallaşdırılması zamanı məlumatların məxfiliyinin qorunması üçün kriptoqrafik şifrələmə üsullarını elektron imza alqoritmlərini tətbiq etmək.
COMPETENCY-16878
klassik və müasir simmetrik və asimmetrik şifrələmə alqoritmlərini (AES, RSA, ECC, ElGamal, ChaCha20 və s.), açarların idarə edilməsi sistemlərini (PKI), açıq və gizli açarlı sistemlərin təhlükəsizliyi və istifadə sahələrini bilmək,kriptoqrafik alqoritmləri proqramlaşdırmaq, kriptoqrafik sistemləri qurmaq və tətbiq edə bilmək;
COMPETENCY-21160
kriptovalyuta və elektron imza texnologiyalarını, elektron imzaların və sertifikat sistemlərinin kriptoqrafik bazaları istifadə edə bilmək;
COMPETENCY-45913
internetin təhlükəsiz protokollarını (SSL/TLS, IPsec, SSH və s.), açar mübadiləsi protokollarını (Diffie-Hellman, ECDH), autentifikasiya mexanizmlərini reallaşdırmaq və tətbiq edə bilmək;
COMPETENCY-15471
Kriptoqrafik protokolların zəifliklərinin təhlil etmək və formal sübutlarla təhlükəsizlik qiymətləndirməsi aparmaq;
COMPETENCY-38966
PKI (Public Key Infrastructure), elektron sertifikatlar və elektron imza sistemləri ilə işləmək, açarların idarə olunması, saxlanması və rotasiya siyasətlərini hazırlamaq;
COMPETENCY-76958
Simvol analizi və statistik kriptoanaliz, yan kanal, vaxt analizi, seçilmiş ilkin mətnin və şifrmətnin analizi üsullarını, hücum modellərini, kriptoqrafik sistemlərə real hücum ssenarilərini qurmaq, reallaşdırmaq və tətbiq edə bilmək;
COMPETENCY-96076
Kriptoqrafiyanın istifadəsi ilə bağlı hüquqi və etik çərçivələrə riayət etmək, dövlət və korporativ təhlükəsizlik tələblərinə uyğun kriptoqrafik tətbiqlər hazırlamaq.
COMPETENCY-42868
Telekommunikasiya sistemlərinin (mobil şəbəkələr, IP şəbəkələr, VoIP, 5G, optik şəbəkələr və s.) arxitekturalarını reallaşdırmaq və prinsiplərini tətbiq etmək;
COMPETENCY-72487
Şəbəkə infrastrukturunu təhlükəsizlik baxımından təhlil etmək və layihələndirmək, əsas şəbəkə protokollarını (TCP/IP, SIP, RTP, MPLS, BGP və s.) praktiki reallaşdırmaq və tətbiq etmək;
COMPETENCY-69860
Telekommmunikasiya şəbəkələrində kriptoqrafik şifrləmə üsullarını tətbiq etmək, səs, data və siqnalları şifrələmək, genişzolaqlı şəbəkələrdə və radio kanallarda məlumatların təhlükəsiz ötürülməsi, firewall, IDS/IPS, VPN və anti-Dos/DDoS texnologiyalarından istifadə etmək;
COMPETENCY-25121
telekommuinkasiya infrastrukturlarına qarşı mümkün hücumları (IMSI catching, man-in-the middle, jamming, SS7 exploit və s.) bilmək, onların aşkarlanması və qarşısının alınması üçün texnoloji və proqram təminatlarını tətbiq edə bilmək;
COMPETENCY-99538
telekommuinkasiya sistemlərində mümkün zəiflikləri və sızmaları aşkarlamaq, təhlil etmək, qarşısını almaq, penetrasiya testlərini həyata keçirmək;
COMPETENCY-20985
Telekommunikasiya şəbəkələrində informasiya təhlükəsizliyi sahəsində yerli və beynəlxalq standartları (ISO/IEC 27011, ETSI, ITU-T, NIST və s.) fəaliyyətində rəhbər tutmaq;
COMPETENCY-56499
telekommunikasiya sistemlərində abunəçi məlumatlarının qorunması, fərdi məlumatların mühafizəsi və məxfiliyin təmin olunması tələblərini təmin etmək;
COMPETENCY-92058
Telekommunikasiya sistemlərində təhlükəsizlik risklərini təhlil etmək, risklərin idarə olunması strategiyalarını hazırlamaq və həyata keçirmək;
COMPETENCY-99954
Telekommunikasiya infrastrukturları üçün informasiya təhlükəsizliyi siyasətlərini və prosedurlarını layihələndirmək və yerinə yetirmək.
COMPETENCY-73669
SCADA, DCS, PLC, RTU kimi sənaye idarəetmə sistemlərini istifadə və istismar etmək, sənaye proseslərinin avtomatlaşdırılması və real vaxt rejimində idarə edilməsi prinsiplərini tətbiq etmək;
COMPETENCY-78722
ICS/SCADA sistemləri üçün təhlükəsiz şəbəkə arxitekturasını qurmaq, dərin müdafiə (defense-in-depth) yanaşmasını, Firewall, IDS/IPS, ağ siyahı (whitelisting), VPN və zonalaşdırma prinsiplərini tətbiq edə bilmək;
COMPETENCY-75254
Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi tələblərini, sənaye idarəetmə sistemləri protokollarının (Modbus, DNP3, OPC-UA, IEC 60870-5-104 və s.) təhlükəsizlik prinsiplərini təmin etmək ;
COMPETENCY-28235
Hücum modelləri və təhlükələr (stuxnet, ransomware hücumları, insider threats, MITM və s.) barədə məlumatlarr toplusuna malik olmaq, insidentlərin aşkarlanması və qarşısının alınması üçün müdafiə tədbirlərini tətbiq etmək, bərpa planlarını hazırlamaq və yerinə yetirmək;
COMPETENCY-17955
sənaye müəssisələrində informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək, təhlükəsizlik boşluqlarını aşkarlamaq və müvafiq tədbirləri planlaşdırmaq;
COMPETENCY-12659
Sənaye idarəetmə sistemləri üzrə auditləri təşkil etmək və beynəlxalq standartlara uyğunluğu qiymətləndirmək;
COMPETENCY-82569
Əsas sənaye təhlükəsizliyi standartlarını (IEC 62443, NIST SP 800-82, ISO/IEC 27019, ANSI/ISA 99), sənaye müəssisələrində tətbiq edilən təhlükəsizlik siyasətlərini rəhbər tutmaq və onların tələblərinə riayət etmək.
COMPETENCY-61820
Veb proqramlaşdırma dillərində və mühitlərində (HTML, CSS, JavaScript, PHP, Python, Node.js, React, Angular, Django, Laravel və s.) proqramlaşdırmaq;
COMPETENCY-20348
Müştəri-server əsaslı tətbiqlərin qurulması və qarşılıqlı əlaqəsinin təmin edilməsi strategiyalarını, RESTful API-lər, AJAX texnologiyalarını, mikroxidmət arxitekturasını tətbiq etmək;
COMPETENCY-59206
Veb texnologiya mühitində məlumatların konfidensiallığı, bütövlüyü və əlçatanlığının (CIA modeli) təmin edilməsi üsullarını, identifikasiya və autentifikasiya prosedurlarını reallaşdırmaq və tətbiq etmək;
COMPETENCY-17361
Təhlükəsiz proqramlaşdırma prinsipləri, kodda zəifliklərin, o cümlədən OWASP Top 10 zəifliklərin aşkarlanması və qarşısının alınması vasitələri (SQL Injection, Cross-Site Scripting – XSS, Cross-Site Request Forgery – CSRF, Insecure Deserialization, Broken Authentication və s.) ilə işləmək;
COMPETENCY-75807
SAST, DAST, IAST kimi təhlükəsizlik testləri metodologiyalarını, əl ilə və avtomatlaşdırılmış zəiflik aşkarlama vasitələrini (Burp Suite, OWASP ZAP, Nikto, Acunetix və s.), penetrasiya testlərini və "bug bounty" metodologiyasını tətbiq etmək;
COMPETENCY-44587
HTTPS, TLS/SSL protokolları ilə məlumatların təhlükəsiz ötürülməsi, token əsaslı autentifikasiya (OAuth 2.0, JWT (JSON Web Token), SSO və MFA), sessiyaların idarə olunması və cookie təhlükəsizliyi texnologiyalarını reallaşdırmaq;
COMPETENCY-10437
Apache, Nginx, IIS və s. serverlərin təhlükəsizlik konfiqurasiyaları, CDN, WAF (Web Application Firewall), Reverse Proxy, DDoS qorunması texnologiyalarını, bulud əsaslı veb platformalarda təhlükəsizlik (AWS, Azure, Google Cloud) yanaşmalarını tətbiq etmək;
COMPETENCY-85229
Veb sistemlərin tənzimləyici normativ sənədlərin və standartların (ISO/IEC 27001, GDPR, PCI-DSS, NIST və s.) tələblərinə uyğunluğunu qiymətləndirmək və təmin etmək.
İxtisas səriştələri· 10
COMPETENCY-42245
Peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll edə bilmək;
COMPETENCY-59130
Müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək;
COMPETENCY-51516
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək;
COMPETENCY-27145
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək;
COMPETENCY-56419
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək;
COMPETENCY-27527
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək;
COMPETENCY-54805
Müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürə bilmək;
COMPETENCY-87626
İstənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq;
COMPETENCY-93241
Davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirə bilmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək;
COMPETENCY-77935
Zəruri metod və alətlərdən, süni intellekt və maşın öyrənməsi üsullarından istifadə etməklə yeni təhlükəsizlik modellərinin və qorunma vasitələrinin işlənməsi istiqamətində elmi tədqiqatlar aparmaq, elmi məqalə, texniki hesabat və təqdimatlar hazırlamaq və alınmış nəticələri tətbiq etmək.