Magistr proqramı

İnformasiya təhlükəsizliyi (master)Təlim məqsədləri

Magistr7006017İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiKibertəhlükəsizlik60 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

48 PLO
  1. PLO 1PLO-24497

    İnformasiya təhlükəsizliyi probleminin mahiyyətini, konsepsiyasını, əsas prinsiplərini, CIA modelini (konfidensiallıq, bütövlük, mövcudluq), rəqəmsal sistemlər, şəbəkələr, əməliyyat sistemləri və proqram təminatının təhlükəsizlik aspektləri, kompüter və telekommunikasiya şəbəkələrinin qorunması üsul və vasitələrini bilir.

  2. PLO 2PLO-86058

    Klassik və müasir kriptoqrafik üsulları (simmetrik/asimmetrik şifrələmə, rəqəmsal imza, açar mübadiləsi), kriptoqrafiyanın real sistemlərdə tətbiqi protokollarını (VPN, SSL/TLS, PKI və s.), elektron sertifikatları, rəqəmsal identifikasiya və autentifikasiya texnologiyaları (biometrik sistemlər, çoxmərhələli autentifikasiya (MFA), SSO və s.) ilə işləyir, Firewall, IDS/IPS, WAF, NAT, DMZ, VLAN və digər qoruma texnologiyalarını bilir və tətbiq edir, infrastruktur və bulud sistemlərinin təhlükəsiz arxitekturasını layihələndirməyi bacarır.

  3. PLO 3PLO-18055

    Təhlükəsizlik risklərinin identifikasiyası, qiymətləndirilməsi və qarşısının alınması üsulları bilir və tətbiq edir, müəssisələrdə təhlükəsizlik strategiyasını, təhlükəsizlik siyasətlərini və prosedurlarını hazırlayır və həyata keçirir, informasiya təhlükəsizliyi idarəetmə sistemlərini (ISMS) qurur.

  4. PLO 4PLO-22842

    Penetrasiya testləri keçirir, etik hacking texnikalarını tətbiq edir, təhlükəsizlik insidentlərinin aşkarlanması, cavablandırılması və təhlili, rəqəmsal forensika və sübutların toplanması üsul və vasitələri ilə işləyir.

  5. PLO 5PLO-25422

    İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq normativ hüquqi sənədləri, standart və protokollarl (ISO/IEC 27001, NIST, COBIT, GDPR və s.) bilir və fəaliyyətində rəhbər tutur, uyğunluq (compliance) və audit proseslərinin təşkil edir.

  6. PLO 6PLO-30474

    İnformasiya təhlükəsizliyi sahəsində, informasiya təhlükəsizliyi üsul və vasitələrinin, yeni texnologiyaların (süni intellekt, blokçeyn, post-kvant kriptoqrafiya və s.) işlənməsi, təhlükəsizlik aspektlərinin qiymətləndirilməsi istiqamətlərində elmi-tədqiqat işləri aparır, tədris və metodoloji fəaliyyət üçün elmi əsaslar hazırlayır.

  7. PLO 7PLO-80524

    Kriptoqrafiya, autentifikasiya, identifikasiya, məlumatların gizliliyi, bütövlüyü və əlçatanlığı (CIA modeli) ilə bağlı zəruri bililklərə malik olur, kriptoqrafik qoruma üsullarını, şifrələmə alqoritmlərini, elektron imza, açarların idarə edilməsi sistemlərini (PKI), SSL/TLS protokollarını reallaşdırır və tətbiq edir.

  8. PLO 8PLO-22024

    Kibertəhlükəsizlik strategiyasını hazırlayır, təşkilatın təhlükəsizlik siyasətlərini formalaşdırırı və tətbiq edir.

  9. PLO 9PLO-39777

    Risklərin təhlili, qiymətləndirilməsi, uyğun müdafiə tədbirlərinin planlaşdırılması, idarə edilməsi strategiyalarını bilir və tətbiq edir, zəif yerlərin aşkarlanması skanerləri, penetrasiya testləri və etik hakerliyi həyata keçirir, zərərli proqram təminatlarının (malware, phishing, DoS/DDoS, ransomware və s.) analizini edir və qarşısını alır.

  10. PLO 10PLO-84685

    Kiberinsidentlərin aşkarlanması, təhlili və cavablandırılması, loq analizləri, forensik analiz və sübutların toplanması, qorunması, hüquqi prosedurlarla, SIEM (Splunk, Qradar və s.) sistemləri ilə işləyir, firewall, IDS/IPS, VPN, şəbəkə monitorinqi kimi texnologiyaları konfiqurasiya və idarə edir.

  11. PLO 11PLO-34091

    Kiberbertəhlükəsizlik sahəsində yaranan problemlərin həllində süni intellekt və maşın öyrənməsi texnologiyalarını tətbiq edə bilir.

  12. PLO 12PLO-98460

    ISO/IEC 27001, COBIT, NIST SP 800 seriyasından olan standartları bilir, öz fəaliyyətində rəhbər tuturvə onların tələblərinə riayət edir.

  13. PLO 13PLO-80985

    Əməliyyat sistemlərinin (MS Windows, Linux) təhlükəsiz idarə olunması, endpoint təhlükəsizliyi (antivirus, EDR sistemləri), proqram təminatında zəifliklərin analizi və kod səviyyəsində qorumanı (secure coding, code auditing) həyata keçirir.

  14. PLO 14PLO-99801

    Kompüter sistem və şəbəkələrində məlumatların qorunması, şəbəkə təhlükəsizliyi, trafiklərin analizi və təhlükələrin qarşısının alınması texnologiyalarını (firewall, VPN, IDS/IPS) tətbiq edir.

  15. PLO 15PLO-21995

    Sistem və şəbəkələrin zəifliklərini təhlil etmək, aşkarlamaq və bu zəifliklərə qarşı mübarizə üsul və vasitələrini tətbiq edir

  16. PLO 16PLO-95222

    Kompüter və şəbəkə təhlükəsizliyi protokollarını, kriptoqrafik şifrələmə üsullarını, elektron imza texnologiyasını, açarların idarə olunması sistemlərini reallaşdırır və tətbiq edir.

  17. PLO 17PLO-49600

    Təhlükəsiz şəbəkə arxitekturasını layihələndirir və qurur, virtual maşınlar və sandbox texnologiyaları ilə test aparır və analiz edir, firewall, router, switch və digər şəbəkə avadanlıqlarında təhlükəsizlik tədbirlərini, VPN texnologiyaları və təhlükəsizlik protokolları (SSL/TLS, IPSec), IDS/IPS sistemlərinin konfiqurasiya və istismar edir.

  18. PLO 18PLO-87716

    Kompüter sistemlərində və şəbəkələrində mümkün zərərli proqramları aşkarlayır və qarşısını alır.

  19. PLO 19PLO-52586

    Paylanmış reyestrlər (DLT), blok strukturları və konsensus alqoritmləri (Proof of Work, Proof of Stake, BFT və s.) haqqında biliyə malik olur, blokçeyn şəbəkələrinin layihələndirilməsi, növləri (public, private, consortium) və funksional modelləri ilə işləyir.

  20. PLO 20PLO-84035

    Rəqəmsal aktivlərin iqtisadiyyatı, token modelləri, DeFi (Decentralized Finance) konseptləri, kriptovalyuta birjaları və rəqəmsal pul kisələri ilə işləyir.

  21. PLO 21PLO-83673

    Ethereum, Hyperledger, Solana, Cardano və s. platformalarda smart müqavilələri (Solidity, Rust, Vyper dillərində) yaza bilir.

  22. PLO 22PLO-20430

    DApp-ları (decentralized applications) layihələndirir və inkişaf etdirir, blokçeyn üzərində avtomatlaşdırılmış hüquqi və maliyyə proseslərini formalaşdırır.

  23. PLO 23PLO-58970

    Smart müqavilələrdə zəiflikləri (reentrancy, integer overflow/underflow, access control və s.) təhlil edir, blokçeyn texnologiyalarında təhlükəsizlik risklərini təhlil edir və hücum modelləri (51% attack, Sybil attack, DAO hack və s.) ilə işləyir.

  24. PLO 24PLO-48977

    Kriptovalyutaların və blokçeyn texnologiyalarının tənzimlənməsi üzrə beynəlxalq və lokal hüquqi normalarını bilir, AML (Anti-Money Laundering), KYC (Know Your Customer) və vergi tələblərinə uyğunluğunu nizamlayır, kriptovalyutaların və blokçeyn texnologiyalarının reallaşdırılması zamanı məlumatların məxfiliyinin qorunması üçün kriptoqrafik şifrələmə üsullarını elektron imza alqoritmlərini tətbiq edir.

  25. PLO 25PLO-23863

    Klassik və müasir simmetrik və asimmetrik şifrələmə alqoritmlərini (AES, RSA, ECC, ElGamal, ChaCha20 və s.), açarların idarə edilməsi sistemlərini (PKI), açıq və gizli açarlı sistemlərin təhlükəsizliyi və istifadə sahələrini bilir, kriptoqrafik alqoritmləri proqramlaşdırır, kriptoqrafik sistemləri qurur və tətbiq edir.

  26. PLO 26PLO-34203

    Kriptovalyuta və elektron imza texnologiyalarını, elektron imzaların və sertifikat sistemlərinin kriptoqrafik bazalarını istifadə edir.

  27. PLO 27PLO-17549

    İnternetin təhlükəsiz protokollarını (SSL/TLS, IPsec, SSH və s.), açar mübadiləsi protokollarını (Diffie-Hellman, ECDH), autentifikasiya mexanizmlərini bilir və tətbiq edir, kriptoqrafik protokolların zəifliklərinin təhlil edir və formal sübutlarla təhlükəsizlik qiymətləndirməsi aparır.

  28. PLO 28PLO-29486

    PKI (Public Key Infrastructure), elektron sertifikatlar və elektron imza sistemləri ilə işləyir, açarların idarə olunması, saxlanması və rotasiya siyasətlərini hazırlayır.

  29. PLO 29PLO-32742

    Simvol analizi və statistik kriptoanaliz, yan kanal, vaxt analizi, seçilmiş ilkin mətnin və şifrmətnin analizi üsullarını, hücum modellərini, kriptoqrafik sistemlərə real hücum ssenarilərini qurur, reallaşdırır və tətbiq edir.

  30. PLO 30PLO-68922

    Kriptoqrafiyanın istifadəsi ilə bağlı hüquqi və etik çərçivələrə riayət edir, dövlət və korporativ təhlükəsizlik tələblərinə uyğun kriptoqrafik tətbiqlər hazırlayır, yerli və beynəlxalq normativ hüquqi sənədləri və standartları bilir və fəaliyyətində rəhbər tutur.

  31. PLO 31PLO-99612

    Telekommunikasiya sistemlərinin (mobil şəbəkələr, IP şəbəkələr, VoIP, 5G, optik şəbəkələr və s.) arxitekturalarını və prinsiplərini bilir və tətbiq edir, şəbəkə protokollarını (TCP/IP, SIP, RTP, MPLS, BGP və s.) nəzəri və praktiki aspektlərdən bilir, şəbəkə infrastrukturunu təhlükəsizlik baxımından təhlil edir və layihələndirir.

  32. PLO 32PLO-86477

    Telekommmunikasiya şəbəkələrində kriptoqrafik şifrləmə üsullarını tətbiq edir, səs, data və siqnalları şifrələyir, genişzolaqlı şəbəkələrdə və radio kanallarda məlumatların təhlükəsiz ötürülməsi, firewall, IDS/IPS, VPN və anti-DDoS texnologiyalarından istifadə edir.

  33. PLO 33PLO-61682

    Telekommuinkasiya infrastrukturlarına qarşı mümkün hücumları (IMSI catching, man-in-the- middle, jamming, SS7 exploit və s.) bilir, onların aşkarlanması və qarşısının alınması üçün texnoloji və proqram təminatlarını tətbiq etdir, telekommuinkasiya sistemlərində mümkün zəiflikləri və sızmaları təhlil edir, penetrasiya testlərini həyata keçirir.

  34. PLO 34PLO-72978

    Telekommmunikasiya sistemlərində təhlükəsizlik risklərini təhlil edir, idarəetmə strategiyalarını hazırlayır, telekommunikasiya operatorları üçün təhlükəsizlik siyasətlərini və prosedurlarını layihələndirir

  35. PLO 35PLO-56926

    Telekommunikasiya sektorunda informasiya təhlükəsizliyi ilə bağlı yerli və beynəlxalq standartları (ISO/IEC 27011, ETSI, ITU-T, NIST və s.), abunəçi məlumatlarının qorunması, fərdi məlumatların mühafizəsi və məxfiliyin təmin olunması tələblərini bilir və fəaliyyətində rəhbər tutur.

  36. PLO 36PLO-95368

    Telekommunikasiya sistemlərində təhlükəsizlik risklərini təhlil edir, risklərin idarə olunması strategiyalarını, telekommunikasiya infrastrukturları üçün informasiya təhlükəsizliyi siyasətlərini və prosedurlarını hazırlayır və həyata keçirir.

  37. PLO 37PLO-97633

    SCADA, DCS, PLC, RTU kimi sənaye idarəetmə sistemlərinin quruluşunu və iş prinsiplərini, sənaye proseslərinin avtomatlaşdırılması və real vaxt rejimində idarə edilməsi prinsiplərini bilir və istifadə edir.

  38. PLO 38PLO-58307

    ICS/SCADA sistemləri üçün təhlükəsiz şəbəkə arxitekturasını qurur, dərin müdafiə (defense- in-depth) yanaşmasını, Firewall, IDS/IPS, ağ siyahı (whitelisting), VPN və zonalaşdırma prinsiplərini bilir və tətbiq edir.

  39. PLO 39PLO-58444

    Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi tələblərini, sənaye idarəetmə sistemləri protokollarının (Modbus, DNP3, OPC-UA, IEC 60870-5-104 və s.) təhlükəsizlik prinsiplərini bilir və tətbiq edir.

  40. PLO 40PLO-76193

    Hücum modellərini və təhlükə növlərini (stuxnet, ransomware hücumları, insider threats, MITM və s.) bilir, insidentlərin aşkarlanması və qarşısının alınması üçün müdafiə tədbirlərini və bərpa planlarını hazırlayır və tətbiq edir.

  41. PLO 41PLO-45085

    Sənaye müəssisələrində informasiya təhlükəsizliyi risklərini qiymətləndirir, təhlükəsizlik boşluqlarını aşkarlayır və tədbirləri planlaşdırır, sənaye idarəetmə sistemləri üzrə auditləri təşkil edir və beynəlxalq standartlara uyğunluğu qiymətləndirir.

  42. PLO 42PLO-39795

    Əsas sənaye təhlükəsizliyi standartlarını (IEC 62443, NIST SP 800-82, ISO/IEC 27019, ANSI/ISA 99), sənaye müəssisələrində tətbiq edilən təhlükəsizlik siyasətlərini bilir, öz fəaliyyətində rəhbər tutur və onların tələblərinə əməl edir.

  43. PLO 43PLO-41420

    Veb proqramlaşdırma dillərini və mühitlərini (HTML, CSS, JavaScript, PHP, Python, Node.js, React, Angular, Django, Laravel və s.) bilir və həmin dillərdə proqramlaşdırır.

  44. PLO 44PLO-65934

    Müştəri-server əsaslı tətbiqlərin qurulması və qarşılıqlı əlaqəsinin təmin edilməsini bilir, RESTful API-lər, AJAX texnologiyası tətbiq edir, mikroxidmət arxitekturasını təşkil edir, HTTPS, TLS/SSL protokolları ilə məlumatların təhlükəsiz ötürülməsi, token əsaslı autentifikasiya (OAuth 2.0, JWT (JSON Web Token), SSO və MFA), sessiyaların idarə olunması və cookie təhlükəsizliyi texnologiyalarını tətbiq edir.

  45. PLO 45PLO-95783

    Veb texnologiya mühitində məlumatların konfidensiallığı, bütövlüyü və əlçatanlığının (CIA modeli) təmin edilməsi üsullarını, identifikasiya və autentifikasiya prosedurlarını tətbiq edir. SAST, DAST, IAST kimi təhlükəsizlik testləri metodologiyalarını, əl ilə və avtomatlaşdırılmış zəiflik aşkarlama vasitələrini (Burp Suite, OWASP ZAP, Nikto, Acunetix və s.), penetrasiya testlərini və "bug bounty" metodologiyasını tətbiq edir.

  46. PLO 46PLO-48136

    Təhlükəsiz proqramlaşdırma prinsipləri, kodda zəifliklərin aşkarlanması və qarşısının alınması, OWASP Top 10 zəifliklərin aşkarlnaması və qorunma vasitələrini (SQL Injection, Cross Site Scripting – XSS, Cross-Site Request Forgery – CSRF, Insecure Deserialization, Broken Authentication və s.) tətbiq edir.

  47. PLO 47PLO-59216

    Apache, Nginx, IIS və s. serverlərin təhlükəsizlik konfiqurasiyalarını, CDN, WAF (Web Application Firewall), Reverse Proxy, DDoS qorunması texnologiyalarını, bulud əsaslı veb platformalarda təhlükəsizlik (AWS, Azure, Google Cloud) yanaşmalarını bilir və tətbiq edir.

  48. PLO 48PLO-51199

    Veb sistemləri üçün tənzimləyici normativ sənədlərin və standartların (ISO/IEC 27001, GDPR, PCI-DSS, NIST və s.) bilir, veb sistemlərin onların tələblərinə uyğunluğunu qiymətləndirir və təmin edir.