Fənn · İnformasiya təhlükəsizliyi (master)

DeFi sistemlərinin təhlükəsizliyiMövzu planı

MS-14216 kreditPayız semestriSeçmə2

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. DeFi anlayışı və ekosistemin arxitekturası.

    Mühazirə

    Mərkəzləşdirilməmiş maliyyənin prinsipləri, əsas iştirakçılar, blokçeyn şəbəkələri, protokollar və etibar modelinin xüsusiyyətləri.

  2. 2. Ağıllı müqavilələr və icra mühiti.

    Mühazirə

    Ağıllı müqavilələrin həyat dövrü, vəziyyət dəyişənləri, tranzaksiyalar, qaz haqları və icra mühitindəki təhlükəsizlik məhdudiyyətləri.

  3. 3. DeFi protokol növləri və onların riskləri.

    Mühazirə

    DEX, kreditvermə protokolları, likvidlik hovuzları, gəlirlilik aqreqatorları, stabilkoinlər və törəmə alətlər.

  4. 4. Ağıllı müqavilələrin yayılmış zəiflikləri.

    Mühazirə

    Reentrancy, girişə nəzarət xətaları, yoxlanılmamış xarici çağırışlar, hesablamalarda daşma/alt-daşma və təhlükəli yeniləmə mexanizmləri.

  5. 5. Açarların və imzaların təhlükəsizliyi

    Mühazirə

    Kriptoqrafik açarların saxlanması, multisig, inzibati rollar, icazələrin məhdudlaşdırılması və açarların idarə olunması.

  6. 6. Orakllar və qiymət məlumatlarının etibarlılığı.

    Mühazirə

    Orakl arxitekturası, qiymət mənbələri, köhnəlmiş məlumat, qiymət manipulyasiyası və məlumatların yoxlanması.

  7. 7. Flash-loan hücumları və iqtisadi istismar.

    Mühazirə

    Flash-loan mexanizmləri, atomik tranzaksiyalar, qiymət və likvidlik manipulyasiyası, hücum ssenarilərinin təhlili.

  8. 8. DEX və likvidlik hovuzlarının təhlükəsizliyi.

    Mühazirə

    Avtomatlaşdırılmış market-meyker modelləri, slippage, impermanent loss, likvidlik konsentrasiyası və manipulyasiya riskləri.

  9. 9. Kreditvermə və likvidasiya mexanizmləri.

    Mühazirə

    Girov nisbətləri, sağlamlıq göstəriciləri, likvidasiya hədləri, bazar dəyişkənliyi və kaskad likvidasiya riski.

  10. 10. Cross-chain körpülər və interoperabellik

    Mühazirə

    Körpü arxitekturaları, validator və mesaj yoxlaması, saxta mesajlar, körpü aktivlərinin təminatı və etibar fərziyyələri.

  11. 11. MEV və tranzaksiya sıralanması riskləri

    Mühazirə

    Front-running, sandwich hücumları, tranzaksiya sıralanması və istifadəçi əməliyyatlarının qorunması üsulları.

  12. 12. DeFi təhlükəsizlik auditi və testləşdirmə.

    Mühazirə

    Kod icmalı, statik analiz, vahid testlər, fuzzing, invariantların yoxlanması və audit hesabatının hazırlanması

  13. 13. Monitorinq, insidentlərin aşkarlanması və cavab.

    Mühazirə

    On-chain monitorinq, anomaliyaların müəyyənləşdirilməsi, fövqəladə dayandırma, zərərin məhdudlaşdırılması və insidentdən sonrakı təhlil.

  14. 14. İdarəetmə, hüquqi və uyğunluq məsələləri.

    Mühazirə

    DAO idarəetməsi, səsvermə hücumları, risk açıqlamaları, AML/KYC konteksti, məxfilik və yurisdiksiya fərqləri.

  15. 15. Kompleks DeFi təhlükəsizlik layihəsi

    Mühazirə

    Seçilmiş protokolun təhlükə modeli, risk reyestri, test planı, müdafiə təklifləri və yekun hesabatın hazırlanması.