Fənn · İnformasiya təhlükəsizliyi (master)
DeFi sistemlərinin təhlükəsizliyi
Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Payız
Tədris ili
2
Fənnin təsviri
Bu fənn mərkəzləşdirilməmiş maliyyə (DeFi) sistemlərinin arxitekturasının, fəaliyyət prinsiplərinin və təhlükəsizlik mexanizmlərinin öyrənilməsini nəzərdə tutur. Fənn çərçivəsində ağıllı müqavilələrin (smart contracts) təhlükəsizliyi, mərkəzləşdirilməmiş birjalar (DEX), kreditləşmə və borclanma protokolları, likvidlik hovuzları, stabilkoinlər və digər DeFi tətbiqlərinin iş prinsipləri araşdırılır. Eyni zamanda, ağıllı müqavilələrdəki zəifliklər, təkrar giriş (reentrancy) hücumları, fləş-kredit (flash loan) hücumları, qiymət orakullarının manipulyasiyası, iqtisadi hücumlar və digər təhlükəsizlik riskləri öyrənilir. Fənn çərçivəsində blokçeyn tranzaksiyalarının təhlili, ağıllı müqavilələrin təhlükəsizlik auditinin aparılması, risklərin qiymətləndirilməsi və müdafiə mexanizmlərinin tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir. Fənn tələbələrdə DeFi protokollarının təhlükəsizlik səviyyəsini qiymətləndirmək, potensial zəiflikləri müəyyənləşdirmək, hücum ssenarilərini təhlil etmək və mərkəzləşdirilməmiş maliyyə sistemlərinin etibarlılığını artırmaq üçün müvafiq təhlükəsizlik tədbirlərini seçmək üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: DeFi ekosisteminin, əsas protokol növlərinin və blokçeyn infrastrukturunun iş prinsiplərini izah edir.
CLO 2: Ağıllı müqavilələrdə girişə nəzarət, yenidən daxilolma (reentrancy), hesablamaların dəqiqliyi, icazəsiz yeniləmə və digər riskləri müəyyənləşdirir.
CLO 3: Orakl manipulyasiyası, flash-loan hücumları, likvidlik riskləri, MEV və iqtisadi istismar ssenarilərini təhlil edir.
CLO 4: DeFi protokollarının təhlükəsizlik arxitekturasını, etibar fərziyyələrini və hücum səthlərini qiymətləndirir.
CLO 5: Statik analiz, testlər, fuzzing və simulyasiya vasitələrindən istifadə etməklə zəiflikləri tədris mühitində aşkarlayır.
CLO 6: Audit, monitorinq, çoximzalı idarəetmə, fasilə mexanizmləri və insidentlərə cavab planı üzrə müdafiə tədbirləri hazırlayır.
CLO 7: Radioelektronikanın əsas prinsiplərini izah edir.