Fənn · İnformasiya təhlükəsizliyi (master)

İnformasiya Təhlükəsizliyinin əsaslarıSillabus

MM-14016 kreditPayız semestriMəcburi1

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-1401
Kredit
6
Tələbənin iş yükü
135
Semestr
Payız semestri
Akademik il
1
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar və s.
Auditoriyadan kənar saatlar
135

Fənn haqqında

İnformasiya təhlükəsizliyinin əsasları fənni informasiya təhlükəsizliyinin fundamental anlayışlarını, prinsiplərini və müasir kibertəhlükələrə qarşı müdafiə üsullarını öyrənir. Fənn çərçivəsində informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığı (CIA triadası), informasiya aktivləri, təhlükə, zəiflik və risk anlayışları, autentifikasiya və avtorizasiya, girişə nəzarət, kriptoqrafiyanın əsasları, zərərli proqramlar, sosial mühəndislik, şəbəkə və sistem təhlükələri nəzərdən keçirilir. Həmçinin təhlükəsizlik siyasətlərinin hazırlanması, risklərin qiymətləndirilməsi, məlumatların qorunması, kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə əsas yanaşmalar öyrənilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • problem-based learning
  • case study

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: İnformasiya təhlükəsizliyinin təməl konseptlərini (CIA triadası, risk, təhdid, zəiflik), simmetrik/asimmetrik şifrələmə alqoritmlərini və əsas şəbəkə protokollarını tərif edir və sadalayır.

  2. CLO 2: Zərərli proqram növlərini, sosial mühəndislik hücumlarını və şəbəkə zəifliklərini izah edir, təşkilatın informasiya aktivlərinə dəyə biləcək potensial təsirini fərqləndirir

  3. CLO 3: Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün şəbəkəarası ekranlar (Firewall), İDS/İPS sistemləri və çoxfaktorlu autentifikasiya (MFA) kimi mühafizə mexanizmlərini tətbiq edir və sazlayır.

  4. CLO 4: Çoxtəbəqəli Müdafiə Strategyiyası (Defense in Depth - DİD) məntiqi infrastruktur olaraq istifadə edilir.

  5. CLO 5: Log fayllarını, SIEM xəbərdarlıqlarını və şəbəkə trafikini analiz edərək baş vermiş kibertəhlükəsizlik insidentlərini və təhlükəsizlik pozuntularını müəyyən edir və təsnifləndirir.

  6. CLO 6: Beynəlxalq standartlar (ISO/IEC 27001, NIST) və qanunvericilik (GDPR, Fərdi Məlumatlar haqqında Qanun) çərçivəsində təşkilatın təhlükəsizlik boşluqlarını müqayisə edir və təhlil edir.

  7. CLO 7: Təşkilatın İT infrastrukturu üçün risklərin qiymətləndirilməsini aparır, zəiflik skanının nəticələrini və təhlükəsizlik siyasətlərinin effektivliyini qiymətləndirir.

  8. CLO 8: Baş verə biləcək kiberhücumlara və fəlakətlərə qarşı ilkin İnsidentlərə Reaksiya Planı (Incident Response Plan) və Biznesin Fasiləsizliyi (BCP) strategiyasının layihəsini tərtib edir və hazırlayır.

Mövzu planı

  1. 1.
    İnformasiya Təhlükəsizliyinə Giriş və Fundamental AnlayışlarMühazirə

    İnformasiya təhlükəsizliyinin əsas anlayışları, məqsədləri və prinsipləri öyrənilir. Məxfilik, bütövlük və əlçatanlıq (CIA triadası), informasiya aktivləri, təhlükə, zəiflik, risk və təhlükəsizlik nəzarətləri haqqında fundamental biliklər formalaşdırılır.

  2. 2.
    Təhdidlər, Zərərli Proqramlar (Malware) və Hücum NövləriMühazirə

    Müasir kibertəhdidlərin əsas növləri, onların xüsusiyyətləri və informasiya sistemlərinə təsiri araşdırılır. Viruslar, qurdlar, trojanlar, ransomware, spyware və digər zərərli proqramlarla yanaşı, DoS/DDoS, fişinq, parol hücumları və digər kiberhücum üsulları nəzərdən keçirilir.

  3. 3.
    Sosial Mühəndislik və İnsan FaktoruMühazirə

    Kibertəhlükəsizlikdə insan faktorunun rolu və sosial mühəndislik üsulları öyrənilir. Fişinq, pretexting, baiting, impersonation və digər manipulyasiya metodları, həmçinin istifadəçilərin təhlükəsizlik şüurunun artırılması və sosial mühəndislik hücumlarından qorunma tədbirləri izah edilir.

  4. 4.
    Çoxtəbəqəli Müdafiə Strategyiyası (Defense in Depth - DİD)Mühazirə

    İnformasiya sistemlərinin müxtəlif təhlükələrdən qorunması üçün çoxtəbəqəli müdafiə yanaşması öyrənilir. Şəbəkə, tətbiq, məlumat, istifadəçi və fiziki təhlükəsizlik səviyyələrində müdafiə mexanizmlərinin tətbiqi və təhlükəsizlik tədbirlərinin bir-birini tamamlaması araşdırılır.

  5. 5.
    Süni İntellekt və Avtonom Sistemlərin KibertəhlükəsizliyiMühazirə

    Süni intellekt və avtonom sistemlərdə yaranan kibertəhlükələr və onların mühafizə üsulları araşdırılır. Süni intellektdən kibertəhdidlərin aşkarlanması və qarşısının alınmasında istifadə imkanları, həmçinin AI sistemlərinə yönəlmiş hücumlar, məlumatların manipulyasiyası və model təhlükəsizliyi məsələləri nəzərdən keçirilir.

  6. 6.
    Identifikasiya, Autentifikasiya və Girişə Nəzarət (Access Control)Mühazirə

    İstifadəçilərin və sistemlərin identifikasiyası, autentifikasiyası və resurslara giriş hüquqlarının idarə edilməsi prinsipləri öyrənilir. Parol siyasətləri, çoxfaktorlu autentifikasiya (MFA), biometrik autentifikasiya, rollara əsaslanan girişə nəzarət (RBAC) və digər girişə nəzarət modelləri araşdırılır.

  7. 7.
    Şəbəkə və E-poçt Təhlükəsizliyi: Protokollar və Əsas Mühafizə VasitələriMühazirə

    Şəbəkə və e-poçt mühitlərində təhlükəsizliyin təmin edilməsi prinsipləri öyrənilir. Təhlükəsiz rabitə protokolları, şifrələmə, firewall, VPN, IDS/IPS, e-poçt filtrləmə mexanizmləri və e-poçt əsaslı hücumlardan müdafiə üsulları nəzərdən keçirilir.

  8. 8.
    Simsiz Şəbəkələrin (Wi-Fi) TəhlükəsizliyiMühazirə

    Simsiz şəbəkələrin təhlükəsizlik xüsusiyyətləri, əsas zəiflikləri və müdafiə mexanizmləri öyrənilir. Wi-Fi təhlükəsizlik standartları, şifrələmə və autentifikasiya üsulları, simsiz şəbəkələrə yönəlmiş hücumlar və təhlükəsiz konfiqurasiya prinsipləri araşdırılır.

  9. 9.
    Əməliyyat Sistemləri və Tətbiqlərin TəhlükəsizliyiMühazirə

    Əməliyyat sistemləri və proqram tətbiqlərinin təhlükəsizliyinin təmin edilməsi prinsipləri öyrənilir. Zəifliklərin aşkarlanması, yeniləmələrin idarə edilməsi, istifadəçi hüquqlarının məhdudlaşdırılması, təhlükəsiz proqramlaşdırma və tətbiq səviyyəsində əsas təhlükəsizlik mexanizmləri araşdırılır.

  10. 10.
    Məlumat Sızmasının Qarşısının Alınması (DLP) və Verilənlərin MühafizəsiMühazirə

    Həssas və məxfi məlumatların icazəsiz əldə edilməsinin, istifadəsinin və ötürülməsinin qarşısının alınması üsulları öyrənilir. DLP sistemlərinin iş prinsipi, məlumatların təsnifləşdirilməsi, şifrələmə, məlumatların saxlanması və ötürülməsi zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri araşdırılır.

  11. 11.
    İnformatika Hüququ, Etika və Beynəlxalq StandartlarMühazirə

    İnformasiya təhlükəsizliyinin hüquqi və etik aspektləri öyrənilir. Fərdi məlumatların qorunması, informasiya resurslarından qanuni istifadə, kibercinayətkarlıq, müəllif hüquqları və informasiya təhlükəsizliyi üzrə beynəlxalq standart və çərçivələr haqqında məlumat verilir.

  12. 12.
    Risklərin İdarə Edilməsi və QiymətləndirilməsiMühazirə

    İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi, təhlili, qiymətləndirilməsi və idarə olunması metodları öyrənilir. Aktivlərin müəyyən edilməsi, təhdid və zəifliklərin təhlili, risk səviyyəsinin qiymətləndirilməsi və risklərin azaldılması üçün uyğun təhlükəsizlik tədbirlərinin seçilməsi araşdırılır.

  13. 13.
    İnsidentlərin İdarə Olunması və Monitorinq (SOC & SIEM)Mühazirə

    Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, təhlili, cavablandırılması və bərpası prosesləri öyrənilir. SOC-un fəaliyyəti, SIEM sistemlərinin iş prinsipi, loqların toplanması və korrelyasiyası, təhlükələrin monitorinqi və insidentlərə cavabvermə mərhələləri nəzərdən keçirilir.

  14. 14.
    Rəqəmsal Kriminalistika (Digital Forensics) və Biznesin FasiləsizliyiMühazirə

    Kibertəhlükəsizlik insidentlərindən sonra rəqəmsal sübutların toplanması, qorunması və təhlili prinsipləri öyrənilir. Disklər, yaddaş, şəbəkə trafikləri və digər rəqəmsal mənbələrdən sübutların əldə edilməsi, həmçinin biznesin fasiləsizliyi və fəlakətdən sonra bərpa planlarının hazırlanması araşdırılır.

  15. 15.
    Müasir Təhlükəsizlik TrendləriMühazirə

    Kibertəhlükəsizlik sahəsində müasir inkişaf istiqamətləri və yeni yaranan təhlükələr araşdırılır. Bulud təhlükəsizliyi, IoT təhlükəsizliyi, Zero Trust, süni intellekt əsaslı təhlükəsizlik, avtomatlaşdırılmış müdafiə, mobil təhlükəsizlik və digər aktual texnologiyalar və yanaşmalar nəzərdən keçirilir.

Ədəbiyyat

  1. 1.Michael E. Whitman, Herbert J. Mattord – Principles of Information Security (7th Edition), Chapter
  2. Sikorski, M., & Honig, A. – Practical Malware Analysis: The Hands-On Guide to Dissecting Malicious Software. No Starch Press.
  3. Kim, D., & Solomon, M. G. – Fundamentals of Information Systems Security, Chapter 3.
  4. Christopher Hadnagy – Social Engineering: The Science of Human Hacking (2nd Edition).
  5. 12.SANS Security Awareness Training & Whitepapers (sans.org)
  6. William Stallings – Cryptography and Network Security: Principles and Practice (8th Edition), Chapters 2-9.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-8
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-8