Fənn · İnformasiya təhlükəsizliyi (master)

İnformasiya Təhlükəsizliyinin əsaslarıMövzu planı

MM-14016 kreditPayız semestriMəcburi1

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. İnformasiya Təhlükəsizliyinə Giriş və Fundamental Anlayışlar

    Mühazirə

    İnformasiya təhlükəsizliyinin əsas anlayışları, məqsədləri və prinsipləri öyrənilir. Məxfilik, bütövlük və əlçatanlıq (CIA triadası), informasiya aktivləri, təhlükə, zəiflik, risk və təhlükəsizlik nəzarətləri haqqında fundamental biliklər formalaşdırılır.

  2. 2. Təhdidlər, Zərərli Proqramlar (Malware) və Hücum Növləri

    Mühazirə

    Müasir kibertəhdidlərin əsas növləri, onların xüsusiyyətləri və informasiya sistemlərinə təsiri araşdırılır. Viruslar, qurdlar, trojanlar, ransomware, spyware və digər zərərli proqramlarla yanaşı, DoS/DDoS, fişinq, parol hücumları və digər kiberhücum üsulları nəzərdən keçirilir.

  3. 3. Sosial Mühəndislik və İnsan Faktoru

    Mühazirə

    Kibertəhlükəsizlikdə insan faktorunun rolu və sosial mühəndislik üsulları öyrənilir. Fişinq, pretexting, baiting, impersonation və digər manipulyasiya metodları, həmçinin istifadəçilərin təhlükəsizlik şüurunun artırılması və sosial mühəndislik hücumlarından qorunma tədbirləri izah edilir.

  4. 4. Çoxtəbəqəli Müdafiə Strategyiyası (Defense in Depth - DİD)

    Mühazirə

    İnformasiya sistemlərinin müxtəlif təhlükələrdən qorunması üçün çoxtəbəqəli müdafiə yanaşması öyrənilir. Şəbəkə, tətbiq, məlumat, istifadəçi və fiziki təhlükəsizlik səviyyələrində müdafiə mexanizmlərinin tətbiqi və təhlükəsizlik tədbirlərinin bir-birini tamamlaması araşdırılır.

  5. 5. Süni İntellekt və Avtonom Sistemlərin Kibertəhlükəsizliyi

    Mühazirə

    Süni intellekt və avtonom sistemlərdə yaranan kibertəhlükələr və onların mühafizə üsulları araşdırılır. Süni intellektdən kibertəhdidlərin aşkarlanması və qarşısının alınmasında istifadə imkanları, həmçinin AI sistemlərinə yönəlmiş hücumlar, məlumatların manipulyasiyası və model təhlükəsizliyi məsələləri nəzərdən keçirilir.

  6. 6. Identifikasiya, Autentifikasiya və Girişə Nəzarət (Access Control)

    Mühazirə

    İstifadəçilərin və sistemlərin identifikasiyası, autentifikasiyası və resurslara giriş hüquqlarının idarə edilməsi prinsipləri öyrənilir. Parol siyasətləri, çoxfaktorlu autentifikasiya (MFA), biometrik autentifikasiya, rollara əsaslanan girişə nəzarət (RBAC) və digər girişə nəzarət modelləri araşdırılır.

  7. 7. Şəbəkə və E-poçt Təhlükəsizliyi: Protokollar və Əsas Mühafizə Vasitələri

    Mühazirə

    Şəbəkə və e-poçt mühitlərində təhlükəsizliyin təmin edilməsi prinsipləri öyrənilir. Təhlükəsiz rabitə protokolları, şifrələmə, firewall, VPN, IDS/IPS, e-poçt filtrləmə mexanizmləri və e-poçt əsaslı hücumlardan müdafiə üsulları nəzərdən keçirilir.

  8. 8. Simsiz Şəbəkələrin (Wi-Fi) Təhlükəsizliyi

    Mühazirə

    Simsiz şəbəkələrin təhlükəsizlik xüsusiyyətləri, əsas zəiflikləri və müdafiə mexanizmləri öyrənilir. Wi-Fi təhlükəsizlik standartları, şifrələmə və autentifikasiya üsulları, simsiz şəbəkələrə yönəlmiş hücumlar və təhlükəsiz konfiqurasiya prinsipləri araşdırılır.

  9. 9. Əməliyyat Sistemləri və Tətbiqlərin Təhlükəsizliyi

    Mühazirə

    Əməliyyat sistemləri və proqram tətbiqlərinin təhlükəsizliyinin təmin edilməsi prinsipləri öyrənilir. Zəifliklərin aşkarlanması, yeniləmələrin idarə edilməsi, istifadəçi hüquqlarının məhdudlaşdırılması, təhlükəsiz proqramlaşdırma və tətbiq səviyyəsində əsas təhlükəsizlik mexanizmləri araşdırılır.

  10. 10. Məlumat Sızmasının Qarşısının Alınması (DLP) və Verilənlərin Mühafizəsi

    Mühazirə

    Həssas və məxfi məlumatların icazəsiz əldə edilməsinin, istifadəsinin və ötürülməsinin qarşısının alınması üsulları öyrənilir. DLP sistemlərinin iş prinsipi, məlumatların təsnifləşdirilməsi, şifrələmə, məlumatların saxlanması və ötürülməsi zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri araşdırılır.

  11. 11. İnformatika Hüququ, Etika və Beynəlxalq Standartlar

    Mühazirə

    İnformasiya təhlükəsizliyinin hüquqi və etik aspektləri öyrənilir. Fərdi məlumatların qorunması, informasiya resurslarından qanuni istifadə, kibercinayətkarlıq, müəllif hüquqları və informasiya təhlükəsizliyi üzrə beynəlxalq standart və çərçivələr haqqında məlumat verilir.

  12. 12. Risklərin İdarə Edilməsi və Qiymətləndirilməsi

    Mühazirə

    İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi, təhlili, qiymətləndirilməsi və idarə olunması metodları öyrənilir. Aktivlərin müəyyən edilməsi, təhdid və zəifliklərin təhlili, risk səviyyəsinin qiymətləndirilməsi və risklərin azaldılması üçün uyğun təhlükəsizlik tədbirlərinin seçilməsi araşdırılır.

  13. 13. İnsidentlərin İdarə Olunması və Monitorinq (SOC & SIEM)

    Mühazirə

    Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, təhlili, cavablandırılması və bərpası prosesləri öyrənilir. SOC-un fəaliyyəti, SIEM sistemlərinin iş prinsipi, loqların toplanması və korrelyasiyası, təhlükələrin monitorinqi və insidentlərə cavabvermə mərhələləri nəzərdən keçirilir.

  14. 14. Rəqəmsal Kriminalistika (Digital Forensics) və Biznesin Fasiləsizliyi

    Mühazirə

    Kibertəhlükəsizlik insidentlərindən sonra rəqəmsal sübutların toplanması, qorunması və təhlili prinsipləri öyrənilir. Disklər, yaddaş, şəbəkə trafikləri və digər rəqəmsal mənbələrdən sübutların əldə edilməsi, həmçinin biznesin fasiləsizliyi və fəlakətdən sonra bərpa planlarının hazırlanması araşdırılır.

  15. 15. Müasir Təhlükəsizlik Trendləri

    Mühazirə

    Kibertəhlükəsizlik sahəsində müasir inkişaf istiqamətləri və yeni yaranan təhlükələr araşdırılır. Bulud təhlükəsizliyi, IoT təhlükəsizliyi, Zero Trust, süni intellekt əsaslı təhlükəsizlik, avtomatlaşdırılmış müdafiə, mobil təhlükəsizlik və digər aktual texnologiyalar və yanaşmalar nəzərdən keçirilir.