General information
- Subject code
- MM-1401
- Credits
- 6
- Student workload
- 135
- Semester
- Autumn semester
- Academic year
- 1
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat - mühazirə b) 15 saat- seminar və s.
- Out-of-class hours
- 135
About the subject
İnformasiya təhlükəsizliyinin əsasları fənni informasiya təhlükəsizliyinin fundamental anlayışlarını, prinsiplərini və müasir kibertəhlükələrə qarşı müdafiə üsullarını öyrənir. fənn çərçivəsində informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığı (cia triadası), informasiya aktivləri, təhlükə, zəiflik və risk anlayışları, autentifikasiya və avtorizasiya, girişə nəzarət, kriptoqrafiyanın əsasları, zərərli proqramlar, sosial mühəndislik, şəbəkə və sistem təhlükələri nəzərdən keçirilir. həmçinin təhlükəsizlik siyasətlərinin hazırlanması, risklərin qiymətləndirilməsi, məlumatların qorunması, kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə əsas yanaşmalar öyrənilir.
Teaching methods
- lecture
- interactive discussion
- seminar
- teamwork
- project-based learning
- problem-based learning
- case study
Course learning outcomes (CLO)
CLO 1: İnformasiya təhlükəsizliyinin təməl konseptlərini (cia triadası, risk, təhdid, zəiflik), simmetrik/asimmetrik şifrələmə alqoritmlərini və əsas şəbəkə protokollarını tərif edir və sadalayır.
CLO 2: Zərərli proqram növlərini, sosial mühəndislik hücumlarını və şəbəkə zəifliklərini izah edir, təşkilatın informasiya aktivlərinə dəyə biləcək potensial təsirini fərqləndirir
CLO 3: Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün şəbəkəarası ekranlar (firewall), i̇ds/i̇ps sistemləri və çoxfaktorlu autentifikasiya (mfa) kimi mühafizə mexanizmlərini tətbiq edir və sazlayır.
CLO 4: Çoxtəbəqəli müdafiə strategyiyası (defense in depth - di̇d) məntiqi infrastruktur olaraq istifadə edilir.
CLO 5: Log fayllarını, SIEM xəbərdarlıqlarını və şəbəkə trafikini analiz edərək baş vermiş kibertəhlükəsizlik insidentlərini və təhlükəsizlik pozuntularını müəyyən edir və təsnifləndirir.
CLO 6: Beynəlxalq standartlar (iso/iec 27001, nist) və qanunvericilik (gdpr, fərdi məlumatlar haqqında qanun) çərçivəsində təşkilatın təhlükəsizlik boşluqlarını müqayisə edir və təhlil edir.
CLO 7: Təşkilatın i̇t infrastrukturu üçün risklərin qiymətləndirilməsini aparır, zəiflik skanının nəticələrini və təhlükəsizlik siyasətlərinin effektivliyini qiymətləndirir.
CLO 8: Baş verə biləcək kiberhücumlara və fəlakətlərə qarşı ilkin i̇nsidentlərə reaksiya planı (incident response plan) və biznesin fasiləsizliyi (bcp) strategiyasının layihəsini tərtib edir və hazırlayır.
Topic plan
- 1.İnformasiya təhlükəsizliyinə giriş və fundamental anlayışlarLecture
İnformasiya təhlükəsizliyinin əsas anlayışları, məqsədləri və prinsipləri öyrənilir. məxfilik, bütövlük və əlçatanlıq (cia triadası), informasiya aktivləri, təhlükə, zəiflik, risk və təhlükəsizlik nəzarətləri haqqında fundamental biliklər formalaşdırılır.
- 2.Təhdidlər, zərərli proqramlar (malware) və hücum növləriLecture
Müasir kibertəhdidlərin əsas növləri, onların xüsusiyyətləri və informasiya sistemlərinə təsiri araşdırılır. viruslar, qurdlar, trojanlar, ransomware, spyware və digər zərərli proqramlarla yanaşı, dos/ddos, fişinq, parol hücumları və digər kiberhücum üsulları nəzərdən keçirilir.
- 3.Sosial mühəndislik və i̇nsan faktoruLecture
Kibertəhlükəsizlikdə insan faktorunun rolu və sosial mühəndislik üsulları öyrənilir. fişinq, pretexting, baiting, impersonation və digər manipulyasiya metodları, həmçinin istifadəçilərin təhlükəsizlik şüurunun artırılması və sosial mühəndislik hücumlarından qorunma tədbirləri izah edilir.
- 4.Çoxtəbəqəli müdafiə strategyiyası (defense in depth - di̇d)Lecture
İnformasiya sistemlərinin müxtəlif təhlükələrdən qorunması üçün çoxtəbəqəli müdafiə yanaşması öyrənilir. şəbəkə, tətbiq, məlumat, istifadəçi və fiziki təhlükəsizlik səviyyələrində müdafiə mexanizmlərinin tətbiqi və təhlükəsizlik tədbirlərinin bir-birini tamamlaması araşdırılır.
- 5.Süni i̇ntellekt və avtonom sistemlərin kibertəhlükəsizliyiLecture
Süni intellekt və avtonom sistemlərdə yaranan kibertəhlükələr və onların mühafizə üsulları araşdırılır. süni intellektdən kibertəhdidlərin aşkarlanması və qarşısının alınmasında istifadə imkanları, həmçinin AI sistemlərinə yönəlmiş hücumlar, məlumatların manipulyasiyası və model təhlükəsizliyi məsələləri nəzərdən keçirilir.
- 6.Identifikasiya, autentifikasiya və girişə nəzarət (access control)Lecture
İstifadəçilərin və sistemlərin identifikasiyası, autentifikasiyası və resurslara giriş hüquqlarının idarə edilməsi prinsipləri öyrənilir. parol siyasətləri, çoxfaktorlu autentifikasiya (mfa), biometrik autentifikasiya, rollara əsaslanan girişə nəzarət (rbac) və digər girişə nəzarət modelləri araşdırılır.
- 7.Şəbəkə və e-poçt təhlükəsizliyi: protokollar və əsas mühafizə vasitələriLecture
Şəbəkə və e-poçt mühitlərində təhlükəsizliyin təmin edilməsi prinsipləri öyrənilir. təhlükəsiz rabitə protokolları, şifrələmə, firewall, vpn, ids/ips, e-poçt filtrləmə mexanizmləri və e-poçt əsaslı hücumlardan müdafiə üsulları nəzərdən keçirilir.
- 8.Simsiz şəbəkələrin (wi-fi) təhlükəsizliyiLecture
Simsiz şəbəkələrin təhlükəsizlik xüsusiyyətləri, əsas zəiflikləri və müdafiə mexanizmləri öyrənilir. wi-fi təhlükəsizlik standartları, şifrələmə və autentifikasiya üsulları, simsiz şəbəkələrə yönəlmiş hücumlar və təhlükəsiz konfiqurasiya prinsipləri araşdırılır.
- 9.Əməliyyat sistemləri və tətbiqlərin təhlükəsizliyiLecture
Əməliyyat sistemləri və proqram tətbiqlərinin təhlükəsizliyinin təmin edilməsi prinsipləri öyrənilir. zəifliklərin aşkarlanması, yeniləmələrin idarə edilməsi, istifadəçi hüquqlarının məhdudlaşdırılması, təhlükəsiz proqramlaşdırma və tətbiq səviyyəsində əsas təhlükəsizlik mexanizmləri araşdırılır.
- 10.Məlumat sızmasının qarşısının alınması (dlp) və verilənlərin mühafizəsiLecture
Həssas və məxfi məlumatların icazəsiz əldə edilməsinin, istifadəsinin və ötürülməsinin qarşısının alınması üsulları öyrənilir. DLP sistemlərinin iş prinsipi, məlumatların təsnifləşdirilməsi, şifrələmə, məlumatların saxlanması və ötürülməsi zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri araşdırılır.
- 11.İnformatika hüququ, etika və beynəlxalq standartlarLecture
İnformasiya təhlükəsizliyinin hüquqi və etik aspektləri öyrənilir. fərdi məlumatların qorunması, informasiya resurslarından qanuni istifadə, kibercinayətkarlıq, müəllif hüquqları və informasiya təhlükəsizliyi üzrə beynəlxalq standart və çərçivələr haqqında məlumat verilir.
- 12.Risklərin i̇darə edilməsi və qiymətləndirilməsiLecture
İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi, təhlili, qiymətləndirilməsi və idarə olunması metodları öyrənilir. aktivlərin müəyyən edilməsi, təhdid və zəifliklərin təhlili, risk səviyyəsinin qiymətləndirilməsi və risklərin azaldılması üçün uyğun təhlükəsizlik tədbirlərinin seçilməsi araşdırılır.
- 13.İnsidentlərin i̇darə olunması və monitorinq (soc & siem)Lecture
Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, təhlili, cavablandırılması və bərpası prosesləri öyrənilir. soc-un fəaliyyəti, SIEM sistemlərinin iş prinsipi, loqların toplanması və korrelyasiyası, təhlükələrin monitorinqi və insidentlərə cavabvermə mərhələləri nəzərdən keçirilir.
- 14.Rəqəmsal kriminalistika (digital forensics) və biznesin fasiləsizliyiLecture
Kibertəhlükəsizlik insidentlərindən sonra rəqəmsal sübutların toplanması, qorunması və təhlili prinsipləri öyrənilir. disklər, yaddaş, şəbəkə trafikləri və digər rəqəmsal mənbələrdən sübutların əldə edilməsi, həmçinin biznesin fasiləsizliyi və fəlakətdən sonra bərpa planlarının hazırlanması araşdırılır.
- 15.Müasir təhlükəsizlik trendləriLecture
Kibertəhlükəsizlik sahəsində müasir inkişaf istiqamətləri və yeni yaranan təhlükələr araşdırılır. bulud təhlükəsizliyi, iot təhlükəsizliyi, zero trust, süni intellekt əsaslı təhlükəsizlik, avtomatlaşdırılmış müdafiə, mobil təhlükəsizlik və digər aktual texnologiyalar və yanaşmalar nəzərdən keçirilir.
Reading list
- 1.michael e. whitman, herbert j. mattord – principles of information security (7th edition), chapter
- Sikorski, m., & honig, a. – practical malware analysis: the hands-on guide to dissecting malicious software. no starch press.
- Kim, d., & solomon, m. g. – fundamentals of information systems security, chapter 3.
- Christopher hadnagy – social engineering: the science of human hacking (2nd edition).
- 12.sans security awareness training & whitepapers (sans.org)
- William stallings – cryptography and network security: principles and practice (8th edition), chapters 2-9.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-8 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-8 |