Subject · Information security (master)

İnformasiya təhlükəsizliyinin əsasları

MM-14016 creditsAutumn semesterMandatory1

About this subject

Credits

6

Workload

135hours

Semester

Autumn

Academic year

1

Description

İnformasiya təhlükəsizliyinin əsasları fənni informasiya təhlükəsizliyinin fundamental anlayışlarını, prinsiplərini və müasir kibertəhlükələrə qarşı müdafiə üsullarını öyrənir. fənn çərçivəsində informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığı (cia triadası), informasiya aktivləri, təhlükə, zəiflik və risk anlayışları, autentifikasiya və avtorizasiya, girişə nəzarət, kriptoqrafiyanın əsasları, zərərli proqramlar, sosial mühəndislik, şəbəkə və sistem təhlükələri nəzərdən keçirilir. həmçinin təhlükəsizlik siyasətlərinin hazırlanması, risklərin qiymətləndirilməsi, məlumatların qorunması, kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə əsas yanaşmalar öyrənilir.

Course learning outcomes

  1. CLO 1: İnformasiya təhlükəsizliyinin təməl konseptlərini (cia triadası, risk, təhdid, zəiflik), simmetrik/asimmetrik şifrələmə alqoritmlərini və əsas şəbəkə protokollarını tərif edir və sadalayır.

  2. CLO 2: Zərərli proqram növlərini, sosial mühəndislik hücumlarını və şəbəkə zəifliklərini izah edir, təşkilatın informasiya aktivlərinə dəyə biləcək potensial təsirini fərqləndirir

  3. CLO 3: Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün şəbəkəarası ekranlar (firewall), i̇ds/i̇ps sistemləri və çoxfaktorlu autentifikasiya (mfa) kimi mühafizə mexanizmlərini tətbiq edir və sazlayır.

  4. CLO 4: Çoxtəbəqəli müdafiə strategyiyası (defense in depth - di̇d) məntiqi infrastruktur olaraq istifadə edilir.

  5. CLO 5: Log fayllarını, SIEM xəbərdarlıqlarını və şəbəkə trafikini analiz edərək baş vermiş kibertəhlükəsizlik insidentlərini və təhlükəsizlik pozuntularını müəyyən edir və təsnifləndirir.

  6. CLO 6: Beynəlxalq standartlar (iso/iec 27001, nist) və qanunvericilik (gdpr, fərdi məlumatlar haqqında qanun) çərçivəsində təşkilatın təhlükəsizlik boşluqlarını müqayisə edir və təhlil edir.

  7. CLO 7: Təşkilatın i̇t infrastrukturu üçün risklərin qiymətləndirilməsini aparır, zəiflik skanının nəticələrini və təhlükəsizlik siyasətlərinin effektivliyini qiymətləndirir.

  8. CLO 8: Baş verə biləcək kiberhücumlara və fəlakətlərə qarşı ilkin i̇nsidentlərə reaksiya planı (incident response plan) və biznesin fasiləsizliyi (bcp) strategiyasının layihəsini tərtib edir və hazırlayır.