Ümumi məlumat
- Fənn kodu
- MS-0317
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektrik təchizatı şəbəkə və sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərini, onların texniki-iqtisadi təsirini və normativ tələbləri öyrədir. Gərginlik meyletmələri və rəqsetmələri, qeyri-sinusoidal və qeyri-simmetrik rejimlər, keyfiyyət göstəricilərinin dinamikası, onların enerji qəbuledicilərinə təsiri, eləcə də elektrik enerjisi keyfiyyətinin idarə olunması üsulları və texniki vasitələri nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektrik enerjisi keyfiyyətinin texniki-iqtisadi göstəriciləri barədə əsas məlumatları mənimsəməlidir.
CLO 2: Gərginlik meyletmələri və onların enerji qəbuledicilərin işinə təsiri, meyletmələrin məhdudlaşdırılması metodlarını bilməlidir.
CLO 3: Gərginlik rəqsetmələri və onların enerji qəbuledicilərin işinə təsiri, rəqsetmələrin məhdudlaşdırılması metodlarını bilməlidir.
CLO 4: Elektrik təchizatı sistemlərinin qeyri-sinusoidal rejimləri, yüksək harmonikaların təsiri və qeyri-sinusoidallıq əmsalının təyini metodlarını mənimsəməlidir.
CLO 5: Elektrik təchizatı sistemlərində gərginliklərin qeyri-simmetrikliyi və onun enerji qəbuledicilərinin işinə təsiri, qeyri-simmetrikliyin azaldılması yollarını bilməlidir.
CLO 6: Elektrik enerjisi keyfiyyəti göstəricilərinin dinamiki xarakteristikalarını, qidalandırıcı şəbəkə tezliyinin meyletmələrini və onun stabilləşdirilməsi yollarını mənimsəməlidir.
CLO 7: Elektrik enerjisi keyfiyyətinin idarə olunması, energetik balans və enerji auditinin xüsusiyyətlərini mənimsəməlidir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-7 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-7 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-7 |






