Fənn · Elektrik və elektronika mühəndisliyi.
Elektrik enerjisinin keyfiyyəti və onun idarə olunması
MS-03176 kreditPayız semestriSeçmə2026-2027
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
Fənn elektrik təchizatı şəbəkə və sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərini, onların texniki-iqtisadi təsirini və normativ tələbləri öyrədir. Gərginlik meyletmələri və rəqsetmələri, qeyri-sinusoidal və qeyri-simmetrik rejimlər, keyfiyyət göstəricilərinin dinamikası, onların enerji qəbuledicilərinə təsiri, eləcə də elektrik enerjisi keyfiyyətinin idarə olunması üsulları və texniki vasitələri nəzərdən keçirilir.
Fənn təlim nəticələri
Fənn təlim nəticələri hələ dərc edilməyib.






