Subject · Electrical and electronics engineering.
Elektrik enerjisinin keyfiyyəti və onun idarə olunması
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənn elektrik təchizatı şəbəkə və sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərini, onların texniki-iqtisadi təsirini və normativ tələbləri öyrədir. gərginlik meyletmələri və rəqsetmələri, qeyri-sinusoidal və qeyri-simmetrik rejimlər, keyfiyyət göstəricilərinin dinamikası, onların enerji qəbuledicilərinə təsiri, eləcə də elektrik enerjisi keyfiyyətinin idarə olunması üsulları və texniki vasitələri nəzərdən keçirilir.
Course learning outcomes
CLO 1: Elektrik enerjisi keyfiyyətinin texniki-iqtisadi göstəriciləri barədə əsas məlumatları mənimsəməlidir.
CLO 2: Gərginlik meyletmələri və onların enerji qəbuledicilərin işinə təsiri, meyletmələrin məhdudlaşdırılması metodlarını bilməlidir.
CLO 3: Gərginlik rəqsetmələri və onların enerji qəbuledicilərin işinə təsiri, rəqsetmələrin məhdudlaşdırılması metodlarını bilməlidir.
CLO 4: Elektrik təchizatı sistemlərinin qeyri-sinusoidal rejimləri, yüksək harmonikaların təsiri və qeyri-sinusoidallıq əmsalının təyini metodlarını mənimsəməlidir.
CLO 5: Elektrik təchizatı sistemlərində gərginliklərin qeyri-simmetrikliyi və onun enerji qəbuledicilərinin işinə təsiri, qeyri-simmetrikliyin azaldılması yollarını bilməlidir.
CLO 6: Elektrik enerjisi keyfiyyəti göstəricilərinin dinamiki xarakteristikalarını, qidalandırıcı şəbəkə tezliyinin meyletmələrini və onun stabilləşdirilməsi yollarını mənimsəməlidir.
CLO 7: Elektrik enerjisi keyfiyyətinin idarə olunması, energetik balans və enerji auditinin xüsusiyyətlərini mənimsəməlidir.






