General information
- Subject code
- MS-0317
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Mode of study
- Full-time
- Language of instruction
- Azerbaijani
- Contact hours
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Independent study hours
- a) 135 saat - sərbəst iş
About the subject
Fənn elektrik təchizatı şəbəkə və sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərini, onların texniki-iqtisadi təsirini və normativ tələbləri öyrədir. gərginlik meyletmələri və rəqsetmələri, qeyri-sinusoidal və qeyri-simmetrik rejimlər, keyfiyyət göstəricilərinin dinamikası, onların enerji qəbuledicilərinə təsiri, eləcə də elektrik enerjisi keyfiyyətinin idarə olunması üsulları və texniki vasitələri nəzərdən keçirilir.
Teaching methods
- lecture
- seminar
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Elektrik enerjisi keyfiyyətinin texniki-iqtisadi göstəriciləri barədə əsas məlumatları mənimsəməlidir.
CLO 2: Gərginlik meyletmələri və onların enerji qəbuledicilərin işinə təsiri, meyletmələrin məhdudlaşdırılması metodlarını bilməlidir.
CLO 3: Gərginlik rəqsetmələri və onların enerji qəbuledicilərin işinə təsiri, rəqsetmələrin məhdudlaşdırılması metodlarını bilməlidir.
CLO 4: Elektrik təchizatı sistemlərinin qeyri-sinusoidal rejimləri, yüksək harmonikaların təsiri və qeyri-sinusoidallıq əmsalının təyini metodlarını mənimsəməlidir.
CLO 5: Elektrik təchizatı sistemlərində gərginliklərin qeyri-simmetrikliyi və onun enerji qəbuledicilərinin işinə təsiri, qeyri-simmetrikliyin azaldılması yollarını bilməlidir.
CLO 6: Elektrik enerjisi keyfiyyəti göstəricilərinin dinamiki xarakteristikalarını, qidalandırıcı şəbəkə tezliyinin meyletmələrini və onun stabilləşdirilməsi yollarını mənimsəməlidir.
CLO 7: Elektrik enerjisi keyfiyyətinin idarə olunması, energetik balans və enerji auditinin xüsusiyyətlərini mənimsəməlidir.
Topic plan
- 1.Elektrik enerjisi keyfiyyəti göstəriciləri və normativ tələblərLecture
- 2.Gərginlik meyletmələri və onun enerji qəbuledicilərinin işinə təsiri. meyletmələrin azaldılması metod və vasitələriLecture
- 3.Gərginlik rəqsetmələrinin müxtəlif enerji qəbuledicilərinin işinə təsiriLecture
- 4.Elektrik təchizatı sistemlərində qeyri-sinusoidal rejimlərin yaranması. yüksək harmonikaların enerji qəbuledicilərinin işinə təsiriLecture
- 5.Qeyri-sinusoidallıq əmsalının hesablanması metodlarıLecture
- 6.Müxtəlif növ elektrik avadanlıqlarında yaranan qeyri-sinusoidallıqlarLecture
- 7.Poladəritmə sobaları üçün qeyri-sinusoidallıq əmsalının təyiniLecture
- 8.Yüksək harmonikaların səviyyəsinin azaldılması üsullarıLecture
- 9.Energetik təyinatlı güc rezonans süzgəcləriLecture
- 10.Enerji təchizatı sistemlərində gərginliklərin qeyri-simmetriyası, işlədicilərin işinə təsiri və onun zəiflədilməsi yollarıLecture
- 11.Xüsusi çevik kompensator qurğularının tətbiqi məsələləriLecture
- 12.Elektrik enerjisi keyfiyyətinin dinamiki xarakteristikalarıLecture
- 13.Müəssisələrin energetik balansı və onun tərtibi məsələləriLecture
- 14.Enerji auditinin aparılması mərhələ və qaydalarıLecture
- 15.İşıqlandırma sistemlərində gərginlik itkilərinin təyiniSeminar
- 16.Elektrik şəbəkə və sistemlərində qısa qapanma cərəyanlarının hesablanmasıSeminar
- 17.380/220 v işıqlandırma şəbəkəsində naqillərin en kəsiklərinin hesablanmasıSeminar
- 18.Elektrik şəbəkə və sistemlərində əriyən qoruyuculu mühafizənin hesablanmasıSeminar
- 19.Gərginlik meyletmələrinə dair məsələ həlli (gərginliyin azalması və ya artması)Seminar
- 20.Elektrik şəbəkə və sistemlərində qeyri-sinusoidallıq əmsalının təyiniSeminar
- 21.Şəbəkənin müəyyən nöqtəsi üçün yekun qeyri-sinusoidallıq əmsalının təyiniSeminar
- 22.Sadə qapalı şəbəkələrdə enerji itkilərinin qiymətləndirilməsiSeminar
Reading list
The reading list has not yet been published.
Assessment
| Assessment method | Description | Marks | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-7 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-7 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-7 |






