Fənn · Elektrik və elektronika mühəndisliyi.

Yüksək gərginlikli elektrik veriliş xətləriSillabus

MS-03066 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0306
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fəndə yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin inkişaf mərhələləri, təsnifatı, konstruktiv elementləri, layihələndirilməsi, elektrik, mexaniki və istilik hesablamaları, istismar xüsusiyyətləri, mühafizə üsulları, sınaq və diaqnostika metodları öyrənilir. Həmçinin kabel izolyasiyasının köhnəlmə prosesləri, qismən boşalmalar, su və elektrik triinqləri, kabel armaturları, yüksək gərginlikli sabit cərəyanlı ötürmə sistemləri, qaz izolyasiyalı elektrik veriliş xətləri, yüksək temperaturlu ifratkeçirici kabel sistemləri, xüsusi təyinatlı kabel sistemləri, eləcə də rəqəmsal monitorinq, optik lif texnologiyaları, rəqəmsal əkiz və süni intellekt əsaslı diaqnostika sistemləri haqqında müasir elmi-texniki biliklər təqdim edilir. Fənnin məqsədi magistrantlarda yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin layihələndirilməsi, konstruksiyası, istismarı, sınağı və diaqnostikası sahəsində nəzəri biliklər və praktiki bacarıqlar formalaşdırmaqdır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problemə əsaslanan təlim
  • keys təhlili
  • layihəyə əsaslanan təlim
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin konstruksiyasını, iş prinsiplərini, əsas elementlərini və tətbiq sahələrini izah edir.

  2. CLO 2: Hava və kabel elektrik veriliş xətlərinin elektrik, mexaniki və istilik parametrlərini hesablayır, layihələndirmə zamanı optimal texniki həlləri seçir.

  3. CLO 3: Yüksək gərginlikli elektrik veriliş xətlərinin istismarı, sınağı, diaqnostikası və etibarlılığının qiymətləndirilməsi üsullarını tətbiq edir.

  4. CLO 4: Qismən boşalma, izolyasiyanın köhnəlməsi, su və elektrik triinqləri kimi nasazlıqların yaranma səbəblərini təhlil edir və onların qarşısının alınması yollarını əsaslandırır.

  5. CLO 5: Qaz izolyasiyalı elektrik veriliş xətləri, yüksək temperaturlu ifratkeçirici kabel sistemləri, sabit cərəyanlı yüksək gərginlikli ötürmə sistemləri və digər müasir elektrik veriliş texnologiyalarını müqayisəli şəkildə qiymətləndirir.

  6. CLO 6: Yüksək gərginlikli elektrik veriliş xətlərinin layihələndirilməsi və istismarı zamanı beynəlxalq standartlardan (IEC, IEEE, CIGRE və s.) və müasir proqram təminatlarından istifadə etməklə mühəndis qərarları qəbul edir.

Mövzu planı

  1. 1.
    Yüksək gərginlikli elektrik veriliş xətlərinin inkişafı, təsnifatı və elektroenergetika sistemində roluMühazirə
  2. 2.
    Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri, keçiricilər, izolyatorlar və dayaqlarMühazirə
  3. 3.
    Hava elektrik veriliş xətlərinin mexaniki hesabı, keçiricilərin sallanması və dartılmasıMühazirə
  4. 4.
    Hava elektrik veriliş xətlərinin elektrik parametrləri, korona hadisəsi, radio maneələr və enerji itkiləriMühazirə
  5. 5.
    Hava elektrik veriliş xətlərinin ildırımdan mühafizəsi, torpaqlanması və etibarlılığının artırılmasıMühazirə
  6. 6.
    Yüksək gərginlikli kabel xətlərinin növləri, konstruksiyası və tətbiq sahələriMühazirə
  7. 7.
    Tikilmiş polietilen izolyasiyalı yüksək gərginlik kabellərində elektrik sahəsinin paylanması və izolyasiya sistemləriMühazirə
  8. 8.
    Kabel ekranlarının birləşdirilməsi, transpozisiya, metal örtüklərdə yaranan itkilər və istilik prosesləriMühazirə
  9. 9.
    Yüksək gərginlikli kabel xətlərinin layihələndirilməsi, marşrutun seçilməsi, çəkiliş texnologiyaları və kabel armaturlarıMühazirə
  10. 10.
    Yüksək gərginlikli kabel xətlərinin sınağı, diaqnostikası, monitorinqi və texniki vəziyyətinin qiymətləndirilməsiMühazirə
  11. 11.
    Kabel izolyasiyasının köhnəlməsi, qismən boşalmalar, su və elektrik triinqləri, nasazlıqların analizi və istismar etibarlılığıMühazirə
  12. 12.
    Qaz izolyasiyalı elektrik veriliş xətləri və yüksək temperaturlu ifratkeçirici kabel sistemləriMühazirə
  13. 13.
    Sabit cərəyanlı yüksək gərginlikli elektrik veriliş sistemləri, sualtı kabel xətləri və dəniz külək elektrik stansiyalarında tətbiqiMühazirə
  14. 14.
    Xüsusi təyinatlı yüksək gərginlikli kabel sistemləri (yanğına davamlı, kriogen, tunel, metro, atom elektrik stansiyaları, neft-qaz platformaları və sənaye obyektləri üçün kabellər)Mühazirə
  15. 15.
    Müasir yüksək gərginlikli elektrik veriliş xətləri: rəqəmsal monitorinq, optik lif texnologiyaları, rəqəmsal əkiz (Digital Twin), pilotsuz uçuş aparatları və süni intellekt tətbiqləriMühazirə
  16. 16.
    Hava elektrik veriliş xətlərinin elektrik və mexaniki parametrlərinin hesablanmasıMəşğələ
  17. 17.
    Hava elektrik veriliş xətlərində keçiricilərin sallanması, dartılması və dayaqların seçilməsinə aid hesablamalarMəşğələ
  18. 18.
    Yüksək gərginlikli kabel xətlərinin konstruktiv parametrlərinin və buraxılabilən yük cərəyanının hesablanmasıMəşğələ
  19. 19.
    Kabel ekranlarında yaranan itkilərin, istilik rejiminin və ekranların birləşdirilmə sxemlərinin hesablanmasıMəşğələ
  20. 20.
    Yüksək gərginlikli kabel xətlərinin layihələndirilməsi, marşrutun seçilməsi və kabel armaturlarının seçilməsinə aid nümunələrin həlliMəşğələ
  21. 21.
    Yüksək gərginlikli kabel xətlərinin sınaq və diaqnostika nəticələrinin təhlili, qismən boşalma və nasazlıqların qiymətləndirilməsiMəşğələ
  22. 22.
    Sabit cərəyanlı yüksək gərginlikli kabel sistemləri, qaz izolyasiyalı elektrik veriliş xətləri və yüksək temperaturlu ifratkeçirici kabel sistemlərinin müqayisəli təhliliMəşğələ
  23. 23.
    Müasir yüksək gərginlikli elektrik veriliş xətlərinə dair nümunə layihələrin və real istismar hadisələrinin təhliliMəşğələ

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6