Subject · Electrical and electronics engineering.

Yüksək gərginlikli elektrik veriliş xətləriSyllabus

MS-03066 creditsAutumn semesterElective2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-0306
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Elective
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Independent study hours
a) 135 saat - sərbəst iş

About the subject

Fəndə yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin inkişaf mərhələləri, təsnifatı, konstruktiv elementləri, layihələndirilməsi, elektrik, mexaniki və istilik hesablamaları, istismar xüsusiyyətləri, mühafizə üsulları, sınaq və diaqnostika metodları öyrənilir. həmçinin kabel izolyasiyasının köhnəlmə prosesləri, qismən boşalmalar, su və elektrik triinqləri, kabel armaturları, yüksək gərginlikli sabit cərəyanlı ötürmə sistemləri, qaz izolyasiyalı elektrik veriliş xətləri, yüksək temperaturlu ifratkeçirici kabel sistemləri, xüsusi təyinatlı kabel sistemləri, eləcə də rəqəmsal monitorinq, optik lif texnologiyaları, rəqəmsal əkiz və süni intellekt əsaslı diaqnostika sistemləri haqqında müasir elmi-texniki biliklər təqdim edilir. fənnin məqsədi magistrantlarda yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin layihələndirilməsi, konstruksiyası, istismarı, sınağı və diaqnostikası sahəsində nəzəri biliklər və praktiki bacarıqlar formalaşdırmaqdır.

Teaching methods

  • lecture
  • interactive discussion
  • problem-based learning
  • case study
  • project-based learning
  • teamwork
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin konstruksiyasını, iş prinsiplərini, əsas elementlərini və tətbiq sahələrini izah edir.

  2. CLO 2: Hava və kabel elektrik veriliş xətlərinin elektrik, mexaniki və istilik parametrlərini hesablayır, layihələndirmə zamanı optimal texniki həlləri seçir.

  3. CLO 3: Yüksək gərginlikli elektrik veriliş xətlərinin istismarı, sınağı, diaqnostikası və etibarlılığının qiymətləndirilməsi üsullarını tətbiq edir.

  4. CLO 4: Qismən boşalma, izolyasiyanın köhnəlməsi, su və elektrik triinqləri kimi nasazlıqların yaranma səbəblərini təhlil edir və onların qarşısının alınması yollarını əsaslandırır.

  5. CLO 5: Qaz izolyasiyalı elektrik veriliş xətləri, yüksək temperaturlu ifratkeçirici kabel sistemləri, sabit cərəyanlı yüksək gərginlikli ötürmə sistemləri və digər müasir elektrik veriliş texnologiyalarını müqayisəli şəkildə qiymətləndirir.

  6. CLO 6: Yüksək gərginlikli elektrik veriliş xətlərinin layihələndirilməsi və istismarı zamanı beynəlxalq standartlardan (iec, ieee, CIGRE və s.) və müasir proqram təminatlarından istifadə etməklə mühəndis qərarları qəbul edir.

Topic plan

  1. 1.
    Yüksək gərginlikli elektrik veriliş xətlərinin inkişafı, təsnifatı və elektroenergetika sistemində roluLecture
  2. 2.
    Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri, keçiricilər, izolyatorlar və dayaqlarLecture
  3. 3.
    Hava elektrik veriliş xətlərinin mexaniki hesabı, keçiricilərin sallanması və dartılmasıLecture
  4. 4.
    Hava elektrik veriliş xətlərinin elektrik parametrləri, korona hadisəsi, radio maneələr və enerji itkiləriLecture
  5. 5.
    Hava elektrik veriliş xətlərinin ildırımdan mühafizəsi, torpaqlanması və etibarlılığının artırılmasıLecture
  6. 6.
    Yüksək gərginlikli kabel xətlərinin növləri, konstruksiyası və tətbiq sahələriLecture
  7. 7.
    Tikilmiş polietilen izolyasiyalı yüksək gərginlik kabellərində elektrik sahəsinin paylanması və izolyasiya sistemləriLecture
  8. 8.
    Kabel ekranlarının birləşdirilməsi, transpozisiya, metal örtüklərdə yaranan itkilər və istilik prosesləriLecture
  9. 9.
    Yüksək gərginlikli kabel xətlərinin layihələndirilməsi, marşrutun seçilməsi, çəkiliş texnologiyaları və kabel armaturlarıLecture
  10. 10.
    Yüksək gərginlikli kabel xətlərinin sınağı, diaqnostikası, monitorinqi və texniki vəziyyətinin qiymətləndirilməsiLecture
  11. 11.
    Kabel izolyasiyasının köhnəlməsi, qismən boşalmalar, su və elektrik triinqləri, nasazlıqların analizi və istismar etibarlılığıLecture
  12. 12.
    Qaz izolyasiyalı elektrik veriliş xətləri və yüksək temperaturlu ifratkeçirici kabel sistemləriLecture
  13. 13.
    Sabit cərəyanlı yüksək gərginlikli elektrik veriliş sistemləri, sualtı kabel xətləri və dəniz külək elektrik stansiyalarında tətbiqiLecture
  14. 14.
    Xüsusi təyinatlı yüksək gərginlikli kabel sistemləri (yanğına davamlı, kriogen, tunel, metro, atom elektrik stansiyaları, neft-qaz platformaları və sənaye obyektləri üçün kabellər)Lecture
  15. 15.
    Müasir yüksək gərginlikli elektrik veriliş xətləri: rəqəmsal monitorinq, optik lif texnologiyaları, rəqəmsal əkiz (digital twin), pilotsuz uçuş aparatları və süni intellekt tətbiqləriLecture
  16. 16.
    Hava elektrik veriliş xətlərinin elektrik və mexaniki parametrlərinin hesablanmasıSeminar
  17. 17.
    Hava elektrik veriliş xətlərində keçiricilərin sallanması, dartılması və dayaqların seçilməsinə aid hesablamalarSeminar
  18. 18.
    Yüksək gərginlikli kabel xətlərinin konstruktiv parametrlərinin və buraxılabilən yük cərəyanının hesablanmasıSeminar
  19. 19.
    Kabel ekranlarında yaranan itkilərin, istilik rejiminin və ekranların birləşdirilmə sxemlərinin hesablanmasıSeminar
  20. 20.
    Yüksək gərginlikli kabel xətlərinin layihələndirilməsi, marşrutun seçilməsi və kabel armaturlarının seçilməsinə aid nümunələrin həlliSeminar
  21. 21.
    Yüksək gərginlikli kabel xətlərinin sınaq və diaqnostika nəticələrinin təhlili, qismən boşalma və nasazlıqların qiymətləndirilməsiSeminar
  22. 22.
    Sabit cərəyanlı yüksək gərginlikli kabel sistemləri, qaz izolyasiyalı elektrik veriliş xətləri və yüksək temperaturlu ifratkeçirici kabel sistemlərinin müqayisəli təhliliSeminar
  23. 23.
    Müasir yüksək gərginlikli elektrik veriliş xətlərinə dair nümunə layihələrin və real istismar hadisələrinin təhliliSeminar

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6