Fənn · Cihaz mühəndisliyi (master)
RPİ dəzgahlarında emal texnologiyaları və proqramlaşdırmaCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-14765FTN 1 (RPİ dəzgahlarının arxitekturası və proqramlaşdırma əsasları): Rəqəmli Proqramla İdarə olunan (RPİ / CNC) dəzgahların quruluşunu, koordinat sistemlərini (ISO 841) və idarəetmə interfeyslərini təhlil edir, G və M kodları əsasında əl ilə (manual) idarəetmə proqramlarını tərtib edir. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-22655FTN 2 (CAM sistemlərində rəqəmsal emal texnologiyaları): Müasir CAM proqram təminatlarında (NX CAM, Mastercam, SolidCAM və s.) 2D/3D detal modellərini emala hazırlayır, alət yollarını (toolpath), kəsmə parametr və strategiyalarını müəyyənləşdirərək idarəetmə proqramlarını avtomatik generasiya edir. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-31493FTN 3 (Emal texnologiyasının layihələndirilməsi və alətlənmə): RPİ torna və frezer dəzgahlarında detalların emalı üçün rasional texnoloji marşrut qurur, kəsmə rejimlərini (sürət, ötürmə, dərinlik) hesablayır, kəsici alətləri və tərtibat-bağlama sistemlərini seçir. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 4CLO-94436FTN 4 (Postprosessinq, simulyasiya və toqquşma analizi): Tərtib edilmiş idarəetmə proqramlarını konkret dəzgah dayaqlarına uyğun postprosesor vasitəsilə çevirir, simulyasiya mühitində kəsmə prosesini, alət toqquşmalarını (collision) və emal xətalarını təhlil edərək proqramı optimallaşdırır. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 5CLO-64883FTN 5 (RPİ dəzgahlarının sazlanması və keyfiyyətə nəzarət): RPİ dəzgahlarında detalın və alətin sıfır nöqtələrinin (G54-G59, G43/G44 offsets) mənimsənilməsi qaydalarını tətbiq edir, ilk nümunənin emalından sonra ölçü dəqiqliyini qiymətləndirir və proqramda korreksiyalar aparır. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
(Dərinləşdirilmiş Layihələndirmə və Elmi-Tədqiqat) Məzunların cihazqayırma, optika, elektronika və avtomatlaşdırma sahələrində dərindən elmi-nəzəri bilikləri və qabaqcıl mühəndislik metodlarını, proqram təminatlarını tətbiq edərək mürəkkəb və innovativ texniki sistemləri layihələndirmək, elmi-tədqiqat aparmaq, modelləşdirmək və mürəkkəb istehsalat-elmi problemlərini müstəqil həll etmək bacarığına yiyələnməsi.
Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4
PLO 2
(İnnovasiya, Prototipləşdirmə və Keyfiyyətə Nəzarət) Yeni texnoloji processeslərin işlənməsi, qabaqcıl sürətli prototipləşdirmə üsullarının tətbiqi, yüksək dəqiqlikli cihaz elementlərinin (ölçmə, optik, elastik həssas və elektron) elmi-təcrübi əsaslarla hazırlanması, yığılması, sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyəti təminat standartlarına uyğunlaşdırılması istiqamətində yüksək səviyyəli praktiki və tədqiqat bacarıqları nümayiş etdirməsi.
Töhfə verən: CLO 5
PLO 3
(Davamlı Təhsil, Elmi Fəaliyyət və Doktorantura) Məzunların sürətlə dəyişən texnoloji mühitə adaptasiya olunmaq üçün müstəqil elmi tədqiqatlar aparmaq, elmi məqalələr dərc etdirmək, akademik biliklərini davamlı artırmaq və təhsilini doktorantura (fəlsəfə doktoru - PhD) və ya daha yüksək ixtisaslaşma səviyyəsində uğurla davam etdirmək qabiliyyətinə malik olması.
Bu fənndən töhfə yoxdur
PLO 4
(Liderlik, R&D İdarəetməsi və Akademik Kommunikasiya) Disiplinlərarası elmi-tədqiqat və sənaye layihələrində rəhbər və ya aparıcı tədqiqatçı kimi çıxış etmək, elmi-texniki nəticələri, innovativ həlləri və proqramları işəgötürənlərə, sifarişçilərə və beynəlxalq akademik auditoriyaya şəffaf, akademik və peşəkar dildə təqdim etmək bacarığına sahib olması.
Bu fənndən töhfə yoxdur
PLO 5
(Elmi Etika, Əqli Mülkiyyət və Sənaye Standartları) Cihaz mühəndisliyi və elmi-tədqiqat fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq keyfiyyət normativlərinə (ISO/IEC), elmi/peşə etikasına, əqli mülkiyyətin hüquqi qorunmasına (patentləşdirmə), əməyin mühafizəsi və ətraf mühitin davamlı qorunması prinsiplərinə tam riayət edən cavabdeh mütəxəssis kimi formalaşması.
Bu fənndən töhfə yoxdur