Fənn · Cihaz mühəndisliyi (master)

RPİ dəzgahlarında emal texnologiyaları və proqramlaşdırma

MS-10016 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

"RPİ dəzgahlarında emal texnologiyaları və proqramlaşdırma" fənni rəqəmli proqramla idarə olunan (RPİ/CNC) dəzgahlarda detalların dəqiq və yüksək məhsuldarlıqla emal texnologiyalarının əsaslarını və idarəetmə proqramlarının tərtibini tədris edir. Fənn çərçivəsində torna və frezer dəzgahları üçün G və M kodları əsasında proqramlaşdırma, kəsici alətlərin seçilməsi və emal marşrutlarının müəyyənləşdirilməsi öyrənilir. Tələbələr müasir CAD/CAM sistemlərindən istifadə edərək mürəkkəb səthli detalların avtomatlaşdırılmış emal prosesini layihələndirmək və RPİ dəzgahlarında tətbiq etmək bacarıqlarına yiyələnirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1 (RPİ dəzgahlarının arxitekturası və proqramlaşdırma əsasları): Rəqəmli Proqramla İdarə olunan (RPİ / CNC) dəzgahların quruluşunu, koordinat sistemlərini (ISO 841) və idarəetmə interfeyslərini təhlil edir, G və M kodları əsasında əl ilə (manual) idarəetmə proqramlarını tərtib edir.

  2. CLO 2: FTN 2 (CAM sistemlərində rəqəmsal emal texnologiyaları): Müasir CAM proqram təminatlarında (NX CAM, Mastercam, SolidCAM və s.) 2D/3D detal modellərini emala hazırlayır, alət yollarını (toolpath), kəsmə parametr və strategiyalarını müəyyənləşdirərək idarəetmə proqramlarını avtomatik generasiya edir.

  3. CLO 3: FTN 3 (Emal texnologiyasının layihələndirilməsi və alətlənmə): RPİ torna və frezer dəzgahlarında detalların emalı üçün rasional texnoloji marşrut qurur, kəsmə rejimlərini (sürət, ötürmə, dərinlik) hesablayır, kəsici alətləri və tərtibat-bağlama sistemlərini seçir.

  4. CLO 4: FTN 4 (Postprosessinq, simulyasiya və toqquşma analizi): Tərtib edilmiş idarəetmə proqramlarını konkret dəzgah dayaqlarına uyğun postprosesor vasitəsilə çevirir, simulyasiya mühitində kəsmə prosesini, alət toqquşmalarını (collision) və emal xətalarını təhlil edərək proqramı optimallaşdırır.

  5. CLO 5: FTN 5 (RPİ dəzgahlarının sazlanması və keyfiyyətə nəzarət): RPİ dəzgahlarında detalın və alətin sıfır nöqtələrinin (G54-G59, G43/G44 offsets) mənimsənilməsi qaydalarını tətbiq edir, ilk nümunənin emalından sonra ölçü dəqiqliyini qiymətləndirir və proqramda korreksiyalar aparır.