Magistr proqramı

Cihaz mühəndisliyi (master)

Magistr7006004Maşınqayırma və MetallurgiyaMaşınqayırma Texnologiyası21 fənn

Proqram haqqında

7006004 – "Cihaz mühəndisliyi" ixtisası üzrə magistratura səviyyəsinin təhsil proqramının çərçivə sənədi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı"na, qabaqcıl beynəlxalq təcrübə və əmək bazarının müasir çağırışlarına uyğun olaraq hazırlanmışdır. Əyani forma üzrə magistr proqramının normativ təhsil müddəti 2 il, tələb olunan ümumi kredit həcmi isə 120 ECTS krediti təşkil edir.

Dərəcə tələbləri

Təhsilalanın 5 günlük iş rejimində həftəlik ümumi yükü 45 akademik saatdır. Bunun 12-16 akademik saatı auditoriya saatlarına (mühazirə, seminar, laboratoriya fəaliyyətlərinə) ayrılır. Proqramın yerdə qalan böyük hissəsi elmi-tədqiqat işlərinə, magistr dissertasiyasının yerinə yetirilməsinə, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə, eləcə də auditoriyadankənar sərbəst yaradıcı işlərə həsr olunur.

Proqramı araşdırın