Fənn · Cihaz mühəndisliyi (master)
Metroloji ölçmə sistemlərinin riyazi modelləşdirilməsiCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-28427FTN 1 (Fiziki-riyazi modelləşdirmə): Metroloji ölçmə sistemlərinin və ölçmə çeviricilərinin statik və dinamik xarakteristikalarını təhlil edərək, diferensial tənliklər və ötürmə funksiyaları vasitəsilə adekvat riyazi modellərini qurmağı bacarır. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-55939FTN 2 (Xətaların analizi və qeyri-müəyyənlik): Ölçmə proseslərində təsadüfi və sistematik xətaların riyazi-statistik modellərini işləyib hazırlayır, beynəlxalq standartlara (GUM) uyğun olaraq ölçmə qeyri-müəyyənliyini hesablayır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur |
| CLO 3CLO-61281FTN 3 (Siqnalların riyazi emalı və filtrləmə): Ölçmə siqnallarının spektral və korrelyasiya analizi metodlarını mənimsəyir, ölçmə zəncirindəki küy və maneələri aradan qaldırmaq üçün rəqəmsal filtrləmə (Furye çevrilməsi, Kalman filtri və s.) modellərini tətbiq edir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 4CLO-99140FTN 4 (Kompyuter simulyasiyası və identifikasiya): Ölçmə sistemlərinin iş rejimini ixtisaslaşdırılmış proqram təminatlarında (MATLAB/Simulink, LabVIEW və s.) simulyasiya edir və eksperimental verilənlər əsasında sistem parametrlərinin identifikasiyasını aparır. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 5CLO-89903FTN 5 (Sistemlərin optimallaşdırılması və qiymətləndirilməsi): Qurulmuş riyazi modellər əsasında metroloji sistemlərin həssaslığını, dəqiqliyini və etibarlılığını optimallaşdırır, konseptual modellərin effektivliyini müqayisəli təhlil etməyi bacarır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur |
Proqram təlim məqsədləri
PLO 1
(Dərinləşdirilmiş Layihələndirmə və Elmi-Tədqiqat) Məzunların cihazqayırma, optika, elektronika və avtomatlaşdırma sahələrində dərindən elmi-nəzəri bilikləri və qabaqcıl mühəndislik metodlarını, proqram təminatlarını tətbiq edərək mürəkkəb və innovativ texniki sistemləri layihələndirmək, elmi-tədqiqat aparmaq, modelləşdirmək və mürəkkəb istehsalat-elmi problemlərini müstəqil həll etmək bacarığına yiyələnməsi.
Töhfə verən: CLO 1, CLO 4
PLO 2
(İnnovasiya, Prototipləşdirmə və Keyfiyyətə Nəzarət) Yeni texnoloji processeslərin işlənməsi, qabaqcıl sürətli prototipləşdirmə üsullarının tətbiqi, yüksək dəqiqlikli cihaz elementlərinin (ölçmə, optik, elastik həssas və elektron) elmi-təcrübi əsaslarla hazırlanması, yığılması, sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyəti təminat standartlarına uyğunlaşdırılması istiqamətində yüksək səviyyəli praktiki və tədqiqat bacarıqları nümayiş etdirməsi.
Töhfə verən: CLO 3
PLO 3
(Davamlı Təhsil, Elmi Fəaliyyət və Doktorantura) Məzunların sürətlə dəyişən texnoloji mühitə adaptasiya olunmaq üçün müstəqil elmi tədqiqatlar aparmaq, elmi məqalələr dərc etdirmək, akademik biliklərini davamlı artırmaq və təhsilini doktorantura (fəlsəfə doktoru - PhD) və ya daha yüksək ixtisaslaşma səviyyəsində uğurla davam etdirmək qabiliyyətinə malik olması.
Bu fənndən töhfə yoxdur
PLO 4
(Liderlik, R&D İdarəetməsi və Akademik Kommunikasiya) Disiplinlərarası elmi-tədqiqat və sənaye layihələrində rəhbər və ya aparıcı tədqiqatçı kimi çıxış etmək, elmi-texniki nəticələri, innovativ həlləri və proqramları işəgötürənlərə, sifarişçilərə və beynəlxalq akademik auditoriyaya şəffaf, akademik və peşəkar dildə təqdim etmək bacarığına sahib olması.
Bu fənndən töhfə yoxdur
PLO 5
(Elmi Etika, Əqli Mülkiyyət və Sənaye Standartları) Cihaz mühəndisliyi və elmi-tədqiqat fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq keyfiyyət normativlərinə (ISO/IEC), elmi/peşə etikasına, əqli mülkiyyətin hüquqi qorunmasına (patentləşdirmə), əməyin mühafizəsi və ətraf mühitin davamlı qorunması prinsiplərinə tam riayət edən cavabdeh mütəxəssis kimi formalaşması.
Töhfə verən: CLO 2, CLO 5