Fənn · Biznesin idarə edilməsi

Biznes analitikasında optimallaşdırma metodlarıSillabus

MS-20456 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2045
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə məhdud resurslar (büdcə, vaxt, işçi qüvvəsi, xammal) şəraitində ən optimal biznes qərarlarının qəbul edilməsi üçün riyazi proqramlaşdırma və optimallaşdırma metodlarının tətbiqi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində xətti və qeyri-xətti proqramlaşdırma (Linear and Non-linear Programming), tamədədli (Integer) proqramlaşdırma, şəbəkə modelləri, nəqliyyat və mənimsətmə məsələləri, eləcə də mənfəətin maksimumlaşdırılması və xərclərin minimumlaşdırılması prinsipləri tədris olunur. Tələbələr müasir analitik alətlər və həll edicilər (Excel Solver, Python/SciPy, R, GUROBI) vasitəsilə biznes problemlərinin riyazi modellərini qurmağı, həssaslıq təhlilini (Sensitivity Analysis) aparmağı, təchizat zənciri və logistika marşrutlarının, istehsal qrafiklərinin, investisiya portfellərinin və qiymətləndirmə strategiyalarının optimallaşdırılmasını mənimsəyəcəklər. Fənn tələbələrdə mürəkkəb biznes proseslərini riyazi-analitik modellərə çevirmək və optimal idarəetmə qərarları qəbul etmək vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • komanda işi
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Biznes problemlərini (resurs bölüşdürülməsi, logistika, xərclərin minimallaşdırılması) riyazi optimallaşdırma modelləri şəklində formallaşdırır.

  2. CLO 2: Məhdudiyyətlər daxilində optimal mənfəət və ya minimum xərc nöqtəsini tapmaq üçün Xətti və Taməlli Proqramlaşdırma (Simplex metodu) modellərini tətbiq edir.

  3. CLO 3: Təchizat zənciri və şəbəkə marşrutlanması problemlərini optimallaşdırmaq üçün Qraf nəzəriyyəsi və Şəbəkə analizi metodlarından istifadə edir.

  4. CLO 4: Qeyri-müəyyənlik şəraitində qərarqəbuletmə üçün Qeyri-xətti Proqramlaşdırma, Stoxastik Optimallaşdırma və Monte Karlo simulyasiyalarını tətbiq edir.

  5. CLO 5: Optimallaşdırma nəticələrinin dayanıqlılığını və parametrlərə həssaslığını qiymətləndirmək üçün Həssaslıq Analizi (Sensitivity Analysis) aparır.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5