Magistr proqramı
Biznesin idarə edilməsi
Proqram haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş 7004002 – Biznesin idarə edilməsi ixtisası üzrə magistr proqramı Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına və qabaqcıl beynəlxalq təcrübəyə, həmçinin əmək bazarının tələblərinə əsasən hazırlanmış çərçivə proqramıdır. Proqramın əsas məqsədi mütəxəssis hazırlığının keyfiyyətini artırmaq, məzunların sahib olacağı ümumi və peşəkar kompetensiyaları, tədris və qiymətləndirmə metodlarını, təlim nəticələrini, eləcə də tələbələrin təcrübə, məşğulluq və davamlı təhsil imkanlarını müəyyənləşdirməkdir. Bu proqram təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq, ölkə ərazisində sözügedən ixtisas üzrə magistr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir. Tədris çərçivəsi Biznesin təşkili, Aqrobiznes, E-ticarət, Biznes analitikası, Biznes mühəndisliyi, Beynəlxalq biznes, Süni intellekt, ESG və Dayanıqlı biznes kimi müasir və innovativ ixtisaslaşmaları əhatə edir. Proqram tələbələrdə müstəqil qərarvermə, mürəkkəb biznes problemlərinin həlli, strateji idarəetmə, müasir texnologiyaların tətbiqi və etik normalara uyğun peşəkar fəaliyyət bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.nıb və qabaqcıl beynəlxalq təcrübələrə və əmək bazarının tələblərinə əsaslanır.
Dərəcə tələbləri
7004002 – Biznesin idarə edilməsi üzrə magistr proqramının tələbləri seçilən ixtisaslaşmadan asılı olaraq 1.5 illik (90 ECTS kredit) və ya 2 illik (120 ECTS kredit) təhsil müddətini əhatə edir. Tədris prosesində hər semestr üçün 30 kredit müəyyənləşdirilir və fənlərin həftəlik auditoriya saatı 12–16 saat olmaqla, tələbənin ümumi həftəlik akademik yükü 45 saat təşkil edir. 1.5 illik proqramlarda tələbələrdən Akademik yazı və etika, Layihələrin idarə edilməsi fənlərini və Elmi-pedaqoji təcrübəni tamamlamaq tələb olunduğu halda, 2 illik proqramlarda əlavə olaraq Tədqiqat metodları, Tədqiqat analitikası fənləri, Elmi-tədqiqat təcrübəsi və 18 ECTS kredit dəyərində Magistr dissertasiyasının müdafiəsi icbari şərt kimi qoyulur. Hər iki proqram üzrə ali təhsil müəssisələri tərəfindən minimum 4 məcburi və 3 seçmə fənn olmaqla ümumilikdə 72 ECTS kreditlik xüsusi fənlər müəyyən edilir. Maddi-texniki və heyət tələblərinə əsasən, tədris müvafiq avadanlıqlarla təchiz olunmuş auditoriyalarda, kompüter laboratoriyalarında, elmi kitabxana və elektron məlumat bazalarına çıxış imkanı ilə həyata keçirilməli, tədris heyəti isə elmi dərəcəsi olan və ya sahə üzrə ən azı 5 illik peşəkar təcrübəyə malik mütəxəssislərdən ibarət olmalıdır.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi